Read More9
Read More9

Yeni nəsil kassa aparatlarından keçən dövriyyə açıqlanıb

posted in: Xəbər | 0

Yeni nəsil kassa aparatları, kassa-nəzarət aparatları, vəsait, POS-terminal, Nəzarət-kassa elektron kassa çeki“Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) dövriyyəsi 1,295 mlrd. manata yaxın təşkil edilib”. (Yeni nəsil kassa aparatları)

Bu barədə Azərbaycan Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, ölkədə yeni nəsil kassa aparatlarının tətbiqi ötən ildən başlayıb: “Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq, bu kassa aparatlarının tətbiqi dörd mərhələdən ibarətdir. 2019-cu ildə onların tətbiqi ilə bağlı birinci və ikinci mərhələləri tam olaraq icra edilib, 91% göstərici qeydə alınıb. Üçüncü mərhələ isə cari ildə icra ediləcək”.

O əlavə edib ki, 9100 yeni nəsil kassa aparatı quraşdırılıb: “Bu aparatlar vasitəsilə bu günə qədər 105 mln. çek çap edilib, dovriyyə isə 1,295 mlrd. manata yaxın olub”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Yeni nəsil kassa aparatları

Vergi işçiləri peşə bayramını qeyd edir

posted in: Vergi, Xəbər | 0

Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Bu gün vergi xidməti işçilərinin peşə bayramıdır. Bu münasibətlə konfrans keçirilib.  (Vergi işçiləri)

Tədbirdə vergi orqanlarının əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərin nümayəndələri, iqtisadçı ekspertlər və iş adamları iştirak ediblər.

Konfransda “Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru” mövzusunda təqdimatla çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə ölkəmizin iqtisadi inkişafı, vergi siyasətinin əsas istiqamətləri və vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər və onların ölkə iqtisadiyyatına təsiri, şəffaflıq istiqamətində yeni çağırışlar, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri barədə danışıb.

Nazir bildirib ki, 2019-cu il iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi biznesin, qismən də olsa, “kölgə”dən çıxmasına səbəb olub. Bütövlükdə işgüzar cəmiyyətin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir.

M.Cabbarov vergi sisteminin iqtisadi tənzimlənmədə mühüm rol oynadığını və sahibkarlığın inkişafının əsas hədəflərdən biri olduğunu qeyd edib, iqtisadi inkişafın işgüzar aktivliyə və biznesin çevikliyinə bağlı olduğunu, böyük sayda kiçik və orta biznesin məşğulluq və dayanıqlı iqtisadiyyat üçün möhkəm bünövrə yaratdığını vurğulayıb.

İqtisadiyyat naziri şəffaf işləyən bütün sahibkarlara təşəkkür edib.

Konfransda Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi inzibatçılığında şəffaflığa aparan yol” mövzusunda təqdimatla çıxıb edib. Vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan işlər barədə danışıb.

Tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) rəhbəri Nuran Kərimov “Kölgə iqtisadiyyatı” ilə mübarizə və şəffaflıq”, “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev “Vergi sahəsində sahibkarlar üçün yaradılmış münbit şərait”, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev “Şəffaf uçot, asan hesablama, dürüst hesabatlılıq vergi inzibatçılığının əsas istiqaməti kimi”, “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov “Vergi siyasətinin investisiya mühitinə təsiri”, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Vergi orqanı: dünən, bu gün” mövzusunda çıxış ediblər.

Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər, iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə aparılan islahatlara dair təkliflər səsləndiriblər.

Sonra konfrans öz işini panel iclasında davam etdirib. İclasda İqtisadiyyat və Vergilər nazirliklərinin, Azərbaycan Mərkəzi Bankının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi işçiləri

Mühasib peşəsinin ilk nümayəndələri (4-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

                             Mühasib peşəsinin ilk nümayəndələri (4-cü hissə)(Mühasib peşəsi)

3-cü hissəni oxumaq üçün keçidə daxil olun

mühasibat uçotunun təşəkkülü

Luka Paçoli

Mühasibat uçotunun tarixi ilə maraqlanan istənilən adamdan ötrü bu görkəmli insanın yanından sadəcə yan ötmək mümkün deyil. Amma, Luka Paçoli ilk növbədə mühasib olmayıb, riyaziyyatçıdır və çox istedadlı bir riyaziyyatçı. (“o zamanın ən yaxşı riyaziyyatçılarından biri və ya birincisi”). 1494-cü ildə Luka Paçoli “Hesabın, həndəsənin cəmi, nisbətlər və əlaqələr haqda elm” kitabını nəşr edir. Həmin kitabda o, həm də ikili mühasibatlıqdan bəhs edib. (“Hesablar və qeydlər barədə traktat”).

İkili mühasibatlığın kəşfinin Luka Paçolinin adına yazmaq bir qədər tələskənlik olardı, çünki təsdiq olunub ki, ikili mühasibatlıq buna qədər, ən azından traktatın yazılışından iki əsr əvvəl Fini qardaşlarının (1296-1314) kitabında və Farolfi şirkətinin Əsas kitabında (1299-1300)  mövcud olub.  Buna ən bariz nümunə kimi Florensiya şirkəti Datinin arxivlərini göstərmək olar: artıq 1390-cı ildən orada ikili mühasibatlıqdan istifadə olunurdu. L.A. Kosereva qeyd edir ki, “kitab növündə deyil, manuskript şəklində Paçolinin traktatının nəşrindən əvvəl mühasibat üzrə dərsliklər mövcud idi”. Kosareva buna nümunə kimi Benedetto Kotrulyinin əsərini misal çəkir. (Y.V. Sokolov yazdığı kimi kitab hələ 1458-ci ildə yazılmışdı. Lakin naməlum səbələr üzündən yalnız 1573-cü ildə nəşr olunmuşdu). Nəticə etibarilə, Luka Paçolini nə ilk mühasib, nə də hətta mühasibat uçotu üzrə ilk dərslik müəllifi kimi qəbul etmək olar.

Lakin bütün bunlara baxmayaraq, onun əsərinin  “venetsian” uçot sisteminin geniş yayılması üçün rolunu nəzərə almamaq mümkün deyil.  Y.V. Sokolovun sözlərinə görə, “məhz, həmin kitabın çapı diqrafizmi universal bir sərvətə, maliyyə nəticələrinin hesablanması üçün böyük bir vasitəyə çevirdi; iqtisadi həyata abstrakt kateqoriyalar gəldi, hansı ki, müxtəlif üsullarla ölçmək mümkün oldu”. Beləliklə, Luka Paçoli müsabiqədə “mühasibat biliklərinin yayılmasında xüsusi xidmətlərinə görə” nominasiyasında, eləcə də seyrçi simpatiyasına görə şübhəsiz ki prizə layiqdir. Onu mühasibat uçotu tarixində ən məşhur şəxsiyyət kimi qəbul etmək olar.

Kristofer Şteher

Mühasibat peşəsi tarixində tez-tez daha bir ad da hallanır. Məlum olduğu kimi, məhz, Kristofer Ştreher tarixdə ilk dəfə mühasib təyin olunan şəxsdir. Bu 1498-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilianın əmri ilə həyata keçirilib. İnsburk hesablama palatasında kargüzarlıq etməsindən, “əsas kitabların qeydiyyatını aparmasından” başqa Ştreher barədə əlavə heç bir məlumat yoxdur. De-yure Kristofer Ştreher ilk mühasib olub, çünki bu termin ilk dəfə məhz, onunla bağlı tətbiq olunub, ona görə də hətta bununla bağlı mübahisə belə doğurmayan imperator əmri də var. Lakin, əgər mühasibat uçotunun əsas prinsiplərindən birinə – məzmunun forma üzərində prioriteti – istinad etsək, ilk mühasiblər hələ ondan çox əvvəl peyda olub.

Yekun

Beləliklə, müsabiqəyə yekun vuraq. “Uçotun ulu əcdadı” nominasiyasında qeyrilərindən 100 min il əvvəl yaşamış ibtidai insan qalib gəlir. “Mühasibat biliklərinin geniş yayılmasında xüsusi xidmətinə görə” nominasiyasında Luka Paçoli şəksiz liderdir. Və nəhayət, “İlk mühasib” nominasiyasında bizim eranın başlanğıcında mühasibat işlərində sədaqətlə xidmət göstərmiş  qədim roma hesabdarları,  qalib gəlirlər. Qədim şumerlilər, misirlilər və yunanların da xidmətlərini ayrıca qeyd etmək lazımdır: qədim dövlətlər arasında sıx qarşılıqlı münasibətlər mövcud olub və elmlərin bir çox elementləri və mədəniyyətlər bir xalqdan digərlərinə ötürülüb. Beləliklə, mühasib peşəsinin yaranmasında bu və ya digər formada bütün xalqlar iştirak ediblər, bu peşənin müasir ardıcılları bunu yaddan çıxarmamalıdırlar.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib peşəsi, mühasib peşəsi

 

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (10-cu hissə)

posted in: muhasibat, Xəbər | 0

                     Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (10-cu hissə) mühasibatlıq

9-cu hissəni oxumaq üçün keçidə daxil olun.

mühasib köməkçisi, vakansiya, ezoterizm, mühasibatlıq, vakansiya baş mühasib, mühasibat uçotu

Avstraliyanın şərq sahillərinin az inkişaf etmiş yoxsul tayfalarını və Cənubi Amerikanın xalqlarını götürün. Onlar professor Şerzlin sözlərinə görə, hesablamaq üçün “bir”, “iki” və “üç” sözlərindən başqa say bilmirdilər, digərləri isə “iki” sözü ilə məhdudlaşırdılar, iki və ya üç sayından çox olan sözlərlə ifadə olunduqda isə bu çox mənasını verirdi. Aydındır ki, vəhşilərin bu cür acınacaqlı durumu zamanında hesabdarlıqdan söhbət belə gedə bilməzdi.

S.A. Smetanin

İnsan mədəniyyətinin başlanğıcında barmaqla saymağın rolu artıq ondan görünür ki, demək olar, bütün xalqlarda on sayı hesab sisteminin əsasını qoyub.

Lents

İbtidai insan heyvan səltənətinin ortasında çox ağır bir vəziyyətdə idi. Onun təbii silahı olan, əlləri, ayaqları, dişləri, öz gücünə görə daha yırtıcı və daha böyük heyvanlar qarşısında aciz idi.

K.T. Şeqolkov

Tarix bizlər üçün bu vəhşinin öz qonşusu olan vəhşi ilə ibtidai tipli dəyiş-düyüş sövdələşməsinə qoşulduğu andan başlanır.

V.İ. Levik

İctimai əmək bölgüsünün yaratdığı iqtisadi fəaliyyətin yeni elementi “mübadilə” ifadəsi ilə bir məfhuma birləşən mürəkkəb münasibətlər yaradır. Bir halda ki, əmək bölgüsünün prosesi sürətlə irəli gedir və qeyri-adi sürətlə inkişaf edir.

Q.F. Şerşeneviç

Mübadilə nə qədər sadə və daha asandırsa, iqtisadi həyat daha sürətli inkişaf edir. Sərbəst mübadilə ilə özünüzü yalnız bir təhlükəsiz məşğuliyyətə həsr etmək olar. Peşələrin çoxalması ilə əmək məhsulları kəmiyyətcə artır və keyfiyyətcə yaxşılaşır. Bütün bunlar isə ümumi rifahın yüksəlməsinə gətirib çıxarır.

V.İ. Lixaçev

Mübadilə o zaman yaranır ki, istehlakla istehsal arasında bilavasitə əlaqə dağılır və təsərrüfat nemətləri məşğulluğun bölünməsi nəticəsində bir təsərrüfatdan digərinə keçir, ilkin istehsalçıya qayıtmır. Kənar şəxsə, daha çox isə əvvəlcədən məlum olmayan istehlakçıya tərəf istiqamət alır.

Manuilov

İnsanlar arasında ticarət əlaqələrinin başlanğıcı ən qədim zamanlarda yoxa çıxır. Lakin bir qədər sonra da düzgün ticarət yarana bilməzdi.

M. Rotşild

Qədim zamanlarda mövcud olmuş və təbiət və əmək əsərlərinin qarşılıqlı mübadiləsi ilə məhdudlaşan xırda ticarət dövriyyələri çox sadə və sayına görə ilkin olaraq yazılı nişanların olmaması üzündən qeydə alınmırdılar, o səbəbdən əvvəlcə yaddaşla kifayətlənməli olurdular.

İ.Q. Maksimov

11-ci hissəni oxumaq üçün keçidə daxil olun.


error: Content is protected !!