Read More9
Read More9

Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?

posted in: Xəbər | 0

publik hüquqi şəxslər, e-təyinat, sosial təminat növü, İşəgötürən , iş vaxtının növləri, Peşə standartları, işəgötürənlər, cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 21 sosial təminat növü üzrə təyinatın elektronlaşdırılması təmin edilib. (sosial təminat növləri)

Onlar aşağıdakılardır:

  1. Yaşa görə əmək pensiyası;
  2. Əlilliyə görə əmək pensiyası;
  3. Uşağın doğulmasına görə birdəfəlik müavinət;
  4. Sağlamlıq imkanları məhdud uşağa aylıq müavinət;
  5. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluğa görə Prezidentin   aylıq təqaüdü;
  6. Əlilliyə görə aylıq müavinət;
  7. Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü;
  8. 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdü;
  9.  I dərəcə əlilliyə görə müavinət hüququ olanlara Prezidentin aylıq təqaüdü;
  10.  I dərəcə əlilliyə görə pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü;
  11. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) aylıq müavinət;
  12. Müharibə əlillərinin uşaqlarına aylıq müavinət;
  13. 20 Yanvar əlillərinin uşaqlarına aylıq müavinət;
  14. Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinət;
  15. Fəxri adlara görə Prezidentin aylıq təqaüdü;
  16. Prezidentin fərdi təqaüdü;
  17. Şəhidin uşaqlarına aylıq müavinət;
  18. Şəhid ailəsi üzvlərinə aylıq müavinət;
  19. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət;
  20. Şəhid ailəsi üçün Prezidentin təqaüdü;
  21. Yaşa görə müavinət.

Bu sosial təminat növlərinin elektronlaşdırılması il ərzində pensiya, müavinət və təqaüdlər  üzrə 200 minədək təyinatın  elektron şəkildə, proaktiv qaydada, yəni vətəndaşların hər hansı bir ünvana getmələrinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçirilməsinə imkan verir.

Mənbə: sosial.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sosial təminat növləri

Riskli əməliyyat çərçivəsində malların alışı zamanı ƏDV əvəzləşdirilmələri

posted in: Vergi, Xəbər | 0

         Riskli əməliyyat çərçivəsində malların alışı zamanı ƏDV əvəzləşdirilmələri (EDV)

qanunvericiliyin pozulmasıƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicisi riskli vergi ödəyicisindən riskli əməliyyat çərçivəsində Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada sənədləşdirilməklə malların alğı-satqısını həyata keçirib. Malları qəbul edən vergi ödəyicisi malların alışı zamanı Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ödədiyi əlavə dəyər vergisini əvəzləşdirə bilərmi?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir. Riskli vergi ödəyicisinin, habelə riskli əməliyyatların meyarları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV əvəzləşdirilmələri, EDV

Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortası məsələsinə aydınlıq gətirib

posted in: bank, Xəbər | 0

uçot dərəcəsi, Mərkəzi Bank, vergidən azad, uçot dərəcəsi, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank, nağdsız əməliyyatlar uçot dərəcəsi azərbaycan pul nişanlarıAzərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhali arasında yaranan təşvişə aydınlıq gətirib.

AMB-dən bildirilib ki, 2019-cu ildə ölkədə baş vermiş irihəcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin sığorta mexanizmi vasitəsilə ödənilməsi, bu sahədə dövlət yükünün azaldılması məqsədilə Qanunun icrasına tam nəzarət və tətbiqi üçün Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təbliğat və təşviqat işləri aparılır, bununla da 2020-ci ildən başlayaraq bu sahədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli  354s nömrəli Sərəncamı ilə “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” (Tədbirlər Planı) təsdiq edilib.

“Tədbirlər Planında sığortalanma prosesinin sadələşdirilməsi, penetrasiyanın artırılması və sığorta risklərinin düzgün qiymətləndirilməsi məqsədilə aidiyyəti qurumların elektron informasiya sistemlərinin İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemi ilə inteqrasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada alınmasının təmin edilməsi elektron informasiya sistemlərinin inteqrasiyası ilə həyata keçiriləcək. Həmçinin müvafiq sığorta növü üzrə elektron informasiya sistemlərinin inteqrasiyasının və sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub”, – deyə AMB-dən bildirilib.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən etibarən qanunla nəzərdə tutulsa da, indiyədək bir cərimə belə tətbiq edilməyib. Cərimə mexanizminin bu il yanvarın 1-dən işləməsi ilə bağlı əhali arasında ajiotaj yaranıb ki, sığorta şirkətləri də bundan faydalanmaq istəyirlər. Hazırkı qanuna əsasən, yaşayış evlərinin sığortalanmasına nəzarət edən qurum – yerli icra hakimiyyəti orqanları indiyədək belə bir təcrübələrinin olmadığını, cərimələnmə mexanizmi və hər hansı yenilikdən məlumatsız olduqlarını deyirlər.

Deputat Vahid Əhmədov məsələni “APA-Economics”ə şərh edərək bildirib ki, bu işin indi həyat keçirilməsinə başlanılması güman ki, yanğın və fəlakətlərin çox olması ilə əlaqədardır.

“Dövlət bunların hamısını ödəmək iqtidarında deyil. Ola bilər ki, 1-1,5 il müəyyən çətinlik olsun, ancaq sonra əhali buna alışacaq”, – deyə V. Əhmədov qeyd edib.

Sığorta eksperti Xəyal Məmmədxanlı “APA-Economics”ə bildirib ki, əhali arasında ajiotaj İSB-nin daşınmaz əmlakın icbari sığortasının elektronlaşdırılması ilə bağlı açıqlamasından sonra başlayıb. Belə ki, sığorta şirkətləri Büronun bu sığorta növünün elektronlaşması ilə bağlı açıqlamasından istifadə edərək biznes qurmaq, pul qazanmaq istəyir: “İSB ötən il məlumat verdi ki, elektronlaşmaya start verilib, İSB və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi arasında məlumat bazası inteqrasiya olunacaq və inteqrasiya ilin sonuna yekunlaşacaq. Daha sonra cərimələrin tətbiqi asanlaşacaq. Burdan da əhali belə nəticə çıxardı ki, deməli, 2020-ci ildən cərimələnəcəklər. Şirkətlər də bu açıqlamadan istifadə edərək qanundan çıxarışlar edib yaymağa başladı”.

Ekspertin sözlərinə görə, cərimənin tətbiqi hazırda mümkün deyil. Qanunun tətbiqi haqqında Azərbaycan Prezidentinin Fərmanı ilə hüquqi şəxslərin qeyri-yaşayış sahələrinə FHN, yaşayış sahələrinə yerli icra hakimiyyəti orqanları nəzarət etməlidir: “Onlar bu qanunun qəbulundan indiyədək cərimə ilə bağlı heç bir addım atmayıb. Bunun səbəblərindən biri də odur ki, hazırda cərimənin yazılmasının hüquqi mexanizmi (protokol, onun tətbiqi qaydası və s.) yoxdur. Ancaq elektronlaşma olduqdan sonra yenə də nəzarət mexanizmi belə qalsa, o zaman qanunda cərimələrin elektron tətbiqi ilə bağlı dəyişiklik etmək olar. Sonra da yerli icra hakimiyyəti orqanlarına İSB-nin elektron sisteminə girişi imkanı verilməlidir. Bundan sonra cərimələr mümkündür. Hazırda onların bu məlumatlara giriş imkanı da yoxdur. Ancaq qapı-qapı yoxlaya bilirlər.

Ona görə də elektronlaşmanın tətbiqini gözləmək lazım olacaq. Bu isə çox çətin məsələdir. Çünki Bakıda və Abşeronda 500 mindən çox sənədsiz ev var. Bu səbəbdən elektronlaşmanın qısa müddətdə yekunlaşması qeyri-mümkündür. Bütün elektronlaşma bitməyənə kimi isə cərimə mexanizmindən söhbət gedə bilməz”.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortasının nəzərdə tutulduğu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu 2011-ci ildə qəbul edilib. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələr müəyyən edilib. Daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

İpoteka şərtləri olan yaşayış evlərinin hər birinin sənədləri olduğu üçün bu evlərin sığortası da icbaridir.

Bakı şəhərində illik 50 manat sığorta haqqına 25 min manatlıq təminat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manata 20 min manatlıq təminat, digər yaşayış məntəqələrində 30 manata 15 min manatlıq sığorta təminatı verilir.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, 

Dövlət Vergi Xidmətinə yeni təyinat olub

posted in: Vergi, Xəbər | 0

Əlavə vergi nəzarəti, EDV, vergi ödəyicisi, Vergilər, işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıVergilər Nazirliyinin (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) Audit departamentinə daxil olan Vergi nəzarətinin təşkili və təhlili şöbəsinin yeni müdiri təyin edilib. (təyinat)

Bu vəzifəyə Mirzə Mirzəyev təyin edilib, hansı ki, UNEC-də müəllim kimi çalışır.

M.Mirzəyev Vergilər Nazirliyinə 2018-ci ilin noyabrında vergi inspektoru kimi gəlmişdi.

O, yeni təyinat aldığı vəzifənin icrasına artıq bu aydan, yəni, yanvardan başlayacaq.

Mənbə: banker.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət Vergi Xidməti,
error: Content is protected !!