Read More9
Read More9

Azərbaycanda muzdlu içşilərin maaşı ötən ilin on bir ayında 15,4% artıb

posted in: Xəbər | 0

orta aylıq əmək haqqı, maaş, dövlət rüsumu, vəzifə maaşları əmək haqqı vergi daxilolmaları DGK2019-cu ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 623,1 manat təşkil edib. (muzdlu, maaş)

Əmək haqqı neft-qaz sektorunda 3 059,7 manat, qeyri neft-qaz sektorunda 568,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 516,5 manat, özəl müəssisələrdə isə 759,7 manat olub.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
muzdlu, maaş

Publik hüquqi şəxsin əldə etdiyi vəsaitin istifadə Qaydası təsdiqlənib

posted in: Xəbər | 0

Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 oktyabr tarixli 310 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 17 yanvar 2020-ci il
№ 15

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: Publik hüquqi şəxsin əldə etdiyi vəsaitin istifadə Qaydası

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 

Hansı ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb edilmir?

posted in: Xəbər | 0

Malların idxalı, ƏDV, EDV,2020-ci il üçün Əmək Haqqı Cədvəli, təmir xərcləri, gəlir vergisi, Baş Mühasib VakansiyaSual: Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı (xəstəlik vərəqəsinə əsasən) sığortaedənin vəsaiti hesabına ödənilən müavinətdən 0,5% işsizlikdən sığorta haqqı tutulurmu? Suala “bəli” və ya “xeyr” olaraq dəqiq cavab verməyinizi xahiş edirəm. Əgər tutulursa hansı maddəyə və ya tutulmursa hansı maddəyə və qanunvericiliyə əsaslanmalıyıq? (ödənişlər)

Cavab: Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Qeyd edilənlərə əsasən, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
ödənişlər, işsizlikdən sığorta

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (8-ci hissə)

posted in: Mühasib, muhasibat, Xəbər | 0

                       Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (8-ci hissə) mühasibatlıq

7-ci hissəni oxumaq üçün keçidə daxil olun.

vakansiya,mühasib,

Hesabdarlığın başlanğıcını bizdən əsrlərin dərinliyi gizlədir. İbtidai insanın onun sadə təsərrüfatını təşkil edən əşyaları necə hesabladığı bizə məlum deyil. Bununla bağlı bizə heç bir abidə gəlib çatmayıb.

D.A. Xmelnitskiy

Uçotun inkişaf etmiş sisteminin ilk izlərini biz Nil, Dəclə və Fərat çayları vadilərində tapırıq.

Y.V. Sokolov

Mühasibatlıq yunanlara hələ miladdan əvvəl məlum idi.

O.O. Bauer

Hesabdarlıqla məşğul olan şəxslər arasında hesablama sənətinin nə qədər qədim olması ilə bağlı təsəvvürə malik olanlar çox azdır.

A.M. Galagan

Hələ də müəyyən adamlar vardır ki, mühasibatlığı qədimliyi üzündən tərifləyib göylərə qaldırmağa və mühasibat ilə təbii elmlər arasında xoşagəlməz müqayisə aparmağa cəsarət edirlər. Onlar tibb, biologiya və kimyanın hələ də fantastik xurafatlarla dolu bir vəziyyətdə olduğu dövrdə, mühasibatlığın əsas müddəalarının artıq o zaman olduqca inkişaf etmiş olması ilə qürurlanırdılar.

G.R. Gatfeld

Hesabdarlıq – qoy bizi mübaliğədə ittiham etməsinlər – bəşəriyyətin ibtidai dövrünün müasiri idi. Hətta daha da irəli gedə və söylyə bilərik ki, onsuz insan cəmiyyəti və hətta ailə belə yarana bilməzdi.

E. Leote

Uçot ən qədim dövrdə yaranmış və insanların fəaliyyətinin inkişafına uyğun və buna müvafiq olaraq inkişaf etmişdi.

İ. Seslavinskiy

Mühasibat düşüncəsinin tarixi mühasibat uçotunun inkişafı prosesinin mövcudluğu ilə deyil, mahiyyət ilə məşğul olur.

Y.V. Sokolov

İnsan ruhunun ən dərinliyindən gələn ilk ideya iqtisadi ideyadır. O, insanla birlikdə doğulur, onunla böyüyür və yalnız məzar çuxurunda onu tərk edir. İnsanın ana təbiət qarşısında qoyduğu ehtiyaclar, müqavimət göstərmək və ondan imtina etmək ehtiyacı bu əbədi ideyanın səbəb və stimuludur.

Bonalumi


9-cu hissəni oxumaq üçün keçidə daxil olun.


error: Content is protected !!