Gömrük ödəmələri fevral ayında azalıb

posted in: Xəbər | 0

idxal rüsumları, ixtisar, büdcə, DGK, gömrük, mal, idxal, dövlət büdcəsi, büdcə daxilolmaları, konsepsiya layihəsi, gömrük daxilolmaları, Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükBu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 329,605 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin fevral ayına nisbətən 6,428 milyon manat və yaxud 1,9% azdır. (Gömrük ödəmələri)

DGK-dən verilən məlumata görə, hesabat ayında gömrük rüsumları illik müqayisədə 14,144 milyon manat və yaxud 19,6% artaraq 86,309 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 18,563 milyon manat və yaxud 7,5% azalaraq 230,080 milyon manat, aksizlər üzrə daxilolmaları 2,214 milyon manat və yaxud 18,4% azalaraq 9,834 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 205 min manat və yaxud 6,45% artaraq 3,382 milyon manat təşkil edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Gömrük ödəmələri

Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası sadələşdirilib

posted in: Xəbər | 0

Vergi ödəyiciləri, idxal,ixrac gömrük rüsumları, xidmət haqqı məbləğləri, əmək müqaviləsi, MDSS,Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda sadələşdirmələri nəzərdə tutan 74 №li Qərarda bildirilir ki, ixracın stimullaşdırılması və təşviqi ilə bağlı görülən kompleks işlər nəticəsində qeyri-neft məhsullarının ixracı dəyər ifadəsi ilə 2016-cı illə müqayisədə ümumilikdə 36,5 faiz artaraq 2018-ci ildə 1,7 milyard ABŞ dolları təşkil edib, 2019-cu ilin yanvar-avqust aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 15,1 faiz artıb. Sahibkarlardan daxil olan müraciətlər və beynəlxalq təcrübə göstərir ki, ixrac təşviqinin ödənilməsi prosedurunun sadələşdirilməsinə ehtiyac var.

Bununla əlaqədar, Qərarla təsdiq edilmiş Qaydaya dəyişiklik edilib.

Dəyişikliyə görə, ixrac təşviqinin ödənilməsi üçün ərizəyə əlavə edilməli olan nəqliyyat sənədində təyinat ölkəsinin gömrük orqanının qeydlərinin olması tələbinin ləğv edilməsi, eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən imzalanmış “məktub-sərəncam”ların elektron poçt vasitəsilə də Maliyyə Nazirliyinə təqdim edilməsi də nəzərdə tutulub.

Qərarın qəbul edilməsi nəticəsində ixracın təşviqi mexanizminin sadələşdirilməsi və sürətləndirilməsi proqnozlaşdırılır.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İxrac təşviqi

Yeni vahid büdcə təsnifat kodları təsdiqləndi

posted in: Xəbər | 0

İdxal gömrük rüsumları, gömrük rüsumları, Əlilliyin qiymətləndirilməsi“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında (vahid büdcə təsnifat kodları)

“Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 dekabr tarixli 510 və 514 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:

1.1.1. “1.1.1.1.1.7” yarımmaddəsi “1.1.1.1.1.8” yarımmaddəsi hesab edilsin və aşağıdakı məzmunda “1.1.1.1.1.7” yarımmaddəsi əlavə edilsin:

 

1

 

1

 

1

 

1

 

1

 

7

Dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlarda işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri

gəlirlərindən gəlir vergisi

1.1.2. “1.1.1.2.1” maddə aşağıdakı redaksiyada verilsin:

1 1 1 2 1 0 Rezident hüquqi şəxslərin mənfəət vergisi
 

1

 

1

 

1

 

2

 

1

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus

fondlardan maliyyələşən digər orqan və qurumlar üzrə mənfəət vergisi

 

1

 

1

 

1

 

2

 

1

 

2

Səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan şəxslər üzrə mənfəət vergisi
1 1 1 2 1 3 Digər hüquqi şəxslər üzrə mənfəət vergisi