Karantin zamanı evdən işləmək qaydaları (2-ci hissə)

posted in: Xəbər | 0

Karantin zamanı evdən işləmək qaydaları / 2-ci hissə
Evdən çalışmağa başlayanlar üçün bir neçə məsləhət

Koronavirus infeksiyasının yayılması həyatın bütün sahələrinə öz təsirini göstərib. Dünya ölkələrinin əksəriyyətində xəstəliyin qarşısının alınmasından ötrü karantin rejimi tətbiq olunub. Ona görə də işçilərin əksəriyyəti evdən, yəni, məsafədən çalışmağa keçiriliblər. Sağlamlığa mənfi təsir olmadan və ofis üçün darıxmadan evdən necə səmərəli işləmək olar?

Qidalanma

Birinci qayda – iş stolu arxasında yeməyin. Bu həm gigiyenik deyil, həm də faydasızdır. Əməyin səmərəliliyini artırmaq üçün qida qəbulundan ötrü tam dəyərli fasilə vermək lazımdır.

Yüngül qida atışdırmaları, doğrudan da deyildiyi kimi yüngül olmalıdır, çünki evdə olduğunuzu unutmayın/ Hər dəfə soyuducuya doğru getməyin özü də problem yarada bilər.

Məlum olduğu kimi, mətbəxdən kotletləri daşımaqdansa, bir alma yemək daha yaxşıdır.

Əsəbləşməmək üçün nə etməli?

Evdən çalışmaq ona görə çətindir ki, doğmalarınız sizin işlədiyinizi çox vaxt yaddan çıxarırlar. Sizi işinizdən ayırmasınlar deyə, onlara vaxtında xəbərdarlıq edin. Belə bir qayda qoyun: işlə məşğul olduğunuz saatlarda sizi ümumiyyətlə, söhbətə tutmasınlar.

Evdə kiçik yaşlı uşaqlar varsa – bu, əlbəttə çox çətin olacaq. Karantin zamanı onları da məşğul etməyin üzərində düşünmək lazımdır.

İnternetin stabil işləməsi də çox mühümdür. Buna da xüsusi diqqət yetirmək lazımdır. Ola bilsin ki, əvvəllər internetin gücü bəs edirdi, bir neçə nəfər evdən çalışmağa başladıqdan sonra isə problemlər ortaya çıxa bilər.

Əsəbləriniz tarıma çəkildikdə: sakitləşmək üçün tənəffüs məşqlərindən istifadə edin. Psixoterapevtlər 5-7 dəqiqə ərzində burun vasitəsilə çox tez-tez nəfəs almağı məsləhət bilirlər.

Məqalənin 1-ci hissəsini oxumaq üçün keçidə daxil olun.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadıldı

posted in: Xəbər | 0

Tibbi sığortaAzərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılması təklif edilib. Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Hazırkı qanunvericiliyə görə icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi. Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Digər dəyişikliklə isə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər), sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) və mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər icbari tibbi sığorta haqlarını 2023-cü il yanvarın 1-dən ödəməli idi. Bu müddət 1 il – 2024-cü ilin yanvarın 1-dək uzadılıb.

Sənədə təklif edilən dəyişiklik müzakirələrdən sonra qəbul edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

posted in: Xəbər | 0

seminar, Vergi Məcəlləsi, təlim, Vergi islahatı, telim, bank xidmətləri, Bank məhsulları, vergi seminar Əmtəə nişanları coğrafi göstəricilər təlimAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini müəyyən etmək məqsədi ilə bayram günlərində sahibkarlarla və aidiyyəti dövlət orqanları ilə birbaşa əməkdaşlıq şəraitində çalışmışdır.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixili Sərəncamı ilə pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsiri, ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə 4 İşçi Qrupu yaradılmışdır (https://president.az/articles/36228).

İşçi Qruplar real vəziyyətin araşdırılması və infeksiyanın yayılmasının qarşısının alınması üçün tətbiq olunan məhdudiyyətlərdən birbaşa və ya dolayısıyla əziyyət çəkmiş iqtisadi subyektlərin və vətəndaşların müvafiq dövlət dəstəyi ilə təmin olunması ilə bağlı  təkliflər hazırlayırlar. Dövlətin sosial tərəfdaşı olan ASK da öz növbəsində təmsil etdiyi özəl sektordakı sahibkarların ən böyük platforması kimi sahibkarlarla birgə məsləhətləşmələr əsasında hazırlanmış təkliflər paketini aidiyyyəti İşçi Qruplarına təqdim etmişdir.

Qeyd edək ki, ötən müddətdə ASK-nın tərkibində fəaliyyət göstərən 14 sahəvi komissiyanın işi daha da gücləndirilmiş və toplanan təkliflər hüquqi çərçivəyə salınmışdır. Sahibkarlara göndərilən yazılı sorğulara verilən cavablar analiz edilmiş, onlardan onlayn iclaslar yolu ilə təkliflər toplanmışdır. Eləcə də Azərbaycanın bölgələrində fəaliyyət göstərən ASK-nın 40-dan çox nümayəndəsi də bu proseslərə cəlb olunaraq ümumilikdə ölkədəki iqtisadi vəziyyətlə bağlı əhatəli məlumatlar toplanmışdır.

Təkliflər Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin və Konfederasiyanın digər rəhbər şəxslərinin təmsil olunduğu İşçi Qrupların iclaslarında müzakirəyə çıxarılmışdır.

Məlumat üçün onu qeyd edək ki, ASK-nın irəli sürdüyü təkliflər paketi genişdir və ziyan çəkmiş bütün sahibkarlıq sahələrini əhatə edir. Təkliflər paketinə geniş vergi güzəştlərinin verilməsi, bəzi məhsulların idxalı üzrə gömrük rüsumlarının azaldılması, sahibkarların aldığı kreditlər üzrə bank faizlərinin müəyyən müddət üçün hesablanmaması, əsas borc üzrə ödənişlərin ertələnməsi, icarə haqqlarının, sosial müdafiə xərclərinin tam və ya qismən subsidiyalaşdırılması, su, elektrik enerjisi, qaz və digər kommunal ödənişlərə güzəştlərin tətbiq edilməsi və ödənişlərin təxirə salınması, işəgötürənlərə, işçilərə dövlət dəstəyinin göstərilməsi və s. təkliflər daxildir.

Qeyd edək ki, İşçi Qruplar bu müzakirələrin nəticələri əsasında təkliflər paketinin son variantını hazırlamalıdırlar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Dövlət reyestrindən çıxarışın surətinin verilməsi

posted in: Vergi, Xəbər | 0

Dövlət reyestrindən çıxarışın surətinin verilməsi.


muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Xidmətin adı: Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın verilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

– dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 24-cü maddəsi

– “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri

– Vergilər nazirinin 14.03.2019- cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Naxçıvan MR VN-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri

Xidmətin icra müddəti: 15 gün;

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Dövlət reyestrindən çıxarış

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun