Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası sadələşdirilib

posted in: Xəbər | 0

Vergi ödəyiciləri, idxal,ixrac gömrük rüsumları, xidmət haqqı məbləğləri, əmək müqaviləsi, MDSS,Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda sadələşdirmələri nəzərdə tutan 74 №li Qərarda bildirilir ki, ixracın stimullaşdırılması və təşviqi ilə bağlı görülən kompleks işlər nəticəsində qeyri-neft məhsullarının ixracı dəyər ifadəsi ilə 2016-cı illə müqayisədə ümumilikdə 36,5 faiz artaraq 2018-ci ildə 1,7 milyard ABŞ dolları təşkil edib, 2019-cu ilin yanvar-avqust aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 15,1 faiz artıb. Sahibkarlardan daxil olan müraciətlər və beynəlxalq təcrübə göstərir ki, ixrac təşviqinin ödənilməsi prosedurunun sadələşdirilməsinə ehtiyac var.

Bununla əlaqədar, Qərarla təsdiq edilmiş Qaydaya dəyişiklik edilib.

Dəyişikliyə görə, ixrac təşviqinin ödənilməsi üçün ərizəyə əlavə edilməli olan nəqliyyat sənədində təyinat ölkəsinin gömrük orqanının qeydlərinin olması tələbinin ləğv edilməsi, eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən imzalanmış “məktub-sərəncam”ların elektron poçt vasitəsilə də Maliyyə Nazirliyinə təqdim edilməsi də nəzərdə tutulub.

Qərarın qəbul edilməsi nəticəsində ixracın təşviqi mexanizminin sadələşdirilməsi və sürətləndirilməsi proqnozlaşdırılır.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İxrac təşviqi
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *