Gürcüstanda çalışan azərbaycanlı sahibkarların pensiya təminatı məsələsi müzakirə edilir

posted in: Xəbər | 0

vergi mədaxili, emek muqavilesi, manat, əmək müqaviləsi,Gürcüstanda fəaliyyət göstərən vergi ödəyicisi olan azərbaycanlı sahibkarların təqaüd və sığorta məsələsini Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gürcüstan tərəfi ilə müzakirə edir. (pensiya təminatı)

Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Tbilisidə azərbaycanlı iş adamları ilə görüşü zamanı deyib.

O bildirib ki, bu sahədə 1993-cü ildə imzalanan müqavilədə bəzi çatışmazlıqlar var.

“Pensiya təminatı ilə əlaqədar Azərbaycan və Gürcüstan hökumətləri arasında 1993-cü ildə imzalanmış saziş mövcuddur, lakin orada pensiya məbləğinin müəyyənləşdirməsi məqamı çatışmır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələni Gürcüstan tərəfi diqqətdə saxlayır. Praktiki tövsiyəm ondan ibarətdir ki, sahibkarların hər bir halda özəl sığorta və pensiya versiyalarına da baxılsın”.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
pensiya təminatı

Müddətli əmək müqaviləsinin uzadılması

posted in: Xəbər | 0

əmək müqaviləsi, xitam,Əmək Məcəlləsinə əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması üçün əsas sənəd əmək müqaviləsidir. Əmək müqaviləsi müddətli və müddətsiz olaraq bağlanılır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. (Müddətli əmək müqaviləsi , emek)

Müddətli əmək müqaviləsinin bağlanması halları Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulub.

Müddətli əmək müqaviləsinin ləğv olunması və uzadılmasında maraqlı və xüsusi hallar mövcuddur. Müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Bu maddənin 1-ci hissəsində göstərilib ki, müddətli əmək müqaviləsinə müqavilənin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Burada “….həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsinə diqqət yetilməsini istərdim.

Əmək müqaviləsi müddətli bağlanılanda qeyd etdiyim məsələ ilə bağlı olaraq işəgötürənlər və işçilər aşağıdakılara diqqət yetirməlidirlər:

  • əmək müqaviləsinin bağlanma tarixinə;
  • əmək müqaviləsində işçinin işə başlama tarixinə;
  • bağlanma və işə başlama tarixlərinin fərqliliyinə;
  • müqavilənin başa çatma tarixinə;
  • müqavilənin müddətində təqvim aylarının və ya təvqim günlərinin sayına.

Misal 1: Tutaq ki, “AA” MMC işçi ilə müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin bağlanma və işə başlama tarixi 1 sentyabr 2019-cu il, başa çatma tarixi isə 31 dekabr 2019-cu ildir. Həmin müqavilə başa çatdıqdan sonra tərəflər müqaviləni ləğv etməyiblər, bu barədə əlavə bir razılaşma da olmayıb. Bu halda, 73-cü maddənin 1-ci bəndinə əsasən, müqavilə yenidən eyni müddətə uzadılmış sayılır. Beləliklə, müqavilə daha 4 tam təqvim ayı – 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci ilə kimi uzadılacaq.

Misal 2: Tutaq ki, “AA” MMC işçi ilə müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin bağlanma tarixi 15 avqust 2019-cu il və başa çatma tarixi 31 dekabr 2019-cu ildir. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasına 01 sentyabr 2019-cu ildə daxil edilib və bildiriş bu tarixdə əldə edilib. Müqavilənin müddəti başa çatanda tərəflər onu ləğv etməyiblər, əlavə razılaşma da olmayıb. Bəs bu halda müqavilə hansı müddətə uzadılmış sayılır?

Belə olan halda, müqavilə yenə də daha 4 tam təqvim ayı qədər – 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci kimi uzadılacaq. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsi ancaq bildirişin əldə olunmasından sonra qüvvəyə mindiyindən, həmçinin müqavilədə xüsusi bir müddət yazılmadığından həmin tarixdən bağlanılmış sayılır.

Misal 3: Tutaq ki, “AA” MMC və işçi arasında müddətli əmək müqaviləsi bağlanılıb. Müqavilənin bağlanma tarixi 1 sentyabr 2019-cu ildir. Əmək müqaviləsi bildirişi 1 sentyabr 2019-cu ildə əldə edilib, işə başlama tarixi isə 4 sentyabr 2019-cu il yazılıb. Müqavilənin başa çatma tarixi 31 dekabr 2019-cu ildir. Razılaşma başa çatdıqda tərəflər müqaviləni ləğv etməyiblər, əlavə razılaşma da olmayıb.

Belə olan halda, işçinin işə 4 sentyabr 2019-cu ildə başlamasına baxmayaraq, müqavilə daha 4 tam təqvim ayı qədər 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci ilə kimi uzadılacaq. Qeyd olunduğu kimi, müqavilə bildirişin əldə olunduğu tarixdən qüvvəyə minir və 73.1.-ci maddədə də uzadılma halı müqavilədə əvvəl müəyyən olunmuş müddətə uzadılır. Yəni bu maddədə işçinin işə başlaması tarixi, şərtləri haqqında heç nə yazılmayıb. Odur ki, müqavilənin müddəti 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci ilə kimi uzadılır.

Misal 4: Tutaq ki, “AA” MMC işçi ilə müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin bağlanma tarixi 28 avqust 2019-cu ildir, bildiriş 28 avqust 2019-cu ildə əldə edilib. İşçinin işə başlama tarixi isə 1 sentyabr 2019-cu il, başa çatma tarixi isə 31 dekabr 2019-cu il göstərilib. Müqavilədə xüsusi bir şərt yazılıb ki, həmin müqavilə tam 4 təqvim ayı müddətində bağlanıb. Həmin əmək müqaviləsi başa çatanda tərəflər müqaviləni ləğv etməyıb, əlavə razılaşma da olmayıb.

Belə olan halda, bildirişin 28 avqust 2019-cu ildə əldə olunmasına baxmayaraq, müqavilə daha 4 tam təqvim ayı qədər, yəni 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci kimi uzadılacaq. Qeyd olunduğu kimi, müqavilə bildirişin əldə olunuğu tarixdən qüvvəyə minir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində də uzadılma halı müqavilədə əvvəl müyyən olunmuş müddət götürülür. Burada müqavilədə müəyyən olunmuş müddət 4 təqvim ayıdır.

Belə hallarda problemlərin yaşanmaması üçün müqavilə müddətinin qurtarmasına qısa bir müddət qalmış əmək müqaviləsinin uzadılması qərarına gəlmiş tərəflərin əlavə razılaşma protokolu imzalaması tövsiyə edilir. Bununla yanaşı, əmək müqaviləsi bildirişi bazasında da dəyişikliklərin edilməsi zəruridir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müddətli əmək müqaviləsi, emek, emek, emek

Nazirlər Kabineti vergi və gömrük güzəştlərin tətbiqi qaydasını izah edib

posted in: Xəbər | 0

gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydasını təsdiq edən qərarın izahını verib. (gömrük güzəştlərinin tətbiqi)

Son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olmuşdur. Bu məqsədlə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilmişdir.

NK-nın qərarında

– vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına,

– güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına,

– güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə

– və güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair tənzimləmələr nəzərdə tutulmuşdur.

Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi

– büdcə itkilərinin hesablanması,

– ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri,

– statistik məlumatlar,

– güzəşt tətbiq olunan vergi və mülkiyyət növü,

– vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası,

– idxal-ixrac əməliyyatları,

– dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcək.


“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin:
Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi, gömrük güzəştlərinin tətbiqi

Kənd təsərrüfatı məhsullarının alğı-satqısının sənədləşdirilməsi

posted in: Xəbər | 0

Kənd təsərrüfatıPərakəndə ticarət fəaliyyəti ilə məşğul oluram. Bir sıra hallarda vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından müxtəlif növ kənd təsərrüfatı məhsulları alıram. Alınmış mallar hansı qaydada sənədləşdirilməlidir?

Vergilər Nazirliyinin şərhinə əsasən, 1 yanvar 2020-ci ilədək vergi orqanında uçotda olmayan fiziki şəxslərdən mallar alınarkən yalnız “Malların alış aktı” ciddi hesabat blankı tərtib edilirdi. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, malların alış aktı elektronlaşdırılıb. Belə ki, vergi ödəyicisi tərəfindən tərtib olunmuş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab olunur və kağız daşıyıcıda ciddi hesabat blankı olan “Malların alış aktı”nın tərtib edilməsinə zərurət yaranmır.

Malların alışına görə ilkin olaraq kağız daşıyıcıda “Malların alış aktı” tərtib edildiyi halda, həmin alış aktı əsasında malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib olunur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kənd təsərrüfatı məhsulları,