Read More9
Read More9

Şəxsi avtomobil vasitəsi ilə satış edənlər fərqlənmə nişanı almalıdır?

posted in: Xəbər | 0

EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Sual: Mən öz şəxsi avtomobilimlə mağaza və bazarlardan kənarda (səyyari qaydada) ərzaq məhsulları sataraq pərakəndə ticarətlə məşğul oluram. Mən fərqlənmə nişanı və ya xüsusi fərqlənmə nişanı almalıyammı? (satış)

Cavab: Bildiririk ki, şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” almalıdır.

“Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyicilərinin müraciətindən sonra beş iş günü ərzində  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və bunun alınması üçün hər hansı haqq ödənilmir.

Əsas: Vergi Məcəlləsinin 221.4.9-cu maddəsi.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
fərqlənmə nişanı, satış

Gəncə şəhərində “Peşəkar mühasib” təlim kursuna qeydiyyat başladı!

posted in: Xəbər | 0

ARPA,Peşəkar Mühasib TəşkilatıAzərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Texnologiya Universitetinin (UTECA) birgə təşəbbüsü və təşkilatçılığı ilə Gəncə şəhərində keçiriləcək “Peşəkar mühasib” təlim kursuna qeydiyyat başlamışdır. Təlim kursu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar mühasib sertifikasiyası” imtahanlarına hazırlığı ehtiva edir.

Kursun müddəti: 4 ay (60 saat)

Qiymət: 150 AZN/aylıq

Qrafik: Bazar günləri, 1 dərs 4 saat olmaqla.

Mühasibat uçotu sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, publik hüquqi şəxs, iri sahibkarlıq subyekləri, büdcə təşkilatları və digər müəssisələrdə fəaliyyət göstərən baş mühasiblər üçün DİM tərəfindən təşkili nəzərdə tutulan imtahanlarda iştirak edərək sertifikat almaq və peşəkar mühasib təşkilatına üzvlük tələbi qoyulmuşdur.

Qeyd etmək lazımdır ki, ARPA Peşəkar mühasib təşkilatı kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən akkreditə olunmuşdur və hazırda bu istiqamətdə fəaliyyət göstərərək mühasibat uçotu sahəsində çalışan peşəkar üçün üzvlük imkanlarını təqdim edir.

Gəncə şəhərində keçiriləcək təlim kursunda iştirak edəcək şəxslər müvafiq linkdən istifadə etməklə qeydiyyat formasını (http://arpa.org.az/az/pes%c9%99kar-muhasib-hazirliq-kursu/) dolduraraq Azərbaycan Texnologiya Universitetinə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Seymur Abbasov

Tel: (055) 280 13 53

Email:

Ünvan: Gəncə şəhəri, Ş.İ.Xətai 103, AZ 2011

Peşəkar Mühasib Təşkilatına üzvlük üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: http://arpa.org.az/az/muraci%C9%99t-et/



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Peşəkar mühasib, təlim

“Sədərək” üçün möhlət olmayacaq

posted in: Vergi, Xəbər | 0

“Binə” və “Sədərək”də sahibkarların kassa aparatları tam təmin ediləcəkləri vaxt açıqlanıb.

Ötən gün İqtisadiyyat Nazirliyin keçirdiyi tədbirdə Vergilər Nazirinin müavini İlkin Vəliyev bildirib ki, 2021-ci ilin sonunadək bütün ticarət mərkəzlərində, o cümlədən Bakıdakı “Binə” və “Sədərək” ticarət mərkələrində də kassa-nəzarət aparatlarının quraşdırılacağını bildirib.

“Binə” və “Sədərək”  ticarət mərkəzlərində əlavə bir rejim mövcud deyil. Həmin ticarət mərkəzlərində çalışanlar da pərakəndə ticarət qaydalarına uyğun olaraq əldə etdiyi gəlirlərdən vergiyə cəlb olunmalıdırlar. Tək bu ticarət mərkəzləri deyil bütün yarmarka və bazarlara nəzarət kassa aparatının quraşdırlması mərhələli şəkildə davam etdiriləcədkdir.

2021-ci ildə bütün ticarət şəbəkələrində o cümlədən yarmarkalarda da nəzarət kassa aparatlarının quraşdşrılması tam başa çatacaqdır. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafik üzrə kassa-nəzarət aparatlarının quraşdırılması 4 mərhələdə aparılır. Artıq 1-ci və 2-ci mərhələ 2019-cu ildə başa çatmışdır. 2020-ci ildə 3-cü mərhələ və 2021-ci ildə isə tam olaraq bütün ticarət şəbəkələri nəzarət kassa aparataları ilə təmin ediləcəkdir. Həmin kassa nəzarət aparatlarından keçən dövriyyəyə uyğun olaraq da vergi veriləcəkdir”-deyə İlkin Vəliyev bildirib.

Mənbə: fed.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
sədərək,

“ƏDV-nin qaytarılması mexanizmi fevralın 1-dən istehlakçılara təqdim ediləcək”

posted in: Xəbər | 0

təyinat, Əlavə vergi nəzarəti, EDV, vergi ödəyicisi, Vergilər, işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramları“Azərbaycanda ƏDV-nin pərakəndə ticarət obyektləri tərəfindən qaytarılması mexanizmi tam olaraq bu ilin fevral ayının 1-dən istehlakçılara təqdim ediləcək”. (ƏDV-nin qaytarılması)

Bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanın Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə texniki şərtlərin təsdiq edilməsi prosesi aparılır.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
ƏDV-nin qaytarılması, 
error: Content is protected !!