Read More9
Read More9

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (7-ci hissə)

posted in: Mühasib, muhasibat, Xəbər | 0

                       Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (7-ci hissə) mühasibatlıq

6-cı hissəni oxumaq üçün keçidə daxil olun.

Mühasibat uçotu

Mühasibat uçotunun tarixinin ümumiləşdirilmiş tədqiqatı yalnız indi yaranır.

E. Stevelink

Ən çox qədim uçotun bəxti gətirməyib. Onu primitiv və eyni zamanda qəribə və dərk olunmayan hesab edirlər. Lakin, bu belə deyil. Çoxlu sayda həqiqi uçot sənədlərinin axivləri – bunlar “müqəddəs tarixin abidələridir” ki, onlar ötən dövrlərin kolleqalarından – qədim sənəd tərtibçilərindən – müasir mühasiblərin daha diqqətli və peşəkar şəkildə öyrənilməsini gözləyirlər.

T.N. Malkova

Bütün mədəni ölkələrin mühasibat ədəbiyyatı tarixçiləri, xüsusən də hazırda əsrlər boyu yığılıb qalmış çox mürəkkəb məsələlərin həlli ilə ciddi məşğuldurlar: ilk ulu müəllim kim olub və ilk dəfə olaraq bəşəriyyətin xidmətində hansı mühasibatlıq dayanıb?

O.O. Bauer

Qədim dövrlərin hesabdarlığı ilə bağlı tədqiqatlar əsasən tarixi araşdırmalarla məşğul olan alimlərin hesablama sahəsində tam şəkildə səriştəsiz olmaları ilə mürəkkəbləşir.

A.M. Volf

Sosial sifarişin mühasibatın inkişafına təsir göstərdiyi və sonuncunun insan düşüncəsinin güclü bir səy ilə irəlilədiyi zaman qərar vermək daha da çətindir.

Y.V. Sokolov

Hesabdarlığın elm kimi keçmişi demək olar ki, yoxdur. Onun inkişaf tarixi qısa və sadədir. Mühasibat nəzəriyyəsi, şübhəsiz ki, əsrlər boyu, lakin yalnız praktiki bilik əsasında, praktiki insanlar arasında hazırlanmışdır.

V.D. Belov

Hesablama elmi – qədim anlayışdır.

S.Q. Moxov

Mühasibat sənətinin ən qədim göstərişinə hər bir İsrail oğluna əmr olunan “Müdriklik” kitabında rast gəlinir: “əgər nəsə versən – hesablayıb, çəkib ver və hər verdiyinin də qeydini apar”.

L.Y. Kriçevskiy

Onun başlanğıcı əsrlərin dərinliklərində bizdən gizlənir. İbtidai insanın onun sadə təsərrüfatını təşkil edən fənləri necə düşündüyü bizə məlum deyil. Bu barədə bizə heç bir abidə çatmayıbdır.

D.A. Xmelnitskiy

Bir çox elmlər və incəsənət kimi hesabdarlıq elminin başlanğıcı da əsrlərin dumanları arxasıda gizlənir və heç bir şəkildə xronoloji ardıcıllıqla dəqiq göstərilə bilməz.

İ.Q. Maksimov

8-ci hissəni oxumaq üçün keçidə daxil olun.


“Postbayram depressiyası”: İstirahətdən sonra əməkdaşları necə idarə etməli?

posted in: Xəbər | 0

“Postbayram depressiyası”: İstirahətdən sonra əməkdaşları necə idarə etməli? (İstirahət, məzuniyyət)

1-ci hissə

Uzun çəkən istirahət günlərindən və ya məzuniyyətdən sonrakı ilk iş günləri həmişə orqanizm üçün böyük bir stressdir. Sözsüz ki, növbəti tətildən qayıdış şəxsi adaptasiya və vərdiş məsələsidir. Lakin məhz bu dövrdə əməkdaş adətən böyük dəstəyə ehtiyac duyur. Məzuniyyət başa çatdıqda və iş yerində vəzifənə qayıtmağa məcbur olduqda, “bayram sonrası depressiya” adlanan hallar – ağırlıq, laqeydlik, konsentrasiya, pis əhval-ruhiyyə vəziyyəti özünü göstərməyə başlayır. Bu, atmosferi ciddi zədələyə və bütün kollektivin işinə zərər vura bilər.

Tələsməyin

Amerika Psixoloji Assosiasiyasının tədqiqatları göstərib ki, məzuniyyət və ya uzun sürən tətil günləri əksər işçilərin stressi unutmasına, səhhətinin və əmək məhsuldarlığının yaxşılaşdırılmasına kömək edir. Lakin, əməkdaşların 24%-də istirahətin bütün müsbət nəticələri – enerjinin artması və stressin azalması – işə çıxandan dərhal sonra yox olur. 40% isə bildiriblər ki, effekt ofisə qayıtdıqdan sonra cəmi bir neçə gün davam edir. Buna görə rəhbərin ağlına gələ biləcək ən uğursuz ideya iş intizamının daha da sərtləşdirilməsi ola bilər. Officevibe şirkətinin məlumatına görə, əməkdaşların 75%-i məhz rəhbərlik ilə münasibətlərin pisləşməsi üzündən işdən çıxarılır.

Əksər işçilər uzun sürən məzuniyyətdən sonra işdən çıxmaları barədə qərar qəbul edirlər. Əgər istirahət “əlamətdar” dövrə təsadüf edibsə: ad günü, bal ayı və ya Yeni il – həyatını kəskin şəkildə dəyişdirmək arzusunun baş qaldırması riski arta bilər. Belə bir əlverişli mühitdə rəhbər tərəfindən istənilən hədsiz nəzarət lazımsız görünür və əməkdaşla vidalaşmanın başlanğıc nöqtəsi ola bilər. Əgər siz öz insanlarınızı və komandanızı qoruyub saxlamaq istəyirsinizsə, dincəlmiş insana müəyyən imkanlar yaratmağa icazə verin.

Ümumiyyətlə, məzuniyyətdən sonra uyğunlaşma dövrü üç gündən beş iş günə qədər davam edir. İlk növbədə iş yükünü minimuma endirin: yeni layihələrə başlamayın, kardinal qərarlar qəbul etməyin və sərt deadline-lardan (son müddət) çəkinməyə çalışın. Bayağı görünsə də, amma əvvəlki tək effektiv məsləhət – əməkdaşınıza günə tələsmədən e-poçtunu araşdırmaqla başlamağı təklif edin. Əgər e-poçtda məktublar azdırsa, tabeçilikdə olan özü yazışmalara təşəbbüs göstərə bilər: podratçılardan gələn son məktublara baxar, ilk görüşlər üçün razılaşmalar əldə edə bilər.

İkinci ideya – sizin əməkdaşınızdan növbəti dövr (ay, rüb) üçün fərdi inkişaf planının (FİP) tərtib edilməsinə müəyyən vaxt ayırmasını xahiş etməkdir. FİP artıq varsa, istirahətdən sonra o, plana təzə bir görünüşlə baxa və yeni bir şey əlavə edə bilər. Əgər şirkətdə İPR-dən istifadə edilmirsə, peşəkar mövzuda “arzu buludu” tərtib etməyi təklif edin – öz arzularının vizuallaşdırılması həmişə faydalı olacaq. Əməkdaşınız hansı vərdişləri inkişaf etdirmək istərdi? Hansı məsələləri sınaqdan keçirmək istərdi? Onun çoxdan düşündüyü treninq və kurslar varmı? Bəlkə dil öyrənmək istərdi? Ola bilsin ki, danışıq klubu qurmaq üçün başqa şöbələrdən də əməkdaşları bura qoşmaq lazımdır? Həqiqət ondan ibarətdir ki, məzuniyyətdən sonra beyin başqa ritmlərə keçir, adi halda olduğundan daha geniş, başqa cür düşünür, buna görə də belə tapşırıq faydalı olacaq.

Mütləq öz həmkarınızı birlikdə nahar etməyə və ya səhər yeməyinə dəvət edin: belədə siz onun məzuniyyətdən xoş xatirələrini bölüşə, şəkillərə baxa, dəlisov hekayələri dinləyə bilərsiniz və müsbət təəssüratlarına qatıla bilərsiniz. Əməkdaşın olmadığı müddətdə baş verən işdən kənar xəbərləri, şirkətdə baş verən məzəli əhvalatları onunla bölüşə bilərsiniz. Birlikdə zaman keçirmək, ona bir daha sizin bir komanda olduğunuzu xatırladacaq.

Məzuniyyətdən qayıdan əməkdaşınızı ilk günlərdə iş yerində ləngitməyə çalışmayın: işlə bağlı tapşırıqlar heç yana qaçan deyil, bu şəxsi anlamanız, hörmət göstərməniz onunla birgə vaxt keçirmənizi o da layiqincə dəyərləndirəcək. Buna şübhə belə etməyin.


2-ci hissəni oxumaq üçün keçidə daxil olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İstirahət, İstirahət, məzuniyyət

Cari vergi arayışına hansı halda dəqiqləşmə vermək mümkündür?

posted in: Vergi, Xəbər | 0

                                Cari vergi arayışına hansı halda dəqiqləşmə vermək mümkündür? (Cari vergi arayışı)


Sual: Onlayn kargüzarlıqdan Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışı I rüb üzrə cari hesabat olaraq göndərdikdən sonra, I rüb üzrə dəqiqləşdirilmiş Arayış göndərilməsi mümkün deyil. Çünki Arayışın “5. Vergi dövrü” sətri deaktivdir, dəyişmək olmur və qeyd edilən sətirdə yalnız “II rüb 2019” yazılıb. Zəhmət olmasa bu xətanı aradan qaldırın. Nəyisə düz etmiriksə aidiyyatı üzrə suala cavab olaraq yazın.
Cavab: Bildiririk ki, Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə Arayışı (cari və ya dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim etməlidir. Həmin müddət bitdikdən sonra cari və ya dəqiqləşdirilmiş arayışın təqdim edilməsi nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 151-ci maddəsi.
Mənbə: taxes.gov.az

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
dəqiqləşmə, Cari vergi arayışı,

Müxtəlif ölkələrdə vergiləri necə tətbiq ediblər? (1-ci hissə)

posted in: muhasibat, Vergi, Xəbər | 0

vergilərMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (1-ci hissə)

Dünya iqtisadiyyatı tarixindən. Vergi  yenilikləri

Donald Tramp yeni vergi siyasəti hesabına ABŞ-da istehsalın artımına nail olmağı nəzərdə tutur: aşağı vergilərin cəlbediciliyi səbəbindən başqa ölkələrdə fəaliyyət göstərən amerikan şirkətləri xaricdən öz ölkəsinə qayıtmalıdırlar. Rusiya hakimiyyəti ölkə üçün yenilik olan bir vergini, vətəndaşlardan kurort yığımları tətbiq edirlər. Bir sözlə, dünya iqtisadiyyat tarixi bir çox hallarda bu orijinal vergi yenilikləri üzərində qurulub.

Firon üçün xərac

Ən erkən vergi yenilikləri təbii ki, Qədim dünyaya aiddir. Bunlardan ilk yenilik kimi e.ə. XIV əsrdə Misir fironu Exnatonun idarəçiliyi dövründə tətbiq olunan bir məsələni qeyd etmək olar. Belə ki, firon dində yenilik etməyə cəhd etməklə hamının vahid Tanrıya itaət etməsini istəyib.

Misirdə mütləq şəkildə hər şey vergiyə cəlb olunmuşdu: satışlar, qullar, əcnəbilər, idxal, ixrac, sənətkarlıqla məşğuliyyət və s. Kənd təsərrüfatı məhsullarına olan vergi 20% təşkil edirdi. Bu zaman təkcə buğda məhsulu deyil, eləcə də şəxsi meyvə bağlarından toplanan meyvələr də vergiyə cəlb edilirdi.

Vergilərin toplanılmasına Misirdə mirzələr nəzarət edirdilər.

Misirdə torpaqların əksəriyyəti firona məxsus və onları kəndlilərə icarəyə verirdilər, əvəzində isə onlardan məhsula görə vergi tutulurdu (özü də bu zaman məhsulu torpaq payının həcmindən asılı olaraq dövlət müəyyən edirdi).

Evklid həndəsəsi elə vergi hesabları üzərində yaranmışdı – Evklid Misirdə İsgəndəriyyədə yaşamışdı.

Tabe etdirilmiş xalqlardan alınan xərac vergi sisteminin əhəmiyyətli elementi idi. Exnatonun tətbiq etdiyi yeniliklər də bu xəracla bağlı olub (o dini məsələlərə daha çox aludə idi) – nəticədə o, Suriya və Fələstini itirmişdi.

Exnatonun bütün məbədlərini yerlə-yeksan edən ondan sonra gələn hakimlər fironun artıq ali vergi avtoriteti olmadığını etiraf etdilər və ənənəvi Misir tanrılarının məbədləri çoxsaylı vergi güzəştlərini bərpa etdilər. Və vergi orqanlarında möhtəşəm korrupsiya ilə birləşən bu yenilik, ölkənin tənəzzülünə gətirib çıxardı.

Azadlıq və demokratiya üçün ödəniş

Qədim Yunanıstanda  vergi ixtirası dolayı vergiqoyma dərəcəsi oldu. Birbaşa vergi tətbiqi şəxsi azadlıqların pozulması hesab olunurdu.

Kommersiya fəaliyyəti – satışlar, idxal və körpülər, yollar və limanlar kimi ictimai tikililər vergiyə cəlb edilirdi. Buna görə vergilərin ödənilməsi həmin tikililərin işlək vəziyyətdə saxlanılması, yəni, faktiki olaraq xidmət göstərilməsi ilə izah olunurdu.

Belə deyək ki, liman vergisi gətirilən və aparılan malların dəyərinin 2%-ni təşkil edirdi və həmin vergi limanlar və dəniz yollarının yunan hərbi-dəniz qüvvələrinin piratlardan (dəniz quldurları) qorunması ilə izah edilirdi. Dəniz quldurlarının daha çox olduğu limanlardan biri üçün vergi dərəcəsi 10%-ə qədər artırılmışdı.

Erkən antik Roma yunan ənənəsini qəbul etmişdi. Vergilər çox aşağı idi, toplanan verginin böyük hissəsi dövlət aparatının saxlanılması üçün xərclənirdi – ordu isə pulsuz xidmət edirdi.

Amma bəzi vergi daxilolmarı tələb olunurdu ki, onlar da idxal və ixracdan tutulurdu. Praqmatik mülahizələrdən romalılar işğal edilmiş ərazilərdə mövcud dərəcələri qoruyub saxlamışdılar: İspaniyada gömrük rüsumları 2%, Siciliya, Afrika və Albaniyada isə 5% təşkil edirdi.


2-ci hissəni oxumaq üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müxtəlif ölkələrdə vergilər, Müxtəlif ölkələrdə vergilər
error: Content is protected !!