3000 manat alın, ayda 100 manat ödəyin!

posted in: Xəbər | 0

Kapital Bank Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər, aksiya çərçivəsində hər 3000 manat kredit üçün, ayda cəmi 100 manat ödəniş edəcəklər.

Nağd pul kreditinin illik faiz dərəcəsi 20%-dən başlayır. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur. Aksiya 2 aprel 2020-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, KapitalBank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank, kredit

Borcun bağışlanması zamanı hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

EDV, ƏDV, cərimə, vakansiya, Vergi və mühasibatlıq üzrə mütəxəssis, Müxtəlif ölkələrdə vergilər, güzəştlər, vergi tutulmaları, vergi öhdəlikləri, təsisçi, Əvəzləşdirilməyən ƏDV,Sual: Müəssisənin qeyri rezidentə 200,000 (iki yüz min) avro borcu var. Həmin müəssisənin mənfəət bəyannaməsinə görə son 5 il ərzində 500,000 (beş yüz min) AZN zərərlə işləyib. Qeyri rezident həmin borcun bir hissəsini (100,000 avro) müəssisəyə bağışlayıb. Bu zaman müəssisənin (rezidentin) hansı vergi öhdəliyi yaranır? (vergi öhdəlikləri)

Cavab: Bildiririk ki, rezident hüquqi şəxsə bağışlanmış borc pul vəsaitləri onun gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək ümumi qaydada mənfəət vergisinə cəlb olunmalıdır.

Eyni zamanda, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci,104-cü, 105-ci və 121.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi öhdəlikləri

Qənaətə doğru ilk addımlar. Şəxsi büdcəni necə planlaşdırmalı? (3-cü hissə)

posted in: Xəbər | 0

yaşayış minimumu, şəxsi büdcə,Qənaətə doğru ilk addım – bu, büdcənin savadlı planlaşdırılmasıdır. Onsuz arxaya nə vaxt, nə nə qədər pul saxlamaq lazım olduğunu anlamaq çətindir. Bəs nədən başlamalı? (şəxsi büdcə)

2-ci hissəni oxumaq üçün keçidə daxil olun

Beşinci addım: düzgün bölüşdürmə

Əmək haqqı aldığınız gün ilk işiniz məcburi yığıma pul yönəltmək olsun və zəruri mallar və xidmətlər üçün ödəniş edin: mənzilin icarəsi, kommunal xərclər, kredit və s. və ilax. Yerdə qalan məbləğ isə yaxın iki həftə ərzində sizin dolanışığınız üçün olan puldur. Bura ərzaqlara, əyləncəyə, nahar və digər məsrəflər daxildir.

Bu minvalla siz zəruri olan yığım üçün arxaya pul ata bilərsiniz, aylıq xərclər isə yerdə qalan məbləğ limiti ilə məhdudlaşır.

Altıncı addım: kiçik məbləğlərə sevgi

Biz əksər vaxtlarda gəlirlərdə və yığımlarda kiçik məbləğlərin gücünü dəyərləndirə bilmirik. Adətən elə də böyük olmayan əlavə gəlirlər böyük həzz doğurmadan elə gəldikləri kimi də çox böyük sürətlə və asanlıqla uçub gedir.

“Özünüzü kiçik məbləğləri dəyərləndirməyə və onları dərhal öz “məqsədinizdən” ötrü yığıma yönəltməyə vərdiş etdirin.  Cashback (bank kartı – bu, xərclənmiş məbləğin müəyyən faizinin alıcının hesabına qaytarılmasını nəzərdə tutan xidmətdir) əldə etmisiniz – həmin məbləğləri məzuniyyət kimi məqsədli bir hədəf üçün geriyə atın. Əlavə işə görə müəyyən məbləğ əldə etmisiniz – bundan avtomobilinizi texniki xidmətdən keçirmək üçün istifadə edin” – Anna Zaikina belə tövsiyə edir.

Onun sözlərinə görə, büdcəni səmərəli şəkildə qurmağa və pul yığımı etməyə yardım edən maliyyə planlaşdırılması ilə bağlı lifehack-lər kifayət qədərdir. “Onları sınaqdan keçirin və sizə hansı uyğun gəlirsə, onu da seçin. İstənilən işdə ən mürəkkəb olanı – bu, bir işə başlamaqdır. Sonra isə həmin işlə nə qədər çox məşğul olsanız, sizə bu məsələ daha da asan gələcək. Yadda saxlayın: büdcənin planlaşdırılması və optimallaşdırılması – bu birdəfəlik təqdimat və ya bir insanın ehtiyac duyduğu, digərinin istəmədiyi bir şey deyil. Dərk etmək lazımdır ki, şəxsi maliyyə məsələləri ilə iş – bu, sağlam həyat tərzinin fiziki və psixoloji sağlamlıqla yanaşı ayrılmaz hissəsidir”.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
şəxsi büdcə

Azərbaycan Resublikasında muzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi haqqında qəbzin verilməsi

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Xidmətin adı: Azərbaycan Resublikasında muzdlu iş ilə əlaqədar ödənilmiş gəlir vergisi haqqında qəbzin verilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

“AR-da muzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi haqqında Qəbz”.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– Hasilatın Pay Bölgüsü Haqqında Sazişlərə uyğun qəbul olunmuş “Əməkdaşların və fiziki şəxslərin vergiyə cəlb edilməsi haqqında” Protokol və Əlavəsi.

Xidmətin göstərildiyi yer:

Bakı şəhərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi.

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri.

İcra müddəti: 30 gün.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – AR-da muzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi haqqında Qəbz.

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Muzdlu iş, gəlir vergisi,