Əmək pensiyaları artırıldı

posted in: Xəbər | 0

Əmək məcəlləsi, Vergi Məcəlləsi, təqvim haqları, İcbari tibbi sığorta, Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi Maliyye, agentlik,Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. (əmək pensiyaları, emek pensiyaları)

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2020-ci il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək pensiyaları, emek, emek pensiyaları

Latviya mühasibləri həyəcan təbili çalır: Qanunlar həyatı çox çətinləşdirir

posted in: muhasibat, Xəbər | 0

Yeni işçilər toplamalı və ya vəzifələri yenidən bölüşdürmək lazımdır (mühasiblər)

Gələn ildən etibarən autsorsinq mühasibat xidmətləri müəssisələrinin lisenziyalaşdırılması planlaşdırılır – Tildes Jumis mühasibat və idarəetmə sistemi tərəfindən aparılan sorğunun nəticələri göstərir ki, bu, öz çətinliyinə görə mühasiblər üçün yalnız dördüncüdür. Sözügedən sahə nümayəndələrinin 16,8% – i qanunların artan yükünün onların gələcək işlərini təhdid etdiyini etiraf edib. 37,9% isə yeni tələblərin gündəlik işlərdə təsirini kəskin şəkildə hiss etdiklərini söyləyiblər.

Bu o deməkdir ki, mühasibat xidmətləri müəssisələrinin yarıdan çoxu qanunların bütün tələblərinə riayət etmək üçün əmək təşkilini dəyişdirmək, məsələn, əlavə işçiləri işə götürmək və ya vəzifələri yenidən bölüşdürmək məcburiyyətində qalacaqlar.

Həyatı hansı qanunlar çətinləşdirir

İndi sahə üçün ən böyük problem qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılmasının və terrorizmin və profilerasiyanın maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanuna riayət olunmasıdır. Respondentlərin 80%-i bunu qeyd ediblər.

Əhəmiyyətinə görə ikinci problem – beynəlxalq sanksiyalar və Latviyanın milli sanksiyaları haqqında qanundur, onun tələblərinə əməl olunması mühasibat firmalarının 51,6% – i üçün çətinlik yaradır.

Qüvvəyə mindikdən il yarım sonra da məlumatları mühafizəsinin ümumi tənzimlənməsi aktı hələ də respondentlərin 44,2-i üçün narahatedici amil olaraq qalmaqdadır. Autsorsinq mühasibatı müəssisələrinin gələcək lisenziyası isə rəyi soruşulanların 38,9% – ni yenə də rahatsız etməkdədir.

Müştərilərə əlavə xərclər ödənilməlidir

Qanunların tələblərinə riayət olunması rəyi soruşulan müəssisələr üçün əlavə xərclər yaradır. Respondentlərin 31,6% – i bu xərclərin işin rentabelliyini təmin etmək üçün çox böyük olacağından qorxurlar. Bu narahatlıq, mühasibat xidmətləri bazarının hədsiz mühafizəkarlığı, böyük bir rəqabətin olması və yeni müştərilərin cəlb edilməsinin çətin olması ilə əlaqədardır. O səbəbdən, zərərlərin ödənilməsinin müştərilərin üzərinə qoyulması riski yaranır.

“Sorğu məlumatları göstərir ki, mühasibat müəssisələri əlverişsiz vəziyyətə düşüblər. Son vaxtlar bu sahələr qanunun bir çox mürəkkəb tələblərinə uyğunlaşmalı olur, ona əməl olunması yeni prosedurların tətbiq olunmasını, əlavə biliklərin mənimsənilməsini, hətta bəzən yeni əməkdaşların işə cəlb edilməsini tələb edir” – Latviyanın ən populyar Tildes Jumis mühasibat və menecment sisteminin biznes inkişafının rəhbəri Viesturs Slaydinş belə şərh edir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
mühasiblər

2020-ci ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,2020-ci ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

2020-ci ilin yanvar ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2020-ci ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları 2020-ci ilin fevral ayının 17-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir. (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə 2020-ci ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Muzdlu işlə əlaqədar 2020-ci ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə 2020-ci ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Xüsusi notariusların 2020-ci ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi 2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Əmlak vergisinin ödəyiciləri olan müəssisələr tərəfindən

2020-ci ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələri fevral ayının 17-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: 15.02.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixədək ödənilməli cari ödəmələrin və sığorta haqlarının ödənilməsinin son müddəti 17.02.2020- ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ödənilməli vergilər

Vakansiyalar barədə məlumat verməyənlər məsuliyyət daşıyır

posted in: Xəbər | 0

İnzibati Xətalar, Məşğulluq hesabatları, cərimələrİnzibati Xətalar Məcəlləsinin 540-cı maddəsində məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə işəgötürənlərin üzərinə məsuliyyət qoyulub. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. (vakansiyalar)

Vergi Məcəlləsinin 540.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Digər müddəada isə vakansiyaların gizlədilməsi ilə bağlı cərimələrin məbləği müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə edilir.

Məcəllədən göründüyü kimi, işəğötürən boş iş yerləri haqqında konkret olaraq 5 gün müddətində məlumat təqdim etməsə, 500 manatdan 1.000 manatadək cərimə olunacaq. İkinci cərimə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndəriş təqdim etdiyi halda işəgötürən tərəfindən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarı təqdim etməməsinə görə tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiyalar, məsuliyyət