Vergi ödəyicilərinin sayı məlum olub

posted in: Vergi, Xəbər | 0

EDV, ƏDV, cərimə, vakansiya, Vergi və mühasibatlıq üzrə mütəxəssis, Müxtəlif ölkələrdə vergilər, güzəştlər, vergi tutulmaları, vergi öhdəlikləri, təsisçi, Əvəzləşdirilməyən ƏDV,Bu ilin martın 1-nə Azərbaycanda 1 070 492 vergi ödəyicisi olub.

Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, bunun 927 427-si, yaxud 86,6%-i fiziki şəxslər (fərdi sahibkarlar), 143 065-i, yaxud 13,4%-i isə hüquqi şəxslər – şirkətlər və digər təşkilatlardır.

Ötən il martın 1-i ilə müqayisədə ölkədə vergi ödəyicilərinin sayı 82 334 vahid, yaxud 8,3% artıb. Bu artımın 66 673-ü və yaxud 81%-i fiziki şəxslərin, 15 661-i, yaxud 19%-i isə hüquqi şəxslərin hesabına baş verib.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi

MMC-lərin hansı hallarda dividend vermək səlahiyyəti yoxdur?

posted in: Vergi, Xəbər | 0

bank, Dividend güzəştləri mənfəətMövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. Mülki Məcəllənin 90.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi MMC-nin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında MMC-nin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. MMC dividend verdikdə hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ nəzərə alınır. Dividendin ödənilməsi qərar qəbul olunduqdan sonra bir ay müddətində ödənilməlidir.

MMC-lərdə dividend verilməsi ilə bağlı qadağalar da mövcuddur. Misal üçün, təşkilatın xalis aktivlərinin dəyəri 30.000 manat, nizamnamə kapitalı 35.000 təşkil edirsə, MMC dividend verə bilməz. Çünki xalis aktivlərin dəyəri nizamnamə kapitalının məbləğindən az olduğu üçün qanunvericilik dividend verilməsini qadağan edir.

Başqa bir misala baxaq. Tutaq ki, təşkilatın xalis aktivlərinin dəyəri 50.000 manat, nizamnamə kapitalı isə 40.000 manatdır. Qərara əsasən, 12.000 manat dividend verilməsi qərarlaşdırılarsa, bu halda da dividendin verilməsi qanuna ziddir. Çünki qərarın qəbul edilməsi nəticəsində xalis aktivlərin dəyəri (50.000 manat -12.000 manat = 38.000 manat) nizamnamə kapitalı məbləğindən (40.000 manat) az olacaq.

Qanunvericilik MMC-lərə dividend verilməsində başqa halı da müəyyən edir: əgər qərar qəbul edildiyi anda MMC qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlir və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələrsə, dividend verilməsi qadağandır.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
dividend, MMC

Xarici investisiyalı şirkətlərin sayı keçən illə müqayisədə 1,9 dəfə artıb

posted in: Xəbər | 0

Xarici investisiyalı şirkət2020-ci il martın 1-dək Azərbaycanda dövlət qeydiyyatından 15 min 059 xarici investisiyalı kommersiya hüquqi şəxs keçib. Bunlardan 9 min 953-nün fəaliyyəti aktiv, 4 min 307-nin fəaliyyəti dayandırılıb, 799-u isə ləğv edilib. (Xarici investisiyalı şirkət)

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə ilk 2 ayda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 1,5 dəfə çox olub. Onların 77 faizi məhdud məsuliyyətli cəmiyyət, 19 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,8 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalarda olub.

2020-ci ilin fevral ayında 328 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. 2020-ci ilin fevral ayında qeydiyyata alınan 328 xarici investisiyalı kommersiya qurumunun 326-nın fəaliyyəti aktiv olub, 2-nin fəaliyyəti dayandırılıb. Fevral ayı ərzində xarici investisiyalı kommersiya hüquqi şəxs ləğv edilməyib.

2020-ci ilin fevral ayında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 34,1 faizi Pakistan, 22 faizi İran, 9,4 faizi Türkiyə, 12,2 faizi Hindistan, 1,8 faizi Şri-Lanka investisiyalı hüquqi şəxslərdir.

2020-ci ilin fevral ayında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox olub. 2020-ci ilin fevral ayında qeydiyyatdan keçmiş fəaliyyətini dayandırmış xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,5 dəfə azalıb.

2020-ci ilin fevral ayında dövlət qeydiyyatından keçmiş (328) xarici investisiyalı kommersiya hüquqi şəxslərin 64,3 faizi xidmət, 19,5 faizi ticarət, 5,1 faizi sənaye, 2,7 faizi tikinti, 1,8 faizi kənd təsərrüfatı, 0,6 faizi nəqliyyat, 0,6 faizi rabitə, 2,7 faizi digər sahədə fəaliyyət göstərirlər.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Xarici investisiyalı şirkət

BirKart sahiblərinə Novruz payı!

posted in: bank, Xəbər | 0

Novruz bayramı münasibətilə BirKart taksit kartı sahibləri üçün yeni kampaniya keçirilir. 2 aprel 2020-ci il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir.

Şərtlərə görə, BirKart-ın istənilən geyim, ayaqqabı, aksesuar, hədiyyə, parfümeriya və kosmetika partnyorları mağazalarında 100 manat və daha çox məbləğdə taksitli alış-veriş edən BirKart Taksit və BirKart Cashback sahibləri 5% cashback, BirKart Miles sahibləri isə 3 qat mil əldə edəcəklər. Üstəlik, kampaniya müddətində Bakcell istifadəçiləri Ulduzumdan 15 danışıq dəqiqəsi qazanacaqlar.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 4000-dək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun