Read More9
Read More9

Hüquqi şəxsin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?

posted in: Xəbər | 0

hüquq kağızHüquqi şəxsin qeydiyyatı üçün hansı sənədlər tələb olunur? Əgər təsisçi və ASAN imza olmasa, təyin ediləcək direktor adına yazılan etibarnamə ilə qeydiyyatdan keçmək mümkündürmü? (hüquqi şəxs)

Vergilər Nazirliyindən bildirilib ki, yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onun hüquqi ünvanı üzrə qeydiyyatını aparan müvafiq vergi orqanına “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

Ərizə ilə birlikdə hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə (2 nüsxədə), hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında təsisçi (təsisçilər və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən təsdiq edilmiş qərarlar, “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”nin təsisçilər barədə əlavəsi (qurumun təsisçisi hüquqi şəxs olduqda “Təsisçi-hüquqi şəxslər barədə məlumat”, onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, fiziki şəxs olduqda isə “Təsisçi-fiziki şəxslər barədə məlumat”,

onun şəxsiyyətini təsdiq edən sənədin surəti), təsisçilər tərəfindən icraedici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti (qanuni təmsilçinin və ya rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti), hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə, yəni 3 aydan çox olmayan müddətdə ödənilməsi nəzərdə tutulmayıbsa, nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd ((bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair), habelə nizamnamə kapitalına pul formasında ödənilməyən əmlak qoyulduqda əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi), dövlət rüsumunun ödənilməsi haqqında sənəd və ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda etibarnamə təqdim olunur.

Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən təsis edilən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatının heç bir rüsum ödənilmədən elektron qaydada aparılması da mümkündür. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı gücləndirilmiş elektron imzadan (o cümlədən ASAN İmzadan) istifadə etməklə, eyni zamanda elektron imza olmadan da İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” bölməsinin “H/Ş elektron qeydiyyatı” hissəsinə daxil olaraq həyata keçirilir.

2020-ci ildə qeydiyyatdan keçmiş vergi ödəyiciləri bu vergi güzəştindən yararlana bilməyəcəklər

posted in: Vergi, Xəbər | 0

ƏDV, mənfəət vergisi ödəyicisi,Sual: 15.01.2020-ci il tarixində vergi uçotuna alınmışam və pərakəndə ticarətlə məşğulam. Obyektimdə Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatları quraşdırmışam. Bu halda, yeni kassa aparatına görə güzəştdən yararlana bilərəmmi? (vergi ödəyiciləri)

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin “Qeyd” hissəsinə əsasən, bu qrafik təsdiq edildikdən sonra yeni uçota alınmış təsərrüfat subyektlərində (obyektlərində) qrafikə uyğun quraşdırılacaq nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.

Bundan əlavə, nəzarət-kassa aparatı 2019-cu il yanvarın 1-dən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədiyi halda, nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir. Qeyd olunanlara əsasən, 1 yanvar 2020-ci il tarixdən vergi uçotuna alınaraq sahibkarlıq fəaliyyəti göstərən şəxslərin ticarət obyektlərində quraşdırılmış və qanunla müəyyən edilmiş tələblərə cavab verən nəzarət-kassa aparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsi, 77.7-ci maddə.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi ödəyiciləri

Bəzi məhsulların ölkə ərazisindən aparılmasına qadağa qoyulub

posted in: Xəbər | 0

gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiBəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında (məhsul)

Yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılsın.
  2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
  3. Bu Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 14 fevral 2020-ci il
№ 42

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
məhsul

Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi

posted in: Vergi, Xəbər | 0

Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Xidmətin adı: Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi. (Şəxsi hesab vərəqəsi)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– AR VM-nin 87.2-ci maddəsi

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi öhdəliklərinin icrasına nəzarət strukturları, RVŞnin Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət strukturları, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin vergi borclarının məcburi alınması strukturları, digər vergi orqanlarının vergi öhdəliklərinin icrasına nəzarət strukturları

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Şəxsi hesab vərəqəsindən çıxarış

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Şəxsi hesab vərəqəsi
error: Content is protected !!