Bakıda ötən il orta aylıq əmək haqqı 10% artıb
2019-cu ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10% artaraq 867 manat təşkil edib. (orta aylıq əmək haqqı)
Bakı Şəhər Statistika İdarəsinə istinadən verilən məlumata görə, 2019-cu ilin dekabr ayında şəhər üzrə orta aylıq nominal əmək haqqı 1 012,7 manata çatıb. Bu da ötən ilin dekabr ayı ilə müqayisədə 19,1% çoxdur.
Məlumatda qeyd olunur ki, artım Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əmək haqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əmək haqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində baş tutub.
Mənbə: apa.az

Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlər həyata keçiriləcək.
Xidmətin adı: Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu.
Prezident İlham Əliyevin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli Fərmanı ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir.