Read More9
Read More9

Yeni vahid büdcə təsnifat kodları Excel formatında!

posted in: Xəbər | 1

dövlət, Yeni büdcə təsnifat kodları, Qrant layihələri, yeni hesabat forması,İqtisadi Fəaliyyət, Neft-qaz sektoru, İcra hakimiyyəti əmək haqqı emekYeni vahid büdcə təsnifat kodları Excel formatında!

Bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarlarında dəyişiklik edilərək, yeni büdcə təsnifat kodları təsdiqlənmişdir.

28 avqust 2019-cu il tarixindən etibarən təsdiqlənmiş Vahid büdcə təsnifat kodlarını mühasiblərin rahat istifadəsi üçün Excel formatında təqdim edirik. Eyni zamanda işinizi daha da rahatlaşdırmaq üçün ən çox istifadə edilən vahid büdcə təsnifat kodları sarı rənglə işarələnmişdir.

Yeni vahid büdcə təsnifat kodlarına nəzər yetirmək üçün faylı yükləyin: Yeni vahid büdcə təsnifat kodları

Müəllif: Ramin Ramazanov

İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiqləndi

posted in: Xəbər | 0

yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441- VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 10 yanvar 2020-ci il
№ 5

Tam mətnə nəzər yetirmək üçün keçidə daxil olun: İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İcbari tibbi sığorta

Qanunsuz sahibkarlıq dedikdə nə nəzərdə tutulur?

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələrinin dispozisiyasına əsasən, qanunsuz sahibkarlıq dedikdə aşağıdakı formada göstərilən fəaliyyətlər nəzərdə tutulur:

  • Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan göstərilən fəaliyyət;
  • Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan göstərilən fəaliyyət;
  • Lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə göstərilən fəaliyyət;
  • Xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi.

Mövzunu vergi hüququ üzrə ekspert Sirac Piriyev şərh edir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi uçotuna alınmaq üçün ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları isə qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu ilə siyahısı müəyyən edilən fəaliyyətlər üzrə sahibkarlıq fəaliyyəti göstərəcək şəxslər vergi uçotuna (dövlət qeydiyyatına) alındıqdan sonra lisenziya vermək səlahiyyətinə malik olan müvafiq dövlət orqanına müraciət etməklə həmin fəaliyyəti həyata keçirmək hüququ verən sənədi əldə etdikdən sonra sahibkarlıq fəaliyyətinə başlaya bilərlər.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı isə Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-IIQ nömrəli “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunu ilə müəyyən edilmiş hər hansı əşyanın istifadəsi üçün icazə vermək səlahiyyətinə malik olan inzibati orqana müraciət etməklə müvafiq rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə və s.) əldə edilməlidir.

Qanunvericiliyin göstərilən tələblərinin yerinə yetirilməməsi şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsinə əsas ola bilər.

İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə görə, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulur. Əgər qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində şəxsin vurduğu ziyan (əldə etdiyi gəlir) iyirmi min manatdan artıqdırsa, həmin əməl cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 192-ci maddəsinə görə isə yuxarıda göstərilən əməllərin vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurmaqla (xeyli miqdarda gəlir əldə etməklə) törədilməsi – cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə, altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzalarını nəzərdə tutur.

Eyni əməllər külli miqdarda (yüz min manatdan yuxarı, beş yüz min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla (gəlir əldə etməklə), həmçinin mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı) ziyan vurmaqla (gəlir əldə etməklə) törədildikdə isə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vergi Məcəlləsinin 66-cı maddəsində göstərilir ki, qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Yəni həmin gəlirə uyğun olaraq hesablanan vergilər dövlət büdcəsinə ödənilməlidir.

Onu da qeyd edək ki, qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ilk dəfə törədilən əməl inzibati xəta tərkiblidirsə, vurulmuş ziyan ödədikdə və ya əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə, şəxs inzibati məsuliyyətdən azad olunur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
qanunsuz sahibkarlıq

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (4-cü hissə)

posted in: Vergi, Xəbər | 0

vergi sirri Nağdlaşdırma nağd ödəməMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (4-cü hissə)

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.


İkinci yenilik amerikalılar üçün xüsusi verginin – gerb yığımının tətbiqi oldu. Bu birbaşa vergi idi  – istənilən çap məhsulu, o cümlədən hüquqi sənədlər və qəzetlər müstəmləkənin kağız pullarında deyil, Londondan Britaniya valyutası ilə alınan gerb kağızında çap olunmalıydı.

Bu vergi, ümumiyyətlə, heç bir gəlir gətirmədi, belə ki, koloniyaçılar üçün şüarı “no taxation without representation” oldu  – vergiləri yalnız yerli parlamentlər tətbiq edə bilərdi. Böyük Britaniya parlamentində isə koloniyaçılar təmsil olunmurdular.

İş onunla nəticələndi ki, koloniyaçıların narazılıqlarını Londondakı nüfuzlu siyasi qüvvələr də qəbul etdilər. Parlament vergini ləğv etdi, koloniyaçılar isə bunu zəiflik kimi qəbul etdilər və iş sonda Benjamin Franklinin xəbərdarlıq etdiyi kimi nəticələndi: “səpilən toxumlar iki ölkəni bir-birindən uzaqlaşdıracaq”.

Amerikanın növbəti vergi innovasiyaları ilə artıq müstəqillik dövründə ABŞ-ın ilk maliyyə naziri Aleksandr Hamilton məşğul olub.

1787-ci il konstitusiyasına görə ABŞ Konqresi (təkcə ştatlar deyil) vergi tətbiq etmək səlahiyyəti əldə etdi. 1789-cu ildə Hamilton dövlət borcuna xidmət etmək və federal hökumətin maliyyələşdirilməsi üçün idxal tarifini tətbiq etməyə müvəffəq oldu. 1791 – ci ildə Hamilton Konqresdən ümummilli aksizi-əsasən viski qəbulu üçün tələb etdi (və razılıq aldı).

Hindularla vuruşan ABŞ vətəndaşları hiddətləndilər.

Onların hamısı viski istehsal edirdilər, bu içkiyə yeganə bərk valyuta kimi baxırdılar və hesab edirdilər ki, onlar öz döyüşləri ilə vətəndaş borcunu tamamilə yerinə yetiriblər, deməli, heç bir aksiz haqqı ödənilməyəcək.

Kütləvi ixtişaşlar 1791-ci ildə başlamış və Filadelfiya Federal məhkəməsinə altı aksiz ödəyicisi gətirildiyi zaman 1794-cü ildə zirvəyə çatmışdı. Üsyançılar baş vergi toplayıcısının evini yandırmışdılar.

Pensilvaniyanın qubernatoru qiyamın yatırılması üçün polis göndərməkdən imtina etdi və Hamilton prezident Vaşinqtonu dövlətə xəyanətdən söhbət getdiyinə inandırmağa cəhd etmişdi.

Sonda Vaşinqton 12,9 min nəfərdən ibarət böyük bir ordu topladı və qiyamı yatırdı.

Qiyamın təşkilatçılarından iki nəfəri asılmaqla edama məhkum olunsa da, Vaşinqton onları əhv etdi. Hamilton isə bildirdi ki, aksiz qiyamı yatırıldıqdan sonra nəhayət “hökümət ilk dəfə nüfuz və güc əldə etdi”.

1798-ci ildə ABŞ və inqilabi Fransa arasında münasibətlər gərginləşən zaman Konqres ölkə ərazisində nəinki söz və mətbuat, eləcə də əcnəbilərin fəaliyyətini məhdudlaşdıran Allen and Sedition Acts aktını qəbul etdi, həmçinin radikal vergi yeniliklərinin tətbiqinə əl atdı.

İlk dəfə olaraq mənzilə, torpaq və qullara görə birbaşa vergi tətbiq edildi, hansı ki, bu büdcəyə 2 milyon dollar (təkcə Pensilvaniya sakinləri 237 min dollar ödəməli idilər) gətirməli idi.

Konqres bu cür vergiyə ehtiyacını beynəlxalq gərginlik şəraitində əhəmiyyətli hərbi donanma yaratmaq niyyətində olan Prezident Con Adamsın planları ilə izah edib.

Pensilvaniyada az da olsa qullar olduğundan, vətəndaşlar bunu evə tətbiq edilən vergi kimi qəbul etdilər.

İnsanlar vergi müfəttişlərinin evbəev gəzib pəncərələri saymalarından hiddətə gəlmişdilər. Vətəndaşlar həmçinin bu vergini qeyri-konstitusion hesab edirdilər. Çünki verginin ölçüsü heç cür ştat əhalisinin sayından asılı deyildi, ona görə də ödəməkdən imtina edirdilər.

Bunun nəticəsində Pensilvaniyadakı vergi ödəyiciləri üsyan etdilər, amma hökumət polisi həmin üsyanı yatırdı. 13 qiyamçı məhkəməyə çıxarıldı, onlardan üç nəfəri dövlətə xəyanətdə günahlandırıldıqlarından edam cəzasına məhkum olunsalar da, Adams onları əfv etdi.


5-ci hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müxtəlif ölkələrdə vergilər, Müxtəlif ölkələrdə vergilər
error: Content is protected !!