E-qaimə yazılma tarixi yoxsa xərcin əhatə etdiyi dövrə görə xərcə salınmalıdır?

posted in: Xəbər | 0

əməliyyatlar, E-qaimə, Elektron vergi hesab-faktura, Elektron vergi hesab-faktura, Elektron vergi hesab-faktura, gömrük, elektron vergi hesab-fakturası, qaime E-qaimə faktura elektron qaimə-fakturaSual: A müəssisəsi B müəssisəsinə mühafizə xidməti göstərir. Göstərilən xidmət üçün hər ay E-qaimə cari ay üçün növbəti ayın 5-ə qədər A müəssisəsi tərəfindən B müəssisəsinə təqdim edilir. Dekabr ayında göstərilmiş xidmət üçün E-qaimə növbəti ilin yanvar ayında təqdim edilir.

Sual – hesablama metoduna əsasən mənfəətdən vergi hesablanarkən dekabr ayında göstərilmiş xidmətin dəyəri (gəlir olaraq) hansı dövrə aid edilir, dekabr ayına yəni xidmətin faktiki gostərildiyi ilə, yoxsa E- qaimənin təqdim edildiyi yanvar ayına yəni növbəti ilə?

Cavab: Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Eyni zamanda, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

Müraciətinizdə göstərilən xidmətlər dekabr ayında təqdim olunduğu üçün bu vaxt vergi ödəyicisi tərəfindən gəlir almaq hüququnun əldə edildiyi vaxt hesab olunur və bu, həmin ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

Məlumat üçün bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-1.1-ci, 134-cü, 135-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
E-qaimə, 

Turagentlər vergiyə necə cəlb edilməlidir?

posted in: Vergi, Xəbər | 0

gəlir vergisi,Vergilər Nazirliyinin mövzuya dair şərhində bildirilir ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. (Turagentlər)

Əsasən aviabilet və turpaketlərin satışı ilə məşğul olan agentlər də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirərək mənfəət və ya gəlir vergisinin ödəyicisi olublar. Artıq ötən ildən aviabilet və turpaketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir.

Aviabilet və tur paketlərinin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları turpaketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir. Tutaq ki, agent bileti 100 manata alır və 110 manata satır. Bu zaman 10 manat gəlir əldə edir. Bununla yanaşı, satışa görə 5 faiz komissiya (100*5%=5 manat) alır. Nəticədə turagentin 1 biletdən cəmi gəliri 15 (10+5) manat olur.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergidən azad edilib. Bu müddəa illik gəlirləri 200.000 manatdan az olan turagentlərə şamil edilir.

Misal: Tutaq ki, turagentin bilet satışından əldə etdiyi illik gəliri 12 min manat olub. Bu məbləğ 200 min manatdan az olduğu üçün həmin vergi ödəyicisi mikro sahibkarlıq subyekti hesab olunur. Buna görə də vergi ödənişlərində 75 faiz güzəşt əldə edir. Bu halda sahibkarın 9 min manatlıq gəliri vergidən azad edilir:

12.000 – 9000 = 3000 manat
3000 x 20% = 600 manat.

Deməli, illik gəliri 12 min manat olan turagent cəmi 600 manat vergi ödəməlidir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Turagentlər

Azərbaycanda maaşların orta həddi 28% artıb

posted in: Xəbər | 0

Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu ilin yanvar ayında Azərbaycanda orta aylıq nominal əmək haqqı 712,1 manat təşkil edib. (maaş)

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% çoxdur.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı, maaş

Kapital Bank yenilənən Balakən filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Balakən filialı, Balakən şəhəri, M.Əsədov küçəsi, 26  ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Balakən filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib. Bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 50-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 25-dən çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank