“Zərgərlik bazarı ilə bağlı aparılan təhlillər çatışmazlıqların olduğunu göstərir”

posted in: Xəbər | 0

pensiya təminatı, vergi mədaxili, emek muqavilesi, manat, əmək müqaviləsi,Azərbaycanda zərgərlik bazarı ilə bağlı aparılan təhlillər bir sıra çatışmazlıqların olduğunu göstərir.

Bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar” mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bazar iştirakçıları tərəfindən xammal və məmulatların idxalında qeyri-rəsmi əməliyyatların geniş hal kimi yayılması, ikinci əl məmulatların rəsmi qaydada almaq imkanının bir çox halda olmadığı, affinajın (qızılın təmizlənməsi – red.) bir neçə böyük bazar iştirakçıları tərəfindən kiçik həcmlərdə həyata keçirilməsi, bazarın ixrac imkanlarına da, bazarın vəziyyətinə də ciddi dərəcədə zəiflədir.

“Qızıl və qiymətli daşların keyfiyyətinə nəzarətin istənilən səviyyədə olmaması, həmçinin maliyyələşdirilmə və stimullaşdırma mexanizmlərinin yoxluğu, həm istehlakçıların  hüquqlarına, həm də bizim strateji hədəflərimizə zərbə vuran məqamlardan biridir. Sirr deyil ki, sektorda qeyri-şəffaf əmək münasibətləri hallarına da tez-tez rast gəlinir. Düşünürəm ki, bu çatışmazlığı aradan qaldırılması istiqamətində birgə iş aparılmalıdır”, – deyə nazir bildirib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Zərgərlik bazarı

Azərbaycanda daha bir neçə sənaye məhəllələri yaradılır

posted in: Xəbər | 0

“Bu il Azərbaycanda bir neçə sənaye məhəllələrinin tam fəaliyyətə başlaması gözlənilir”.

Bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

O, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələrində aparılan tamamlama işləri barədə məlumat verib.

Onun sözlərinə görə, Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və rezidentlərin qəbulu davam edir: “Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində bir neçə rezident fəaliyyət göstərir. Sabirabad Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və bir neçə rezident fəaliyyət göstərməyə tam hazırdır”.

N.Səfərov bildirib ki, Şərur Sənaye Məhəlləsində infrastrukturun qurulması ilə bağlı işlər aparılır.

Xatırladaq ki, ölkədə yaradılan 5 sənaye parkı və 4 sənaye məhəllələrində 80-dan artıq rezident fəaliyyət göstərir. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb.

Qeyd etmək lazımdır ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənaye Parkının payına düşür. Balaxanı Sənaye Parkının fəaliyyəti isə genişlənərək ikinci mərhələyə daxil olub. İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daşınmaz əmlakın icbari, amma məhdud təminatlı sığortası

posted in: Xəbər | 0

Məlum olduğu kimi bəzi qeyri-dəqiq formada yayılan məlumatlardan sonra əmlak sahibləri hər 20 gündən bir “cərimə” olunmamaq üçün (halbuki cərimənin tətbiqi mexanizmi aktual deyil) 2020-ci ilin yanvar ayına kimi əmlakını sığorta etdirməyə başladı.

Nəzərə alsaq ki, sığorta şirkətlərinin başlıca vəzifəsi yaddaş vərəqi verməklə sığortalını müqavilə üzrə maarifləndirmək olsa da, bəzən sığorta vasitəçiləri vasitəsilə bağlanan müqavilədə yaddaş vərəqəsinin verilməməsi və ya bu sığorta növü üzrə maarifləndirilməmə hallarının da şahidi oluruq.

Bu səbəbdən də daşınmaz əmlakın icbari sığortası üzrə aşağıdakı başlıca məsələləri qeyd etməyi vacib bilirik.

Daşınmaz əmlakın icbari sığortasında

  • Yaşayış evləri və mənzillər öz dəyərində yox, maksimum Bakı şəhəri üzrə 25 min manat məbləğində sığortatəminatı alır. Bu isə o deməkdir ki, əmlak tamamilə məhv olsa belə yalnız müqavilədə göstərilən məbləği ala biləcəksiniz.
  • Sizin daşınmaz əmlakınıza dəymiş zərər ödəniləcək. Daha dəqiq desək, qapı, pəncərə, mala, suvaq işləri, döşəmə, tavan, divar və kommunal təchizata dəyən zərər ödənilsə də, aşağı qonşuya dəyən zərər, evdəki daşınar əşyalara dəyən zərərlər ödənilmir.
  • Bu növ üzrə heç də bütün hallar təminata daxil deyil. Misal: yer sürüşməsi halında zərər ödənilməli olduğu halda, torpaq çökməsi halı təminata daxil deyil.
  • Tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan əmlaklar sığortalana bilməz.
  • Cərimə yaşayış evi və mənzillərə münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən tətbiq edilir.
  • Qeyri-yaşayış sahələrinə münasibətdə cəriməni Fövqəladə Hallar Nazirliyi tətbiq edir.
  • Cərimə əmlakın mülkiyyətçisinə və ya faktiki olaraq qanuni sahiblik edən şəxsə tətbiq edilir.
  • Əgər ipoteka ilə əmlak alıb, bu əmlakı könüllü qaydada sığortalamısınızsa da, icbari sığortanın olması yenə də vacib olacaq.
  • Ünvanlı dövlət sosial yardımı alanların sığorta haqqı dövlət tərəfindən ödənilir.(ətraflı blog yazımızda oxuya bilərsiniz)
  • Əmlakınızı sığortalayacağınız şirkəti Siz seçə bilərsiniz. Hansısa şirkət mütləq bizdə sığorta etdirməlisiniz deyə bilməz.
  • Siz də əmlakınızı icbari qaydada sığortalatmaq istəyirsinizsə, yaddan çıxarmayın ki, Sizə yalnız sığorta şəhadətnaməsi veriləcək.
  • Həmçinin müqavilənin mövcud olmağını şəhadətnaməni almaqla deyil, isb.az saytında şəhadətnamə nömrəsini yazmaqla öyrənmək mümkündür.

Bu səbəbdən də əmlakınızı sığortalatmazdan əvvəl bu yazıdan faydalanmağınız məsləhətdir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nizamnamə kapitalı 7,1 mln manata yaxın olan şirkət ləğv olunub, “Araz Supermarket”ə birləşdi

posted in: Xəbər | 0

Lisenziya? dövlət qeydiyyatı hüquqi Malların ehtimal olunan qiymətləri“Favorit” supermarketlər şəbəkəsinin idarə edicisi “Baku Retail Group” MMC-nin (BRT) ləğv olunaraq “Araz Supermarket” MMC şirkətinə qoşulduğunu elan edib. (Nizamnamə kapitalı, şirkət)

“Baku Retail Group hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə keçdiyini elan edir” – deyə rəsmi məlumatda qeyd edilir.

Bundan əlavə şirkət, bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə ötürdüyünü elan edir.

2012-ci ildə yaradılan “Baku Retail Group”un nizamnamə kapitalı 7,1 mln. manata yaxındır.

“Araz Supermarket” isə “Veysəloğlu Şirkətlər Qrupu” MMC-nin törəməsidir, Azərbaycanda ən geniş supermarketlər şəbəkəsinə malik şirkət sayılır.

“Araz Supermarket”-in kapitalı isə cəmi 20 manat təşkil edir.

Mənbə: banker.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Nizamnamə kapitalı, şirkət