Read More9
Read More9

Məcburi dövlət sosial sığorta haqqının məbləğində dəyişiklik edilib

posted in: Xəbər | 0

Dövlət qulluğuna qəbul, Dövlət qulluğu, Dövlət rüsumu, müqavilə, təsisçi, direktor, boşalan iş yeri, gömrük məcəlləsi, gomruk mecellesi,işsizlərin qeydiyyata alınması Baş mühasiblər Baş mühasib emek muqavilesi əmək“Sosial Sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”na əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək: (MDSS)

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında.

Qərarın keçid müddəasına əsasən, bu cür hesablama 1 yanvar 2020-ci il tarixdən tətbiq olunur. Qeyd edək ki, 2019-cu ildə qüvvədə olan sosial qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı hesablamaları aşağıdakı qayadada həyata keçirilirdi:

Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin:

  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,
  • respublika tabeli digər şəhərlərdə 80 faizi,
  • rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,
  • kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Hazırda ölkəmizdə minimum əməkhaqqının 250 manat olduğunu nəzərə alsaq, ticarət, tikinti və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın 2019-cu ilin dekabr ayı üzrə hesablanacaq sosial ayırmaları aşağıdakı kimi müəyyənləşdirilir:

Region Ticarət və tikinti sahəsi üzrə Digər sahələrdə
1 Bakı şəhəri 125 (250 manat x 50 faiz x 100 faiz) manat 50 (250 manat x 20 faiz x 100 faiz) manat
2 Sumqayıt və Gəncə şəhərləri 112,50 (250 manat x 50 faiz x 90 faiz) manat 45 (250 manat x 20 faiz x 90 faiz) manat
3 respublika tabeli digər şəhərlər 100,00 (250 manat x 50 faiz x 80 faiz) manat 40 (250 manat x 20 faiz x 80 faiz) manat
4 rayon mərkəzləri, digər şəhərlər və qəsəbələr 75,00 (250 manat x 50 faiz x 60 faiz) manat 30 (250 manat x 20 faiz x 60 faiz) manat
5 kənd yerləri 62,50 (250 manat x 50 faiz x 50 faiz) manat 25 (250 manat x 20 faiz x 60 faiz) manat

1 yanvar 2020-ci il ildən isə məcburi dövlət sosial sığorta haqqı ödənişində ölkə üzrə vahid qayda tətbiq ediləcək. Həmçinin ticarət və tikinti sahələrinə aid edilməyən digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar isə minimum aylıq əməkhaqqının 20 yox, 25 faizi nisbətində məcburi dövlət sosial ayırmaları ödəyəcəklər.

Ticarət və tikinti sahəsi üzrə Digər sahələrdə
125 (250 manat x 50 faiz) manat 62,50 (250 manat x 25 faiz) manat

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
MDSS

3 il vergi ödəmədiyinə görə bu təşkilatı cərimələyiblər

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicisi, dövlət rüsumları,2018-ci il ərzində İcbari Sığorta Bürosu vergi orqanları tərəfindən əlavə sanksiyalar və bank hesablarından əlavə tutulmaların qarşısını almaq məqsədilə 2017-ci və 2018-ci illər üçün vergi orqanlarına “mənfəət vergisi” qismində cəmi 1 502 450 manat ödəyib.

2017-ci il ərzində vergi orqanları mənfəət vergisi və əvvəlki 3 il ərzində mənfəət vergisinin ödənilmədiyinə görə cərimə olaraq Büronun bank hesablarından cəmi 5 485 284 manat tutub.

Vergi qanunvericiliyinə əsasən, Büro özünü mənfəət vergisi ödəyicisi saymırdı və bu səbəbdən məsələ vergi apelyasiyası səviyyəsində həll edilmədiyi təqdirdə tutulmuş məbləği geri qaytarmaq iddiası ilə məhkəməyə müraciət etmək qərarı verib.

31 dekabr 2017-ci il tarixinə olan fakt və vəziyyətə əsaslanaraq Büro rəhbərliyi vergi və ya məhkəmə orqanının Büronun vergidən azad olması haqqında qərar çıxaracağı ehtimalının olduğu qənaətinə gəlib.

31 dekabr 2018-ci il tarixinə olan fakt və vəziyyətə əsaslanaraq Büro rəhbərliyi vergi və ya məhkəmə orqanının Büronun vergidən azad olması haqqında qərar çıxaracağı ehtimalının olmadığı qənaətinə gəlib. Nəticədə Büro 2018-ci il üçün cari vergi və təxirə salınmış vergi aktivi və ya öhdəliyini (Maliyyə Hesabatlarının Beynəlxalq Hesabatları) MUBS 12-ni tətbiq etməklə tanımış və qiymətləndirmişdir. Nəticədə 31 dekabr 2018-ci il tarixinə İcbari Sığorta Bürosunun mənfəət vergisi xərci 5 476 109 manat təşkil edib.

Bildirək ki, Büro Azərbaycanda müəssisələr üçün 20%-lik mənfəət vergisi dərəcəsini tətbiq edib.

Qeyd edək ki, 31 dekabr 2018-ci il tarixinə qurumun cəmi aktivləri illik 1,1% artaraq 36 464 247 manat, öhdəlikləri 45,8% artaraq 11 025 407 manat təşkil edib.

Aktivlərin tərkibində təqvim haqları üzrə debitor borclar 15,6% artaraq 921 372 manat, investisiya qiymətli kağızları 2 dəfəyə yaxın artaraq 10 779 233 manat olub. Öhdəliklərin isə 6 mln. manatını təmant depozitləri, 4 969 726 manatını ehtiyatlar əhatə edib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV ödəyiciləri üçün debitor və kreditorlar barədə hesabat forması təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

         ƏDV ödəyiciləri üçün debitor və kreditorlar barədə hesabat forması təsdiqlənib (EDV)

Bildiyimiz kimi, ƏDV ilə bağlı Vergi Məcəlləsində dəyişikliklər edilmişdir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar, ƏDV inzibatçılığının təkmilləşdirilməsi, o cümlədən vergiyə cəlb olunan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərancamına daxil olduğu vaxtla müəyyən edilməsi ilə bağlı qanunverciliyin yeni müddəaları nəzərə alınmaqla – “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə “Məlumat Forması” təsdiq olunmuşdur.

Məlumatlar 31.01.2020-ci il tarixədək tərtib olunaraq vergi orqanına təqdim edilməlidir.

Nəzərə almaq lazımdır ki, yeni formada həm Vergi ödəyicisi olan, həm də olmayan debitor və kreditorlar barədə məlumatlar ayrı ayrılıqda əks etdirilməlidir. Həmçinin ƏDV  və Əsas məbləğ də ayrılıqda qeyd edilməlidir.

Tərtib edilmə qaydasına nəzər yetirin.

“2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması”nın

tərtib edilməsi QAYDASI

  1. Bu forma 01.01.2020-ci il tarixədək qeydiyyata alınmış ƏDV ödəyiciləri tərəfindən 01.01.2020-ci il tarixdən 31.01.2020-ci il tarixinədək təqdim olunur. Müvafiq forma təqdim edilmədikdə (və yaxud heç bir göstərici olmadan təqdim edildikdə) vergi ödəyicisinin 01.01.2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur.
  2. Müvafiq Forma ƏDV-yə cəlb olunan əməliyyatın vaxtı ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişiklik nəzərə alınaraq aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etmək (təkrar hesablanmasının qarşısını almaq) məqsədini daşıyır.
  3. Forma tərtib edilərkən vergi ödəyicisinin malların (işlərin və xidmətlərin) təqdim edilməsi üzrə əməliyyatları istisna olmaqla digər əməliyyatları üzrə debitor və kreditor borclarının qalığı nəzərə alınmır.
  4. Vergi ödəyicisi kimi uçotda olan rezident şəxslərin və qeyri-rezidentlərin məlumatları hər bir şəxs üzrə ayrılıqda qeyd olunur. Vergi ödəyicisi kimi uçotda olmayan şəxslər üzrə debitor borcların, habelə alınmış avansların 01.01.2020-ci il tarixə qalıq məbləği ayrı-ayrılıqda cəmlənərək formanın müvafiq sətirlərində əks etdirilir.
  5. Məlumat formasında qeyd olunan məlumatlar Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergi orqanları tərəfindən mənbəyi bəlli olan məlumat kimi qiymətləndirilərək vergitutma məqsədləri üçün istifadə edilə bilər.
  6. Mübahisələrin qarşısının alınması üçün mallar (işlər və xidmətlər) üzrə debitor borcların, habelə alınmış avansların 01.01.2020-ci il qalıq dəyəri barədə məlumatlar dəqiqləşdirildikdən sonra tərəflər arasında üzləşmə aktı tərtib olunur. Üzləşmə aktının tərtib edilməsi mümkün olmadıqda müvafiq məlumatların razılaşdırıldığına dair əsas kimi qəbul edilən sənədin və ya texniki əməliyyatın tarixi üzləşmə aktının tarixi kimi nəzərə alınır. Üzləşmə aktının və ya digər sənədin surəti vergi ödəyicisi tərəfindən könüllü qaydada vergi orqanına təqdim edilə bilər.
  7. Vergi ödəyicisinin fəaliyyətinin olmaması, ləğv prosesinin başlaması, habelə ƏDV qeydiyyatının müvafiq formanın təqdim edilməsi ilə bağlı nəzərdə tutulan müddət (01.01.2020 – 31.01.2020 tarixləri) ərzində ləğv edilməsi Məlumat formasının təqdim edilməməsinə əsas vermir.
  8. Formaya daxil edilən rəqəmlər milli valyuta ilə (manatla) ifadə olunur.
  9. Məlumat formasında əksini tapmış “mal”, “iş (xidmət)”, “qeyri-rezident” kimi, lakin bununla məhdudlaşmayan anlayışlar Vergi Məcəlləsi ilə nəzərdə tutulan eyni mənanı bildirir.
  10. Məlumatların müvafiq formaya daxil edilməsi üçün təqvim ili başa çatdıqdan sonra ilkin olaraq ƏDV ödəyicisi tərəfindən əvvəlki dövrlərdə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı 01.01.2020-ci il tarixə ödənilməmiş debitor borcların və alınmış avanslar üzrə kreditor borcların həcmi (o cümlədən ƏDV məbləği) ayrılıqda müəyyənləşdirilir.
  11. Məlumat Forması 2 hissədən ibarətdir və aşağıdakı qaydada tərtib olunur:

11.1. Formanın 1-ci hissəsində vergi ödəyicisinin əvvəlki dövrlərdə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı 01.01.2020-ci il tarixə ödənilməmiş debitor borcları barədə məlumat rezidentlik statusu nəzərə alınmaqla hər bir şəxs üzrə ayrılıqda əks etdirilir. Vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) şəxslər üzrə məlumatlar cəmlənərək müvafiq sətirdə əks etdirilir.

11.2. Formanın 2-ci hissəsinə vergi ödəyicisinin 01.01.2020-ci il tarixdən sonra təqdim ediləcək mal, iş və xidmətlərlə bağlı alınmış avanslar üzrə kreditor borclarının qalığı barədə məlumatlar rezidentlik statusu nəzərə alınmaqla hər bir şəxs üzrə ayrılıqda daxil edilir. Vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) şəxslər üzrə məlumatlar cəmlənərək müvafiq sətirdə əks etdirilir.

11.3. “Məlumat formasının təqdim edildiyi vergi orqanı” sətrində Məlumat formasını təqdim edən vergi ödəyicisinin uçotda olduğu müvafiq vergi orqanının adı göstərilir.

11.4. 2-ci və 3-cü sətirlərdə vergi ödəyicisinin VÖEN-i və adı barədə məlumatlar müvafiq xanalarda göstərilir.

11.5. Məlumat Formasının 4.1-ci sətrinə aid sütunlarda rezidentlər üzrə müvafiq (təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı yaranmış debitor borclar (alacaqlar) üzrə qalıqlar barədə) göstəricilər əks etdirilir. O cümlədən “ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlar” sütununda vergi ödəyicisinin ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlari üzrə, eləcə də ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı tarixdən əvvəlki debitor borclarının 01.01.2020-ci il tarixə qalığı əks etdirilir. “ƏDV məbləği” sütununda vergi ödəyicisinin aparılmış əməliyyatlarla əlaqədar 01.01.2020-ci il tarixə ƏDV üzrə debitor borclarının qalıq məbləği qeyd olunur. Malın (işin, xidmətin) dəyəri ödənilmədiyi halda ƏDV üzrə debitor borc yoxdursa “ƏDV məbləği” sütununda “0” (sıfır) rəqəmi qeyd olunur.

Vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) şəxslər (əhali) üzrə debitor borcların qalığı hər bir şəxs üzrə ayrılıqda qeyd olunmur (Məsələn: “Nominal Value” Şirkətinin təqdim etdiyi mallara görə “Absolute” şirkətinin 01.01.2020-ci il tarixə borcu 1000 AZN (ƏDV-siz) təşkil edir. Qeyd olunan əməliyyat üzrə ƏDV məbləği tam həcmdə “Absolute” şirkəti tərəfindən “Nominal Value” Şirkətinin ƏDV sub-uçot hesabına ödənildiyindən 01.01.2020-ci il tarixə ƏDV üzrə ödənilməli borcu mövcud deyildir. Bu zaman “Nominal Value” şirkəti tərəfindən vergi orqanına təqdim edilən müvafiq Məlumat Formasının 1-ci sətrininƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar (ƏDV-siz)” sütununda 1000 manat, “ƏDV məbləği” sütununda isə “0” manat qeyd olunacaqdır.).

11.6. Formanın 4.2-ci sətrindəki sütunlarda qeyri-rezidentlərə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı yaranmış debitor borclar (alacaqlar) üzrə qalıqlara dair məlumatlar hər bir qeyri-rezident üzrə ayrıca əks etdirilir. “Qeyri-rezidentin ölkəsi” sütununda qeyri-rezidentin rezidenti olduğu ölkənin Dövlət Statistika Komitəsinin 2016-cı il 20 iyul tarixli 7/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş Dünya Ölkələri Təsnifatına dair Dövlət Standartına uyğun kodu, tam və ya qısaldılmış adı qeyd olunur. “Qeyri-rezidentin adı” sütununda qeyri-rezidentin adı ingilis dilində yazıldığı şəkildə qeyd olunur. Formanın 2-ci sətrinə aid digər sütunlar 4.1-ci sətrin müvafiq sütunlarına uyğun qaydada doldurulur.

11.7. Məlumat Formasının 5.1-ci sətrinə aid sütunlarda rezidentlər üzrə müvafiq (təqdim ediləcək mal, iş və xidmətlərlə bağlı alınmış avanslar üzrə kreditor borcların qalığı barədə) göstəricilər əks etdirilir. O cümlədən “ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlar üzrə” sütununda vergi ödəyicisinin ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlari üzrə, eləcə də ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı tarixdən əvvəl alınmış avanslar üzrə kreditor borclarının qalığı əks etdirilir. “ƏDV məbləği” sütununda vergi ödəyicisinin aparılmış əməliyyatlarla əlaqədar 01.01.2020-ci il tarixə ƏDV üzrə alınmış avanslar üzrə kreditor borclarının qalıq məbləği qeyd olunur. Malın (işin, xidmətin) dəyəri üzrə avans ödənilmədiyi halda ƏDV üzrə avans məbləğ (o cümlədən ƏDV-DH vasitəsilə) ödənilmişdirsə “ƏDV məbləği” sütununda ƏDV üzrə alınmış avansın qalıq məbləği, “18% dərəcə ilə vergiyə cəlb olunan əməliyyatlar (ƏDV-siz)” sütununda isə “0” (sıfır) rəqəmi qeyd olunur.

Vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) şəxslər üzrə avans qalıqları hər bir şəxs üzrə ayrılıqda qeyd olunmur (Məsələn: ƏDV-nin ödəyicisi olan “Fair Status” MMC tərəfindən alınacaq mallara görə “Sahibkar dostu” şirkətinin ƏDV sub-uçot hesabına 2019-cu ilin dekabr ayı ərzində avans qaydada 2200 manat ƏDV məbləği ödənilsə də həmin malların əsas məbləği üzrə “Sahibkar dostu” şirkətinə hər hansı ödəniş aparılmamışdır. “Sahibkar dostu” şirkəti tərəfindən vergi orqanına təqdim edilən müvafiq Məlumat Formasının 5.1-ci sətrininƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar (ƏDV-siz)” sütununda “0” manat, “ƏDV məbləği” sütununda isə 2200 manat qeyd olunacaqdır.).

11.8. Formanın 5.2-ci sətrindəki sütunlarda qeyri-rezidentlərə təqdim ediləcək mal, iş və xidmətlərlə bağlı alınmış avanslar üzrə qalıqlara dair məlumatlar hər bir qeyri-rezident üzrə ayrıca əks etdirilir. “Qeyri-rezidentin ölkəsi” sütununda qeyri-rezidentin rezidenti olduğu ölkənin Dövlət Statistika Komitəsinin 2016-cı il 20 iyul tarixli 7/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş Dünya Ölkələri Təsnifatına dair Dövlət Standartına uyğun kodu, tam və ya qısaldılmış adı qeyd olunur. “Qeyri-rezidentin adı” sütununda qeyri-rezidentin adı ingilis dilində yazıldığı şəkildə qeyd olunur. Formanın 5.2-ci sətrinə aid digər sütunlar 5.1-ci sətrin müvafiq sütunlarına uyğun qaydada doldurulur.

11.9. Məlumat formasının təqdim edən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsi barədə məlumatlar 1-6.3-cü sətirlərdə, məlumatın təqdim edilmə tarixi (gün, ay və il) 6.4-cü sətirdə, məlumat formasını imzalayan səlahiyyətli şəxsin imzası isə 6.5-ci sətirdə əks etdirilir. Məlumat Formasının 6.6-cı sətrində nəzərdə tutulan hissəyə vergi ödəyicisi tərəfindən möhür vurulur.

12. Məlumat formasının 1-ci və 2-ci hissələrində digər şəxslə aparılmış əməliyyatlar (müqavilələr) üzrə qalıqlar cəmlənməklə hər bir şəxs üzrə yekun məbləğ yalnız bir dəfə əks etdirilir. Vergi ödəyicisinin digər şəxslə apardığı əməliyyatlar nəticəsində ödənilməmiş debitor borcları ilə yanaşı avans qalığı da olduqda müvafiq məlumatlar Məlumat formasının hər 2 hissəsində ayrılıqda öz əksini tapır (Məsələn: vergi ödəyicisinin digər şəxslə bağladığı A və D müqavilələri üzrə 01.01.2020-ci il tarixə ödənilməmiş debitor borcunun qalığı Məlumat formasının 1-ci hissəsində, B və C müqavilələri üzrə alınmış avanslar üzrə kreditor borclarının qalığı Formanın 2-ci hissəsində qeyd olunacaqdır).

13. Məlumat forması kağız formatda təqdim olunduqda, aidiyyəti sətirlərin (xanaların) rekvizitləri azərbaycan dilində (latın qrafikasında) böyük çap hərfləri ilə qara və ya tünd göy rəngli qələmdən (karandaşla doldurulmasına icazə verilmir) istifadə edilərək vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən yazılmalıdır. Məlumat formasının kompüter vasitəsilə də doldurulmasına icazə verilir. Forma şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə səlahiyyəti təsdiq edən sənədin məlumat formasına əlavə edilməməsi ona baxılmasından imtina edilməsinə əsas verir.

14. Kağız formasında tərtib edilmiş Məlumat forması vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir.

15. Məlumat formasını elektron formada vergi orqanına göndərmək üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olaraq Məlumat formasının müvafiq xanalarını doldurmalı və gücləndirilmiş elektron imzada istifadə etməklə imzalamalıdır.

16. Təqdim edilmiş formada düzgün olmayan və yaxud təhrif olunmuş (natamam) məlumatlar əks etdirildikdə, eləcə də mallar (işlər və xidmətlər) üzrə debitor borcların, habelə alınmış avansların dəyərində dəyişiklik olduqda üzləşmə aktı yenilənməklə vergi orqanına dürüstləşdirilmiş forma təqdim edilir.

17. Dürüstləşdirilmiş formanın təqdim edilmə sayı ilə bağlı məhdudiyyət qoyulmur. Buna baxmayaraq, nəzərdə tutulmuş müddətdən əvvəl və ya sonra təqdim edilən Məlumat formasının göstəriciləri nəzərə alınmır. Müəyyən edilmiş müddət ərzində təqdim edilmiş sonuncu məlumat forması əvvəlki məlumat formalarını qüvvədən salır.

Hesabat formasını və Hesabatın tərtib edilmə qaydalarını yükləyə bilərsiniz.
Hesabat forması
Hesabatın tərtib edilmə qaydası
Müəllif: Ramin Ramazanov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV ödəyiciləri, hesabat forması, ƏDV ödəyiciləri, ƏDV ödəyiciləri, hesabat forması,hesabat forması, EDV, EDV, EDV, EDV, EDV, EDV, EDV,
ƏDV ödəyiciləri, ƏDV ödəyiciləri, ƏDV ödəyiciləri,hesabat forması, hesabat forması, hesabat forması

Exceldə siyahıları tərsdən sıralamaq

posted in: Excel, Xəbər | 0

Hər hansı bir siyahıdakı dəyərləri böyükdən-kiçiyə və ya əlifba sırasının əksi istiqamətində sıralamaq, Excel platformunda çox rahatdır. Lakin, siyahıları tərsdən sıralamaq üçün nələr edə bilərik? Yəni ən altdakı dəyər ən üstə, ən üstdəki dəyər ən alta gələcək şəkildə. Məsələn, sağdakı saat markalarını sıralarkən, Versace-nin ən üstdə olacaq şəkildə tərsdən sıralanmasına necə nail ola bilərik? Bütün çətin zamanlarda olduğu kimi, bu dəfə də köməyimizə Power Query (Get & Transform Data) gələcəkdir.

Öncəliklə, siyahımız olan diapazonu Ctrl+T qısayolu ilə Table formatına çeviririk. Daha sonra, cədvəlimizin üzərinə gələrək, Data menyusundan Get & Transform Data bloku vasitəsilə From Table / Range seçirik.

Power Query Editor platformuna keçid aldıqdan sonra, menyudan Transform >> Reverse Rows klikləyirik.

Və siyahımızın anında tərsdən sıralanmış olduğunu görəcəyik.

Power Query hər şeyin dərmanı olmasa da, ənənəvi Excel-də uzun və lazımsız dərəcədə qəliz olan formullara ciddi alternativ və rahatlıqdır.

Müəllif: Elçin Xəlilov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Excel, siyahıları tərsdən sıralamaq
error: Content is protected !!