Qənaətə doğru ilk addımlar. Şəxsi büdcəni necə planlaşdırmalı? (2-ci hissə)

posted in: Xəbər | 0

maliyyəQənaətə doğru ilk addım – bu, büdcənin savadlı planlaşdırılmasıdır. Onsuz arxaya nə vaxt, nə nə qədər pul saxlamaq lazım olduğunu anlamaq çətindir. Bəs nədən başlamalı? (şəxsi büdcə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun

Üçüncü addım: “pul kisələrinin” yaradılması

İstənilən bankın mobil əlavəsində əmanət və ya “hədəf” aça bilərsiniz. Bu maliyyə aləti həm çıxarıla, həm də doldurula bilər, yəni, ora həm pul qoymaq, həm də oradan pul çəkmək olar.

Əvvəlcədən pula qənaət etməli olduğunuz məcburi xərclər və orta müddətli xərclər üçün “hədəflər” yaradın. Misal üçün, “məzuniyyət”, “vergilər”, “avtomobilin texniki baxışı üçün” və digər.

Dördüncü addım: məcburi yığımlar

Hər ay uzun müddətli məqsədlər üçün pul qoymaq – faydalı bir vərdişdir.

“Sizin nə qədər qazandığınız vacib deyil, mühüm olanı sizin arxaya pul atıb-atmamanızdır. Heç vaxt nə zamansa daha çox qazanacağınızı və yalnız bundan sonra pul toplamaq lazım olması barədə düşünməyin. Bizim nə qədər qazanacağımızdan asılı olmayaraq, məsrəflərimiz həmişə gəlirlərimizi ötüb keçir. Əgər siz bunu indi etməyi öyrənsəniz, onda əmək haqqınız və ya ümumilikdə gəlirləriniz artdığı zamanda pul yığımını daha effektiv şəkildə həyata keçirə biləcəksiniz. Qorxursunuz ki, bunu daimi əsasda edə bilməyəcəksiniz? Qorxulardan xilas olun, siz heç olmasa bir neçə ay ərzində bunu sınaqdan keçirin. Siz minimum heç nə itirməyəcəksiniz, maksimum isə öz ehtiyaclarınızdan ötrü müəyyən məbləğdə pul toplaya biləcəksiniz”, – Anna Zaikina belə məsləhət edir.

3-cü hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
şəxsi büdcə

İşçinin əsas və əlavə iş yerlərindən əldə etdiyi gəlirindən vergi və sosial sığorta haqqının tutulması

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Vergilər Nazirliyi işçinin əsas və əlavə iş yerlərindən əldə etdiyi gəlirindən vergi və sosial sığorta haqqının tutulması və işəgötürən tərəfindən əməkhaqqından əlavə verilən maddi yardımın sosial sığorta haqqına cəlb edilməsi ilə bağlı açıqlama verib.

İşçinin əsas və əlavə iş yeri üzrə əldə etdiyi gəlirlərindən vergi və sosial sığorta haqqının tutulması ilə bağlı bildiririk ki, eyni işəgötürən müəssisə ilə həm əsas əmək müqaviləsi, həm də əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq eyni iş yerində çalışan işçinin hər iki əmək müqaviləsindən əldə etdiyi muzdlu işlə əlaqədar aylıq gəlirləri cəmlənərək gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Eyni zamanda, bildirilir ki, işəgötürən tərəfindən işçiyə verilən maddi yardım işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilməklə ümumi qaydada məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində maddi yardım sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi müəyyən edilməmişdir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi, sosial sığorta

Koronavirus səbəbindən Sinqapur hökuməti ƏDV artımını ləğv edib

posted in: Vergi, Xəbər | 0

Koronavirus epidemiyasının yayılmasının iqtisadiyyata olan mənfi təsirləri Sinqapur hakimiyyətini ƏDV artımını ləğv etməyə məcbur etdi. Hökumətin sözügedən məsələ ilə bağlı qərarını baş nazirin müavini və maliyyə naziri Hen Svi Kit bəyan edib.

“İqtisadiyyatın mövcud vəziyyətini nəzərə alaraq dövlətin gəlir və xərclərini qiymətləndirdikdən sonra gələn il 9% vergi artımının ləğv edilməsi qərara alındı”, – onun fevralın 18-də parlamentdə etdiyi çıxışı TASS agentliyi yayıb.

Sinqapurda ƏDV 7% səviyyəsində qalacaq və epidemiya nəticəsində yaranan zərərlərlə əlaqədar bir sıra iqtisadi sahələrə vergi güzəştləri veriləcəkdir. Beləliklə, Çangi hava limanı daşınmaz əmlak vergisinə görə 15%, otellər isə 30% endirim alacaq.

Bundan bir qədər əvvəl isə  Sinqapur səlahiyyətlilərinin Çindən qayıtdıqdan sonra ev karantininə əməl etməyən adamlara cəza tətbiq etdikləri məlum olub.  Burada cərimələrdən və hətta yarım il müddətinə həbslərdən söhbət gedir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergilər Nazirliyində necə könüllü kimi çalışmaq olar? Son tarix 6 mart

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi, ödənilməli vergilər, məsuliyyət, ƏDV-nin qaytarılması, təyinat, Əlavə vergi nəzarəti, EDV, vergi ödəyicisi, Vergilər, işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramları“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur. (Vergilər Nazirliyi)

Vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Bakı şəhəri və respublikamızın regionlarında fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün 06.03.2020-ci il tarixinədək Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə onlayn müraciət edə bilərlər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları (və ya təhsil aldıqları) ünvana uyğun aparılacaqdır.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergilər Nazirliyi, könüllü