Read More9
Read More9

İdxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?

posted in: Xəbər | 0

xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Sual: Bilmək istəyirdim ki, Vergi Məcəlləsinin 16.1.8.2-ci maddəsi idxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışına şamil edilirmi? səyyar satış

Cavab: Bildiririk ki, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməli olmayan fəaliyyət növlərinə aid edilmiş və belə fəaliyyətlə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalarını forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.

Qeyd olunan maddədə məhsulların yerli istehsal və ya idxal olunmuş məhsul olması şərtləndirilmir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu maddələri.


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
kənd təsərrüfatı, səyyar satış

Vakansiya: Mühasib (Təcrübəçi) tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasibat uçotu, təcrübəçi, mühasib, vakansiya, Vakansiya: Mühasib (Təcrübəçi). 

Vəzifə Öhdəlikləri:
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi
  • Logo proqramına məlumatların daxil edilməsi
  • Mühasibin verdiyi tapşırıqların tam olaraq vaxtında yerinə yetirilməsi
  • Bütün mühasibatlıq əməliyyatlarında iştirak etmək
  • İstirahət günləri: Şənbə və Bazar
  • İş saatları: 09:00-dan 18:00-dək
Tələblər:
  • Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit üstünlük veriləcək)
  • Mühasibat uçotu və audit barəsində güclü nəzəri biliklər
  • MS Office (xüsusən excel) bilikləri
  • Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti
Qeyd:
Təcrübəsiz namizədlərə üstünlük veriləcək.
Təcrübə müddəti 3 ay təşkil edir və ödənişlidir
Təcrübə müddətini uğurla başa vuran təcrübəçi işlə təmin ediləcək
Mənbə: edumap.az

“Azərbaycan Sığortaçılar Assosiasiyası” daşınmaz əmlakın icbari sığortası ilə bağlı açıqlama yayıb

posted in: Xəbər | 0

Son günlər daşınmaz əmlakın icbari sığortası mətbuat və ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin açıqlamasında bildirilir.

“Yayılan məlumatlara aydınlıq gətirmək və əhalini bu istiqamətdə maarifləndirmək məqsədilə bildiririk ki, daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanuna əsasən tətbiq olunur. Bu sığorta məhsulu əhalinin sosial rifahını, sahibkarlıq subyektlərinin mənafeyini, eləcə də maliyyə sabitliyini qorumaq məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq yaradılıb. Məhsul, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının eləcə də mənzillərin yanğın, təbii fəlakət, texnogen qəza və üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə sığortalanmasını nəzərdə tutur.

Son illər ərzində ölkədə baş vermiş təbii fəlakətlər və iri həcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin ödənilməsi kontekstində gündəmə gəlmiş çətinliklər daşınmaz əmlakın icbari sığortasının vacibliyini təkrarən vurğulayıb. Bu məqsədlə, “İcbari sığortalar haqqında” qanunun tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları və Fövqəladə Hallar Nazirliyi, eləcə də ASA təbliğat və təşviqat işlərini aktivləşdirib. Bir sıra hallarda, təəssüf ki, bu fəaliyyət əmlakın icbari sığortası vasitəsilə fiziki və hüquqi şəxslərin əldə edəcəkləri fayda və risklərə qarşı təminatın təbliği ilə yanaşı daha çox qanunvericilikdən irəli gələn cərimələrin qabardılması tərzində aparılıb.

ASA-nın mövqeyi ondan ibarətdir ki, qanunvericiliklə müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin tətbiqinin aidiyyəti dövlət orqanlarının səlahiyyətinə aid olduğunu nəzərə alaraq, sığora şirkətləri və sığora vasitəçiləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə təbliğat mümkün sanksiyalar aspektindən deyil, daşınmaz əmlak sahiblərinin maarifləndirilməsi kontekstində aparılmalıdır. Bu istiqamətdə əhalinin maliyyə savadlığının artırılması ölkədə sığorta mədəniyyətinin dərinləşməsinə xidmət edəcək.

İl ərzində ASA əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində müxtəlif kampaniya və tədbirlər həyata keçirməyi planlaşdırır”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Qurumun əsas məqsədi ölkədə fəaliyyət göstərən və üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi İctimai Birliyin üzvüdür.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Azərbaycan Sığortaçılar Assosiasiyası, 

İqtisadiyyat naziri və müavinləri vətəndaşları qəbul edəcəklər

posted in: iqtisadiyyat, Xəbər | 0

İqtisadiyyat naziri Mikayıl Cabbarov 17 yanvar 2020-ci il tarixində, saat 11:00-dan etibarən Kürdəmirdə (ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 18, Heydər Əliyev Mərkəzi) rayon sakinlərini qəbul edəcək.

Həmin gün İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov saat 11:00-dan etibarən Ağsuda (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Yeni Azərbaycan Partiyasının Ağsu Rayon Təşkilatının inzibati binası), Sahib Məmmədov isə Ucarda (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153, Heydər Əliyev Mərkəzi) rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyənlər qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin elektron poçt ünvanı və (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79) nömrəli telefonlar, Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin, Kürdəmirdə və Ucarda keçiriləcək vətəndaş qəbulları üçün Nazirliyin Aran regional bölməsi (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, İnzibati bina, əlaqə telefonu: (012) 585-04-06, elektron poçt ünvanı: ), Ağsuda keçiriləcək qəbul üçün isə Nazirliyin Dağlıq Şirvan regional bölməsi (ünvan: Şamaxı şəhəri, Heydər Əliyev küçəsi, 27, İnzibati bina, əlaqə telefonu: (020) 265-17-87, elektron poçt ünvanı: ) vasitəsilə müraciət edə bilərlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
İqtisadiyyat naziri, 
error: Content is protected !!