Gürcüstanda bu ailələrə əlavə verginin tətbiq edilməsi təklif olunub
Gürcüstanda üç və ya daha çox avtomobilə sahib ailələrə əlavə verginin tətbiq edilməsi təklif olunub. (əlavə vergi)
Bu təklif Gürcüstan parlamentinin Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar komitəsinin parlamentə təqdim etdiyi “Tbilisidə hava keyfiyyəti” adlı araşdırmasında yer alıb.
Komitənin üzvü, deputat Giorgi Xatidze bildirib ki, sənəddə bu məsələnin aidiyyəti qurumlarla müzakirəsi tövsiyə olunub: “Tbilisidə ekoloji vəziyyətin yaxşılaşdırılmasına ehtiyac duyulur. Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrindən istifadə edənlər üçün stimul yaradılmalıdır”.
Araşdırmada həmçinin Tbilisidə avtomobilə görə verginin mühərrikin həcminə görə müəyyən edilməsi təklif olunub. Bu halda kiçik mühərrikli maşınların sahibləri nisbətən az vergi ödəməli olacaqlar.
Mənbə: report.az

Bina tikintisi fəaliyyəti ilə məşğul olanlar vergi orqanına hansı məlumatı təqdim etməlidir?
Sığorta – sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.
2019-cu ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 402.284,4 min manat həcmində vergi və rüsumlar daxil olub. Bu da ötən ilin noyabr ayına nisbətən 11,4 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin noyabr ayı ilə müqayisədə 23,6 faiz artaraq 110.653,7 min manat olub. Dekabrda ƏDV üzrə daxilolmalar aylıq ifadədə 6,3 faiz artaraq 268.995,5 min manat, aksizlər üzrə 38,8 faiz artaraq 18.780,0 min manat, yol vergisi üzrə daxilolmalar isə 22,3 faiz azalaraq 3.855,2 min manat təşkil edib.