“İşçilərin sayını və maaşını gizlədənlər ciddi məsuliyyət daşıyır”

posted in: Vergi, Xəbər | 0

məsuliyyət, ƏDV-nin qaytarılması, təyinat, Əlavə vergi nəzarəti, EDV, vergi ödəyicisi, Vergilər, işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıVergilər Nazirliyi “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya”nı yeni redaksiyada təsdiq edib. Konsepsiya vergi nəzarəti tədbirləri ilə əhatə olunan vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini müəyyən edir. (məsuliyyət)

İqtisadi artımın dinamikliyi fonunda dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərindən biri hər kəsin ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq layiqli həyat səviyyəsini təmin etmək, işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək münasibətlərinin leqallaşdırılmasını təmin etməkdir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar 8.000 manatadək əldə etdikləri gəlirlərinin 7 il müddətində vergidən azad olunması və Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bariz nümunəsidir.

Lakin iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də həmin sektor üzrə fəaliyyət göstərən və əmək haqlarının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur.

İşçi sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə belə, bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilmiş əmək haqları sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, vergi ödəyicisi tərəfindən muzdlu işə cəlb edilməli olan, işin mahiyyətinin muzdlu iş hesab edilməsi üçün əhəmiyyətli əsaslar olan, lakin vergi ödəyicisi tərəfindən vergidən yayınma məqsədilə işə cəlb edilən şəxslə (həmin şəxs mikro sahibkar olaraq, gəlir vergisi ödəyicisi kimi qeydiyyata alınır) xidmət müqavilələri bağlanılır.

Eyni zamanda, əksər vergi ödəyiciləri tərəfindən vergidən yayınmaq məqsədilə işçilərlə bağlanmış müqavilələrə əsasən ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir.

Vergi ödəyiciləri tərəfindən muzdla işləyən işçilərinə uçotdankənar əmək haqlarının verilməsi və əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının mövcudluğu bu işçilərin gələcək sosial təminatını təhlükə altında qoymaqla sosial sığorta ödənişlərinin azalmasına da səbəb olur. Bu cür hallar əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsinə ehtiyac yaradır. Təsdiq olunmuş yeni konsepsiyanın da əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir. Buna nail olmaq üçün işçi sayı və əməkhaqqı fondu üzrə risklərin müəyyən edilməsi, yerli vergi orqanlarında əmək münasibətlərinə nəzarət üzrə komissiyanın təşkil olunması, eləcə də əmək münasibətləri üzrə riskli vergi ödəyiciləri ilə işlərin təşkili nəzərdə tutulub.

Konsepsiyaya əsasən, əmək münasibətləri sahəsində işçi sayı və əməkhaqqı fondu üzrə risklər bəyannamə və “Əmək müqaviləsi bildirişi” altsisteminin məlumatları əsasında təhlil olunmaqla müəyyən ediləcək. İşəgötürənlərə işçi sayı və əməkhaqqı fondu ilə bağlı aşağıdakı hallara yol verməmələri tövsiyə olunur:

  • ixtisassız əməyə görə hesablanan əməkhaqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğindən aşağı qeyd olunması;
  • əvvəlki dövrlə müqayisədə işçi sayının artırılmasına baxmayaraq, 1 işçiyə düşən orta aylıq əməkhaqqı fondunun azaldılması;
  • əməkhaqqı fondunun “Əmək müqaviləsi bildirişi” altsistemində eyni ərazi, fəaliyyət sahəsi və peşələr (vəzifələr) üzrə orta aylıq əməkhaqqı məbləğindən aşağı göstərilməsi;
  • əməkhaqqı fondunun Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş “İqtisadi fəaliyyət növləri üzrə peşə və vəzifələr barədə” məlumata əsasən müəyyən edilmiş orta aylıq əməkhaqqı məbləğindən aşağı olması;
  • vergi ödəyiciləri tərəfindən işçiləri öz hesabına məzuniyyətə buraxmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınması;
  • vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərini əvvəlki dövrlərlə müqayisədə artırmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınması;
  • vergi ödəyiciləri tərəfindən əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma məqsədilə işçiləri ilə mülki-hüquqi müqavilə bağlamaq.

Risk qrupuna daxil olan vergi ödəyicilərini müəyyən etmək üçün Vergilər Nazirliyinin informasiya sistemləri ilə yanaşı, “Əmək müqaviləsi bildirişi” altsistemindən istifadə olunması nəzərdə tutulub. Təhlillər aparılarkən nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində göstərilib ki, ixtisaslı əməyə və xidmətə görə işçiyə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ verilə bilməz.

Konsepsiyaya əsasən, yerli vergi orqanları həmin risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib edəcək. Bu zaman vergi ödəyicisinə ilkin olaraq “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndəriləcək. Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi məqsədilə vergi ödəyicisi vergi orqanına dəvət olunacaq və görüş zamanı vergilərin, o cümlədən işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğinin real potensiala uyğun əks etdirilməsi təklif olunacaq. Zəruri hallarda isə vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəlik” qəbul ediləcək. Vergi ödəyicisi ona təqdim olunan dəlil və sübutlarla razılaşmadıqda və ya vergi orqanına gəlməkdən imtina etdikdə, vergi nəzarəti tədbirinin həyata keçirilməsi üçün aidiyyəti struktura təqdim olunacaq.

Mənbə: vergiler.az

məsuliyyət, məsuliyyət, məsuliyyət


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Keçən il ölkədəki ödəniş kartlarının sayı 7,3 milyona çatıb

posted in: Xəbər | 0

bank kartından ödəmələrÖtən il Azərbaycanda ödəniş və pulköçürmə sistemləri üzrə əməliyyatların sayı 40 faiz artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Visa Cashless Forum”unda deyib. (ödəniş kartları)

O qeyd edib ki, Azərbaycanda ötən il Banklararası Milli Hesablaşmalar Sistemi üzrə ödənişlərin məbləği azalsa da, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi və sürətli pulköçürmə sistemləri üzrə köçürmələr artıb. 2019-cu ildə ödəniş kartlarının sayı 11,2 faiz artmaqla 7,3 milyon ədədə çatıb. Həmçinin keçən il debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38 faiz, məbləği isə 31 faiz artıb. Ötən il ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə nağdsız ödəniş əməliyyatlarının sayı 67 faiz, məbləği isə 97 faiz artıb. Təsadüfi deyil ki, UNESCAP-ın hesablamalarına görə, Azərbaycan kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ödəniş kartları

Azərbaycanda yeni sığorta fondu yaradılacaq

posted in: Xəbər | 0

rəsmiləşdirmə, Malların təqdim olunması, İşə qəbul, Sənədsiz avadanlıq nizamnaməMilli arxiv fondu sənədlərinin sığorta fondu yaradılacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, Milli Arxiv İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2020–2025-i ildə Milli arxiv fondu sənədlərinin sığorta fondunun yaradılmasını təmin etməlidir.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sığorta fondu

Rusiyanın xarici bank hesabı olan vətəndaşları gəlirlərini itirə bilərlər

posted in: Xəbər | 0

kiçik biznes, vergi bəyannaməsi,rusiyada maaş,mühasiblər,Avrasiya İqtisadi İttifaqına üzv olmayan və ya Rusiya ilə vergilərə dair informasiya mübadiləsi aparmayan ölkələrdə bank hesabı olan vətəndaşlar həmin hesablara daxil olan pul vəsaitlərinin 75 faizindən məhrum edilə bilər. Burada, söhbət səhm dividendlərindən, eləcə də Türkiyə, ABŞ, Böyük Britaniya, Tailand kimi ölkələrdəki daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərdən gedir. (xarici bank hesabı)

Əgər vətəndaşların bank hesabları Rusiya ilə aralarında vergi informasiyalarının avtomatik mübadilə edildiyi Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə keçirilməsə, həmin vəsaitlərə cərimə qoyulacaq.

Bu vəziyyət valyutaların tənzimlənməsi və ona nəzarət haqqında qanun layihəsində edilən düzəlişlərlə bağlı yaranıb. Rusiyanın vergi sahəsində informasiya mübadiləsi apardığı ölkələrin siyahısı Federal Vergi Xidmətinin əmrində göstərilib. Həmin sənədə əsaslanan vergi ödəyiciləri məsuliyyətə cəlb edilməkdən ehtiyatlanırlar.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
(xarici bank hesabı)