Read More9
Read More9

Azərbaycanda xarici müəssisələrin sayı son bir ildə 34% artıb

posted in: Xəbər | 0

Bu ilin yanvarın 1-nə Azərbaycanda xarici müəssisələrin sayı 11 145 vahid, birgə müəssisələrin sayı 2 870 vahid təşkil edib. (xarici müəssisə)

Müvafiq olaraq xarici müəssisələrin sayında illik 34%, birgə müəssisələrin sayında isə illik 17% artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, 2019-cu il ərzində 2 882 xarici müəssisə (100% xarici investisiyalı), 359 birgə müəssisə yaradılıb, 73 xarici müəssisə, 6 birgə müəssisə isə ləğv edilib.

Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (23,7%), İran (10,5%), Rusiya (5,3%), Böyük Britaniya (5%), ABŞ (2%) və Almaniya (1,2%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

Qeyd edək ki, 2019-cu il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 12,2% artaraq, 2020-ci il yanvarın 1-i vəziyyətinə 146 233 olub. Bunun da 10 607 və ya 7,2%-ni dövlət, 1 724 və ya 1,2%-ni bələdiyyə və 133 902 və ya 91,6%-ni xüsusi müəssisələr təşkil edib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
xarici müəssisə, xarici müəssisələrin sayı

Bu ilin aprelinədək Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanacaq

posted in: Xəbər | 0

Startap şəhadətnamələri“Yaxın iki ay ərzində Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək startap şəhadətnamələri-nin verilməsinə başlanacaq”.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən hazırda bununla bağlı təkliflərə baxılır və hökumətin müvafiq rəyi verəcəyi gözlənilir ki, sənəd qüvvəyə minsin.

Qeyd edək ki, startap şəhadətnamələr KOBİA tərəfindən verəcək. Şəhadətnamələrin verilməsinə tələb olunan əsas meyarlar artıq açıqlanıb. Əsas meyarlar sırasına startapların yeni texnologiyalara əsaslanan istehsal sahəsinin mövcudluğu, mikro və kiçik sahibkar subyekti olması, həmçinin müəyyən reyestrdən keçməsi zəruridir.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Startap şəhadətnamələri

Əlilliyi olan şəxslər üçün vergi güzəşti

posted in: Vergi, Xəbər | 0

Yararsız malların uçotdan silinməsi, Yararsız mallarIII qrup əlilliyi olan şəxslərə əməkhaqqı ödənişlərində hansısa güzəştlər varmı? Yeni tətbiq ediləcək icbari tibbi sığorta üzrə ödənişlər onlara da şamil ediləcək? (vergi güzəşti, əlilliyi olan şəxslər)

Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinin tələbinə görə, azadolma yalnız I və II qrup əlillər üçün nəzərdə tutulub.

Əmək müqaviləsinə əsasən, işləyən şəxslər tərəfindən icbari tibbi sığorta haqlarının ödənilməsinə gəlincə, qeyd olunub ki, burada əlilliyi olan şəxslər üçün hər hansı azadolma nəzərdə tutulmayıb. İcbari tibbi sığorta haqları 1 aprel 2020-ci il tarixindən aşağıdakı dərəcələrlə ödənilməlidir:

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 1 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2021-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8.000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
vergi güzəşti, əlilliyi olan şəxslər

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (6-cı hissə)

posted in: Vergi, Xəbər | 0

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (6-cı hissə)

5-ci hissəni oxumaq üçün keçidə daxil olun.

güzəştlər, vergi tutulmaları, vergi öhdəlikləri, təsisçi, Əvəzləşdirilməyən ƏDV,

Müharibə zamanı aydın oldu ki, onlar tamamilə haqlıdırlar: faiz dərəcəsi praktiki olaraq vertikal şəkildə yüksəlməyə və Amerikanın tarixində görünməyən 77% – ə çata bilər.

Lakin, məhz bu vergi sayəsində ABŞ müharibədən sonrakı iqtisadi dünyada əsas rolunu oynaya bildi.

Prezident Franklin Ruzvelt isə öz növbəsində o mənada inqilab yaratdı ki, böyük bizneslə mübarizə aparmaq üçün gəlir vergisindən və vergi orqanlarından istifadə etməyə başladı və bu, adi vətəndaşlar arasında populyarlıq qazandı.

Hardinq, Klidc və Huverin prezidentlik dövründə maliyyə naziri işləyən mesenat Endryu Mellona xüsusilə daha böyük populyarlıq gətirdi. Çünki o, respublikaçıların 1920-ci illərdəki “Hökümətdə daha çox biznes, biznesdə daha kiçik hökumət” şüarını simvolizə edirdi.

Mellon vergi tutulan gəlirin azaldılması üçün özünün Təhsil və xeyriyyə Trast fondundan istifadə etmişdir.

İkinci Dünya müharibəsi Amerika vergisində tamamilə gözlənilən yeniliklərə gətirib çıxardı – vergi dərəcələri və hökumətin gəlirləri sürətlə artmağa başladı.

1939-cu ildə onlar yalnız $9,4 milyard təşkil edirdisə, 1945-ci gəlir on dəfə çox artaraq, $95,2 milyard dollara çatdı.

Gəlir vergisinin dərəcəsi yalnız müharibə zamanı deyil, ondan sonra da artıb. 1950-ci illərdə gəlir vergisinin maksimal dərəcəsi 91%-ə, korporasiyaların mənfəət vergisi dərəcəsi isə 52% – ə çatmışdır.

Bütün vergi pulları yalnız daxili iqtisadi inkişafı stimullaşdırmaq üçün deyil, həm də sovet təhlükəsi qarşısında müharibədən sonrakı Avropanı maliyyələşdirmək üçün istifadə edilmişdir.

Hərbi və müharibədən sonrakı illərdə ABŞ-da iqtisadi artım templəri orta hesabla ildə 15%-ə çatıb. (heç vaxt buna qədər və bundan sonra da belə olmayıb). Özü də təkcə hərbi məhsul hesabına deyil, həm də əhalinin tam məşğulluğu və yüksək əmək haqqı şəraitində lazım olan istehlak təyinatlı malların istehsalı sayəsində.

Prezident Harri Trumenin dövründə ABŞ dünyada sənaye mallarının yarısını və ümumiyyətlə bütün malların üçdə birini istehsal edirdi.

Nəhayət, prezident Ronald Reyqan daha bir vergi inqilabını həyata keçirdi. 1981-ci ildə o, gəlir vergisinin maksimal dərəcəsini 50%-ə endirdi və daşınmaz əmlakın satışından əldə olunan gəlirlərə çoxsaylı vergi güzəştləri, həmçinin vərəsəlik və bağışlama tətbiq etdi. ABŞ-ın iqtisadi artım tempi xeyli sürətləndi.

Lakin, o zaman amerikan şirkətləri hələ xaricdə bu qədər məhsul istehsal etmirdilər – məhz buna görə də indi Donald Tramp vergilərin azaldılması vasitəsilə yeni vergi siyasətini bəyan etməyi düşünür.

Donald Tramp vergi islahatının aparılacağına söz verib və vətəndaşları vergi mövzusu yenidən maraqlandırıb – onlar dərhal onun öz vergi bəyannaməsinin açıqlanmasını tələb ediblər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müxtəlif ölkələrdə vergilər
error: Content is protected !!