Read More9
Read More9

Gəlir vergisi ödəyiciləri üçün daha bir yenilik

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisi ödəyiciləri2020-ci ildən mənfəət və gəlir vergisi ödəyicilərinin hesablarında dəyişikliklər həmin şəxslərin xərclərinin dəqiq rəsmiləşdirilməsi məqsədi daşıyır. (Gəlir vergisi ödəyiciləri)

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərkən gəlirlərin və xərclərin uçotunun aparılması üçün Vergi Məcəlləsinin 108-ci maddəsinə dəyişiklik olunduğunu bildirib. Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar da aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Tutaq ki, gəlir vergisi ödəyicisi olan şəxs həm ticarətlə, həm də icarə fəaliyyət ilə məşğul olur. Ticarət sahibkarlıq fəaliyyətinə aid olsa da, icarə fəaliyyəti qeyri-sahibkarlıq hesab olunur. Bu səbəbdən vergi ödəyicisi qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı nəinki gəlirlərin, hətta xərclərin də uçotunu ayrıca aparacaq.

Xərcin tam olaraq hansı fəaliyyətə uyğun olmasını müəyyənləşdirmək mümkün olmadıqda, gəlirlərin xüsusi çəkisinə diqqət yetirilməlidir. Tutaq ki, gəlir vergisi ödəyicisinin 300 manatlıq xərci var. Buraya həm sahibkarlıq, həm də qeyri-sahibkarlıq fəaliyyətində istifadə olunan xərclər daxildir. Vergi ödəyicisinin illik 40.000 manat gəliri olarsa və onun 25.000 manatı sahibkarlıq fəaliyyətindən formalaşarsa, xərclər bu cür bölüşdürüləcək:

25.000/ 40.000×100=62,50%
300×62,50%=187,50 manat
300-187,50=112,50 manat

187,50 manat sahibkarlıq fəaliyyəti üzrə xərclərə aid ediləcək. Qeyri-sahibkarlıq fəaliyyəti üçün xərclərdə isə 112,50 manat nəzərə alınacaq.

Qeyd edək ki, Vergilər Nazirliyinin Bəyannamələrin və kameral vergi yoxlamalarına nəzarət Baş idarəsinin rəis müavini Elmir Ramazanov bildirib ki, gəlir vergisi bəyannaməsində bir yox, iki sütunun olması nəzərdə tutulur: “Bir sütunda sahibkarlıq, digər sütunda qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirlər öz əksini tapacaq. Eyni yanaşma xərclər bölməsində də tətbiq ediləcək, yəni sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə xərclər təsnifləşdiriləcək”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Gəlir vergisi ödəyiciləri

Kapital Bank 2019-cu ilin nəticələrini elan edib

posted in: bank, Xəbər | 0

kapital bankKapital Bank-ın aktivləri 1 yanvar 2020-ci il tarixinə 4,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,8 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2020-ci il tarixinə 3,2 milyard manat olub.

Bankın 1 yanvar 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 398 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
kapital bank

Azərbaycan 34 yerli, 3 xarici şirkət ləğv edildi

posted in: Xəbər | 0

Azərbaycan 34 yerli, 3 xarici şirkət ləğv edildi

xarici şirkət


“ORTO TEK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1600292661

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1142 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162Q, mənzil 60 ünvanına bildirə bilərlər.


“FASHİON.AZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1502300181

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1052 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 26 ünvanına bildirə bilərlər.


“BELGRAVE NAFTOGAS B.V. ŞİRKƏTİ”NİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ

VÖEN: 1902518591

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 62, mənzil 1201 ünvanına bildirə bilərlər.


“MM 100” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2006005981

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 82, mənzil 1 ünvanına bildirə bilərlər.


“BİLƏSUVAR SƏRHƏDYANI BAZAR” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 4101553191

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1154 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 11 A ünvanına bildirə bilərlər.


“H.P. GAUFF İNGENİEURE GMBH AND CO. KG – JBG -” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1701293671

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 1 D, mənzil 79 ünvanına bildirə bilərlər.


“H.P. GAUFF İNGENİEURE GMBH AND CO. KG – JBG -” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1701293671

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 1 D, mənzil 79 ünvanına bildirə bilərlər.


“ZAUR” KOMMERSİYA MÜƏSSİSƏSİ

VÖEN: 1300499561

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1001, Bakı şəhəri, Sənail rayonu, Q.İsmayılov küçəsi, ev 5 ünvanına bildirə bilərlər.


“İCONFACE BAKU” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1503138711

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1052 Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, ev 136, mənzil 26 ünvanına bildirə bilərlər.


“XIRDALAN-2009” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 3100619131

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ0100 Xırdalan şəhəri, Abşeron rayonu, 20 Yanvar küçəsi, döngə 1 küçəsi, ev 5 ünvanına bildirə bilərlər.


“ALLIANCE TRADE CO.” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1306318771

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1012 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34, mənzil 71 ünvanına bildirə bilərlər.


“AZƏRBAYCAN DANIŞMAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2904318191

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5001 Sumqayıt şəhəri, 9 mikrorayon, İsmayıl küçəsi, ev 71, mənzil 0 ünvanına bildirə bilərlər.


TƏSƏRRÜFAT HESABLI İXTİSASLAŞDIRILMIŞ QURAŞDIRMA-SAZLAMA İDARƏSİ

VÖEN: 1501105111

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1008 Bakı şəhəri, Nərimanov rayonu, T. Şıxəliyev küçəsi, ev 10, mənzil 0 ünvanına bildirə bilərlər.


“SİSTEMSERVİSAVTOMATİKA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1600024821

Ləğv olunuğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, keçid 1, ev 9 ünvanın bildirə bilərlər.


“ÇİNGİZ 1994″MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT

VÖEN: 1504869861

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1008 Baku şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, mənzil 37 ünvanına bildirə bilərlər.


“RÜFƏT” FİRMASI

VÖEN: 1600096041

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, 1-ci Prodolnaya döngə 4 ünvanına bildirə bilərlər.


“TƏRƏQQİ İNŞAAT” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ

VÖEN: 1600017491

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, 8-ci km y/s, Elşən Süleymanov küçəsi, ev 124 ünvanına bildirə bilərlər.


“XYZ SURVEY SERVİCE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1702576841

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1003, Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta döngə dalan 1, ev 20B ünvanına bildirə bilərlər.


“KVARS-R” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1900101521

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış massivi (Yeni Günəşli) küçəsi, ev 89, mənzil 13 ünvanına bildirə bilərlər.


“EKSPRESS-S” MMC

VÖEN: 2000193671

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev Ev 97A, mənzil Mənzil 141 ünvanına bildirə bilərlər.


“GÜLÜSTAN İDMAN KLUBU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 6100119561

Ləğv olunduğunu elan edir. Kreitorlar iki ay ərzində tələblərini AZ2201, Goranboy rayonu, Goranboy şəhəri, Vidadi, ev 27 ünvanına bildirə bilərlər.


“HÜQUQ MÜDAFİƏ BÜROSU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1503401891

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 82, mənzil 14 ünvanına bildirə bilərlər.


“HELATH” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1504615391

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana), ev 30 ünvanına bildirə bilərlər.


“PROFENEK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1504334571

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1052 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26 , ev 11, mənzil 1120 ünvanına bildirə bilərlər.


“ASTRA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 8600044781

“QARADAĞ TİKİNTİ MATERİALLARI” ASC-yə (VÖEN: 1100166841) qoşularaq ləğv olunduğunu bildirir. “Astra”MMC-nin kreditorları öz tələbləri ilə 2 ay müddətində Bakı şəhəri, Yasamal r-nu,M.Fətəli küç. dalan 6, mənzil 5 ünvana bildirə bilərlər.


“VESCO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1301922391

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3, mənzil 0 ünvanına bildirə bilərlər.


“CONCEPT.COM AZƏRBAYCAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302906701

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektii, ev 3, mənzil 0 ünvanına bildirə bilərlər.


“SU-YAPI BEYNƏLXALQ MÜHƏNDİSLİK VƏ MÜŞAVİRLİK LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1700383001

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ 1010 Bakı şəhəri şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 40, mənzil {otaq} 533 ünvanına bildirə bilərlər.


“ESPERANSA” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1402689011

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Mikayıl Mikayılov küçəsi, ev 5, mənzil ünvanına bildirə bilərlər.


“AZER MOTOR KO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1501150491

Ləğv olunuğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1106, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 149, mənzil 59 ünvanına bildirə bilərlər.


“AZƏRSİNTEZ” AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ MÜƏSSİSƏSİ

VÖEN: 1700335641

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1001, Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli, ev 3/5 ünvanına bildirə bilərlər.


“İT CONSULTING AND DEVELOPMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1904131941

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1133 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, Yaşayış sahəsi V küçəsi, ev 1, mənzil 150 ünvanına bildirə bilərlər.


“RENEKS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1300030341

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 55, mənzil 2 ünvanına bildirə bilərlər.


“NARS FM” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1202260801

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1120, Bakı şəhəri Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov (Zirə qəs.), ev 1 ünvanına bildirə bilərlər.


“TRİO MAKİNA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2002544271

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24, mənzil 27 ünvanına bildirə bilərlər.


“TALEH-84” MÜƏSSİSƏSİ

VÖEN: 1400408011

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24, mənzil 27 ünvanına bildirə bilərlər.


“AEROPORT” FİRMASI

VÖEN: 1200018241

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 223, mənzil 71 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
xarici şirkət, xarici şirkət, xarici şirkət, xarici şirkət, xarici şirkət,

Vergi təqvimi – 21 yanvar 2020-ci il

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisi (Xüsusi notariuslar üzrə) (vergi təqvimi)
Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübüdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) hesablanan gəlir vergisi barədə “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi” hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə)
İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır.

İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar.

Əlavə dəyər vergisi
ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməli və həmin müddətədə vergini dövlət büdcəsinə ödəməlidir.

Aksizlər
Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına bəyannamə verilməlidir.

Yol vergisi
Yol vergisi üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Mədən vergisi
Hesabat dövrü təqvim ayıdır. Mədən vergisinin ödəyiciləri hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

Sadələşdirilmiş vergi: Sadələşdirilmiş vergi üçün (o cümlədən idman mərc oyunlarının operatorları və satıcılarının bu fəaliyyəti üzrə) hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi (Bina tikintisi fəaliyyəti üzrə): Bu fəliyyəti ilə məşğul olan və sadələşdirilmiş vergitutma metodunu seçmiş şəxslər üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər. Bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Daşınmaz əmlakın təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanına təqdim edilir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi: Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutan ƏDV və sadələşdirilmiş vergi ödəyicilərinin bu ödəmələr üzrə hesabat dövrü vergi ili, digər vergi ödəyicilərinin hesabat dövrü isə rübdür. Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Ödəmə mənbəyində tutulan digər vergilər: ƏDV və sadələşdirilmiş verginin ödəyicilərinin muzdlu işlə əlaqədar aparılan ödəmələri istisna olmaqla, ödəmə mənbəyində tutulan digər vergilər üzrə hesabat dövrü rübdür. Hüquqi şəxslər və fərdi sahibkarlar qeyri-dövlət pensiyaları və ödəmə mənbəyində vergiyə cəlb olunmalı olan digər ödəmələri verərkən bu gəlirlərdən vergini tutmalı, tutulmuş məbləği gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və həmin müddətdə də bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi: Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə aparılan ödəmələrdən ödəmə mənbəyində tutulan verginin hesabat dövrü rübdür. Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli və gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Dövlət rüsumu: Dövlər rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatları vergi orqanına təqdim etməlidirlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Vergi təqvimi, vergi təqvimi, vergi təqvimi , vergi təqvimi, vergi təqvimi
error: Content is protected !!