2020-ci ildə qeydiyyatdan keçmiş vergi ödəyiciləri bu vergi güzəştindən yararlana bilməyəcəklər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV, mənfəət vergisi ödəyicisi,Sual: 15.01.2020-ci il tarixində vergi uçotuna alınmışam və pərakəndə ticarətlə məşğulam. Obyektimdə Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatları quraşdırmışam. Bu halda, yeni kassa aparatına görə güzəştdən yararlana bilərəmmi? (vergi ödəyiciləri)

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin “Qeyd” hissəsinə əsasən, bu qrafik təsdiq edildikdən sonra yeni uçota alınmış təsərrüfat subyektlərində (obyektlərində) qrafikə uyğun quraşdırılacaq nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.

Bundan əlavə, nəzarət-kassa aparatı 2019-cu il yanvarın 1-dən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədiyi halda, nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir. Qeyd olunanlara əsasən, 1 yanvar 2020-ci il tarixdən vergi uçotuna alınaraq sahibkarlıq fəaliyyəti göstərən şəxslərin ticarət obyektlərində quraşdırılmış və qanunla müəyyən edilmiş tələblərə cavab verən nəzarət-kassa aparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsi, 77.7-ci maddə.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi ödəyiciləri
Print Friendly, PDF & Email