Mənfəət vergisinə cəlb edilməyən əməliyyatlar

posted in: Vergi, Xəbər | 0

Amortizasiya normaları,Vergi Məcəlləsində 2020-ci il yanvarın 1-dən vergidən azadan olunan, qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlarla yanaşı “mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar” ifadəsi yer alıb. (Mənfəət vergisi)

Bununla bağlı Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin 1 yanvar 2020-ci ildən qüvvəyə minən müddəalarına əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Bu maddədə mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar dedikdə, mənfəət vergisinin vergitutma obyektini yaratmayan gəlirlər nəzərdə tutulur və vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı mənfəət vergisinin vergitutma obyektini yaratmayan gəlirlər əldə edildikdə, bu gəlirlərin əldə olunması ilə bağlı çəkilmiş, lakin bölüşdürülməsi mümkün olmayan xərclər vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında gəlirdən çıxılır. Belə əməliyyatlara nümunə olaraq, ölkə daxilində daşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi ödəyicisini göstərmək olar.

Mənbə: vergiler.az


Bax: 

 



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mənfəət vergisi,

“Facebook” 9 milyard ABŞ dolları məbləğində vergidən yayınıb

posted in: Vergi, Xəbər | 0

“Facebook” şirkəti 9 milyard ABŞ dolları məbləğində vergidən yayınıb. (vergidən yayınma)

Bu barədə ABŞ-ın Daxili Gəlirlər Xidməti (İRS) açıqlama verib.

Qurumun verdiyi məlumata görə, “Facebook” 2010-cu ildə İrlandiyadakı törəmə şirkətinə süni azalan qiymətlərlə əqli mülkiyyət satırmış. Bu sövdələşmənin dəyəri 6,5 milyard ABŞ dolları məbləğində dəyərləndirilir. Bundan əlavə, gəlir vergisi ABŞ-da 35% olduğu halda, İrlandiyada cəmi 12,5%-dir.

“Facebook”dan bildirilib ki, beynəlxalq maliyyə bazarlarına çıxmaqla bağlı risklərə görə həmin fəndi işlədiblər.

İRS “Facebook”a qarşı San-Fransisko məhkəməsində iddia qaldırıb.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
facebook, vergidən yayınma

İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında hesabat formasında dəyişiklik edilib

posted in: Xəbər | 0

Statistika hesabatları, Aksiz vergisi üzrə daxilolmalar, DSK, statistika əmək haqqı, Statistika Komitəsi,Dövlət Statistika Komitəsi “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Qərarında dəyişiklik edib. Dəyişiklik rəsmi statistika hesabatı ilə bağlıdır.

İndiyə qədər kiçik sahibkarlıq subyekti olmayanlar aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, kiçik sahibkarlıq subyektləri isə rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək hesabatı yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməli idi.

Qərara əsasən, kiçik sahibkarlıq subyektlərinin rəsmi statistika hesabatını təqdim etməsi müddəti dəyişib, publik hüquqi şəxslər, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatlarının rəsmi statistika hesabatını təqdim etməsi müddəti dəqiqləşib.

Fevralın 14-dən qüvvəyə minmiş qərara əsasən, kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, mikrosahibkarlıq subyektləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək yerləşdikləri rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim etməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı fondu

Azərbaycanda valyuta rejiminin liberallaşdırılmasının səbəbi açıqlandı

posted in: Xəbər | 0

“Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta rejimini liberallaşdırması “çirkli pulların yuyulması”nın qarşısını almaq məqsədi daşıyır”.

Bunu jurnalistlərə açıqlamasında AMB sədrinin I müavini Alim Quliyev bildirib.

“Bu gün Azərbaycanın tədiyyə balansı kifayət qədər profisitlidir. İdxala, valyuta rejiminə nəzarətlə bağlı ciddi islahatlar aparılıb. Odur ki, belə bir qərar qəbul olundu. Bu gün hər bir vətəndaş 10 min ABŞ dollarına qədər vəsaiti ölkədən rahat çıxara bilər. Odur ki, valyuta rejimi həmin məbləğdən çox olan əməliyyatlara tətbiq olunur”, – o deyib.

Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, 2019-cu ildə banklar valyuta rejimi ilə bağlı tənzimləyici quruma 13 minə yaxın müraciət ünvanlayıb: “Bunlardan 8 mini məhkəməyə göndərilib və 5 minə yaxını ilə bağlı inzibati cəza (cərimə) tətbiq edilib”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti fevralın 20-də “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklikləri təsdiqləyib.

Bax: “Milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun