Read More9
Read More9

“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib

posted in: Xəbər | 0

Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib. Bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb. (turizm reyestri)

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 3.2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Turizm Reyestrinin aparılma Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 23 yanvar 2020-ci il
№ 16

Tam mətnə nəzər yetirmək üçün keçidə daxil olun: Turizm Reyestrinin aparılma Qaydası

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Turizm Reyestri

Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir?

posted in: Vergi, Xəbər | 0

Daşınmaz əmlakDaşınmaz əmlakın vergi uçotu zamanı nələrə diqqət yetirilməlidir… (Daşınmaz əmlak)

Mövzunu “Value and Sources konsaltinq” şirkətinin rəhbəri Rəşad Əliyev şərh edir.

Daşınmaz əmlak obyektlərinin uçotu prosesi xüsusi diqqət cəlb edən məsələdir. Bir çoxları burada çətin bir işin olmadığını zənn edirlər. Əlbəttə, prosesə peşəkarlıq və xüsusi diqqətlə yanaşılanda burda elə bir çətin iş yoxdur. Ancaq qiymətləndirmə şirkəti kimi müxtəlif müəssisələrdə xidmət göstərən zaman bir çox problemlərlə rastlaşırıq ki, bunun da kökündə diqqətsizlik dayanır. Bir sıra hallarda uçotun səhv aparılması vergi öhdəliklərinin düzgün hesablanmamasına və son nəticədə vergi qanunvericiliyinin pozulmasına səbəb ola bilir. Bəzən vergi ödəyicilərinin özlərinin bundan xəbəri olmur.

Daşınmaz əmlakın uçotunda fikir verilməli ən vacib məsələ odur ki, vergi ödəyicisi tikilinin və altındakı torpaq sahəsinin ayrılıqda uçota alınmasını təmin etməlidir.

Mülkiyyətdə olan torpağın istifadə müddəti olmur, yəni o, köhnəlmir və buna görə də ona amortizasiya hesablanmır. Tikilinin isə istifadə müddəti məhdud olduğu üçün ona amortizasiya hesablanır və dövri olaraq təmir edilir. Məhz bu səbəbdən də onların uçotu həmişə ayrılıqda aparılmalıdır.

Məsələn, elə hallar olur ki, şirkət kənardan tikili və üzərində mülkiyyətdə olan torpaq sahəsi alır. Sözsüz ki, bu halda torpaq və üzərində olan tikili vahid qiymətə alınır. Bəzi mühasiblər bunu tikili kimi qeyd edir ki, bu da ciddi səhvdir. Çünki əmlakın dəyəri torpaq və tikilidən ibarətdir və bəzi hallarda torpaq tikilidən baha olur. Bu cür səhv addım sonda nə ilə nəticələnir? Sözsüz ki bu, amortizasiya ayırmalarının süni şişirdilməsi, təmir xərclərinin gəlirdən çıxılan xərclərə aid edilən hissəsinin əsassız artırılmasına xidmət edir. Vergi yoxlaması zamanı vergi müfəttişi bu cür halı müşahidə etsə, bunu vergi bazasının azaldılması kimi qiymətləndirə bilər.

Misal: 
Tutaq ki, hər hansı şirkət Yazamal rayonunda xüsusi mülkiyyətdə olan 5 sot torpaq sahəsi üzərində tikilmiş 200 m2 sahəsi olan 2 mərtəbəli binanı 500 min manata əldə edir. Mühasib bu alışı balansda yalnız tikili kimi əks etdirir. Bu halda o, həmin məbləğə illik amortizasiya hesablayır və təmir xərclərini bu məbləğə uyğun olaraq xərclərə aid edir. Ona görə də yoxlama keçirən vergi müfəttişi araşdırma zamanı müəyyənləşdirə bilər ki, həmin ərazidə analoji torpaq sahəsinin qiyməti 200 min manatdır və tikilinin dəyəri təxminən 300 min manat ətrafinda olmalı idi. Belə olduqda müəyyən edilir ki, vergi ödəyicisi torpaq sahəsini ayrı göstərməməklə xərclərin şişirdilməsi faktlarına yol verib.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Daşınmaz əmlak, vergi uçotu, vergi uçotu

POS-terminalla ödəniş qəbul edən sahibkarlara vergi güzəşti

posted in: Vergi, Xəbər | 0

POS-terminal, vergi güzəşti,Vergi Məcəlləsinin 218-1.2-ci maddəsinə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. (vergi güzəşti)

Vergilər Nazirliyinin şərhinə əsasən, bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinin 219.9-cu maddəsi ləğv edilmiş, eyni zamanda sadələşdirilmiş vergi üzrə Vergi Məcəlləsinə 218-1-ci azadolmalar və güzəştlər maddəsi əlavə olunmuşdur. Yuxarıda qeyd olunan azadolma Vergi Məcəlləsinin 218-1.2-ci maddəsində əks olunub.

Güzəştdən istifadə etmək üçün sahibkarlar hesablamanı aşağıdakı misalda qeyd olunan formada aparmalıdır.

Misal: Ümumi dövriyyə = 1.000 manat (o cümlədən 400 manat nağd, 600 manat nağdsız)

Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 20 manat (1000×2%) təşkil edir.

Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği -17 manat.

Güzəştin hesablanması qaydası:

600 / 1000 =0,6 (xüsusi çəki)
0,6×25%=0,15 x 20=3 manat.
20-3 = 17 manat.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
POS-terminal, vergi güzəşti

Azərbaycanda maliyyə fəaliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı artıb

posted in: Maliyyə, Xəbər | 0

maliyyəçi menecer, vakansiya, Maliyyə menecerinin müavini,Mühasib, maliyyə hesabatı,Azərbaycanda maliyyə fəaliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı illik 38% artaraq cari il yanvarın 1-nə 2517 nəfərə çatıb. (fərdi sahibkarlar)

Bu da ölkə üzrə cəmi sahibkarların 0,3%-i deməkdir. Maliyyə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların 77%-ni kişilər təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 914 mini keçib. Rəsmi statistikaya əsasən hesabat dövründə hər doqquz fərdi sahibkardan yeddisi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
fərdi sahibkarlar, maliyyə fəaliyyəti
error: Content is protected !!