Read More9
Read More9

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (3-cü hissə)

posted in: Vergi, Xəbər | 0

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (3-cü hissə)

2-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Vergisiz koloniyalar

Amerika vergi ödəyiciləri ilə bunlar baş vermişdi. 1770-ci ildə Böyük Britaniyanın amerikan koloniyalarında əksəriyyətin hakimiyyətinə əsaslanan nümayəndəli demokratiya sistemi tətbiq olundu.

Bu yenilik ona gətirib çıxardı ki, amerikan koloniyaları dünya tarixində ən aşağı vergilərə sahib oldular. Ümumiyyətlə, demək mümkündür ki, bu dünya tarixində ən aşağı vergilər idi.

Bütün koloniyalardakı hökumətlər azsaylı və məhdud səlahiyyətlərə malik idilər. Əksər hallarda o, vergi yox, cərimələrlə, borcların verilməsindən və torpaq satışından əldə olunan gəlirlərlə maliyyələşdirilirdi. Ən parlaq nümunələr isə onilliklər ərzində heç bir vergi yığmayan Pensilvaniya və Nyu-Cersi idi.

Koloniyalarda həyat səviyyəsinin yüksək olması, məhz, vergilərin mövcud olmaması ilə izah olunurdu. Sərhədlərdə hindularla döyüşən müstəmləkəçilər deyirdilər ki, onlardan vergi tutmaq qəribə görünə bilərdi. Axı, onlar digər yerdə qalanların maraqları uğrunda, özü də öz hesablarına vuruşurdular.

Necə olmasından asılı olmayaraq, 1760-cı illərin sonuna kimi Amerikadakı koloniyaçıların əksəriyyəti hətta hansısa vergilərin olmasından belə xəbərsiz idilər.

Nəticədə, o zaman Amerika heç zaman olmadığı kimi, vergisiz cəmiyyət idealına yaxın idi. Bu ondan ötrü digər ölkələrlə müayisədə əhəmiyyətli dərəcədə iqtisadi üstünlük idi və bu fakt ABŞ-ın XX əsrin ikinci yarısına kimi ən aşağı vergilərə sahib bir cəmiyyət olaraq qalmasını izah edirdi.

Bütün amerikalılar kimi ABŞ-ın gələcək prezidenti Corc Vaşinqtonun özü də vergi ödəməyə adət etməmişdi. Amma, 1760-cı illərdə Britaniya hökuməti müstəmləkə vergi sistemini dəyişdirmək lazım gəldiyi barədə düşünməyə başlamışdı.

Burada əsas məqam 1756-1763-cü illərdə avropalıların – belə də demək olar Britaniyanın – bütün dünya üzrə apardığı və ən bahalı müharibə hesab olunan Yeddillik müharibə (Uinston Çörçil hətta onu birinci dünya müharibəsi adlandırmışdı) idi. Müharibə ərəfəsində dövlət borcu 60 milyon funt sterlinq idisə, 1764-cü ildə bu rəqəm 133 milyon təşkil edirdi.

Britaniya xəzinədarlığının hesablamasına görə hər bir ingilisə 18 funt borc düşürdüsə, hər bir müstəmləkəçiyə düşən məbləğ yalnız 18 şillinq təşkil edirdi. Orta ingilis ildə 25 şillinq vergi ödəyirdisə, koloniyaçı yalnız 6 pens ödəniş edirdi ki, bu da 50 dəfə az məbləğ edirdi.

O səbəbdən britaniya elitası belə ədalətsizliyi aradan qaldırmaq barədə düşünürdü, özü də məhz, bu müharibədən şimali amerikalı koloniyaçılar  daha çox uduşda olmuşdular.

Baş nazir Corc Grenvil aşağıdakı vergi yeniliklərini düşünüb tapmışdı. Birincisi, kolonistlərdən gömrük rüsumları kimi mövcud dolayı Britaniya vergilərinin ödənilməsini tələb etmişdi. (o zaman ingilis dilli dünyada rüsumlardan yayınma çox populyar idi, qaçaqmalçılar kral gömrük xidməti ilə mübarizə aparan bütün donanmaları formalaşdırırdılar).

Əgər ingilislər imkan daxilində rüsumları ödəməkdən yayınırdılarsa, amerikalılar korrupsiyalaşmış kolonial gömrük xidməti üzündən  – bu xidmətin məmurları iş yerlərini gəzmir və həmin qurumun səmərəsizliyi il ərzində 500 min funt itkiyə gətirib çıxarırdı. Ümumiyyətlə, bunu ödəməyə belə hazırlaşmırdılar.

Grenvill onları iş yerlərinə qayıtmağa məcbur etməyi düşünürdü. Lakin, bu idarəetmə layihələrini məsrəfli edirdi: onlara çəkilən 2 min funt xərcin müqabilində 8 min funtu ötüb keçirdi.


4-cü hissəni oxumaq üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müxtəlif ölkələrdə vergilər.

Hazırda hansı yaş üçün müavinət elektron qaydada tərtib olunur?

posted in: Xəbər | 0

online qeydiyyatPrezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin  gücləndirilməsinə xidmət etməklə, eyni zamanda, sosial təminat sisteminin təkmilləşdirilməsində növbəti addımdır. Bu qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

Əgər bu ilin əvvəlinədək qadınlar (yaşa görə pensiya hüququ olmadıqda) yaşa görə müavinət hüququnü 62 yaşda, kişilər (yaşa görə pensiya hüququ olmadıqda) isə 67 yaşda  qazanırdısa, bu ilin əvvəlindən bu yaş həddi pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilir.

Beləliklə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), bu ayın 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

Yaşa görə müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac yoxdur. Vətəndaşa elektron təyinat və müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-Çağrı Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edir. Bundan sonra yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı alır.

Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir.  Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb.

Mənbə: sosial.gov.az.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
müavinət

İnsan resursları sahəsi ilə maraqlanan bu ilin məzunları üçün Təcrübə Proqramı elan olunur

İnsan resursları üzrə Təcrübəçi, İnsan resursları,Təcrübə Proqramı,“MilliKart” MMC İnsan resursları sahəsi ilə maraqlanan bu ilin məzunlarını könüllü təcrübə İR proqramına qatılmağa dəvət edir! (İnsan resursları, təcrübə proqramı)

Təcrübə proqramı sizə nələr qazandıracaq?

• Əmək qanunvericiliyi ilə tanışlıq;

• İşləyərək öyrənmək imkanı;

• Real iş mühiti ilə tanışlıq;

• Gələcəkdə karyera qurmaq şansı;

• Təcrübə proqramında iştrakı təsdiq edəcək xasiyyətnamə;

* Təcrübə proqramının müddəti 3 aydır və ödənişsizdir.

Təcrübə proqramının iştirakçısı olmaq üçün:

CV- lərinizi / ünvanına mövzu hissəsində “Könüllü təcrübə İR” qeyd etməklə göndərməyiniz xahiş olunur.

Mənbə: edumap.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İnsan Resursları, təcrübə proqramı

Malların idxalına görə ƏDV-nin hesablanması

posted in: Vergi, Xəbər | 1

Malların idxalı, ƏDV, EDV,2020-ci il üçün Əmək Haqqı Cədvəli, təmir xərcləri, gəlir vergisi, Baş Mühasib VakansiyaVergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı bu fəslə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. (ƏDV, EDV)

Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyiciləri tərəfindən malların idxalına görə əlavə dəyər vergisinin, o cümlədən tranzit yük daşınması qaydasında və müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə əlavə dəyər vergisinin (ƏDV) hansı qaydada hesablandığını müəyyənləşdirməkdir. Tranzit qaydada və müvəqqəti idxal şəklində Azərbaycan Respublikasına daxil olan mallar ƏDV-nin obyekti deyil. Tranzit dedikdə, hər hansı hüquqi və ya fiziki şəxsin malların bir ölkədən digər ölkəyə daşınması zamanı üçüncü və ya daha çox ölkənin ərazisindən istifadə etməsidir. Müvəqqəti idxal zamanı isə mallar bir ölkəyə daxil olur, amma müəyyən müddətdən sonra geri qaytarılır. Bu iki halda mallar ƏDV-yə cəlb olunmur.

Vergi Məcəlləsinə əsasən, ƏDV ilə bağlı əməliyyatlar 3 növə bölünür: ƏDV-yə 18 faizlə cəlb olunan, (0) dərəcə ilə cəlb olunan və ƏDV-dən azad olunan əməliyyatlar.

Əməliyyatların ƏDV-yə cəlb olunması üçün əsas məqamlardan biri də malların, işlərin və xidmətlərin Azərbaycan Respublikasında təqdim olunmasıdır. Əgər mallar, işlər və xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim olunursa, bu zaman ƏDV yaranmır, belə dövriyyələr ƏDV obyekti deyil. Qeyd edək ki, bu məsələ ilə malların ixracı məsələsini qarışdırmaq olmaz.

Xidmətlərin və işlərin göstərilməsində fərqli məqamlar var. Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyd olunub ki, işlərin və xidmətlərin 168-ci maddəyə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim olunması vergi tutulan əməliyyat sayılmır.

Misal 1. Tutaq ki, müəssisə ƏDV ödəyicisidir və 2019-cu ilin may ayında Bakıda 30.000 manatlıq mal təqdim edib, 10.000 manatlıq təmir-tikinti işləri görüb, 5.000 manatlıq xidmət göstərib. Bundan əlavə, 40.000 manatlıq ƏDV-yə cəlb olunan mal idxal edib. Türkiyə Respublikasının ərazisində 30.000 ABŞ dolları dəyərində təmir işləri yerinə yetirib. Üstəlik, Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda 2.000 manatlıq məsləhət xidməti, Rusiya şirkətinə (qeyri-rezidentə) isə 3.000 avroluq hüquq xidməti göstərilib. Qeyd olunan məbləğlərə ƏDV daxil deyildir . Bu əməliyyatlardan hansılar ƏDV-yə cəlb olunan əməliyyatlardır?

30.000 manatlıq mal satışı, 10.000 manatılıq təmir-tikinti işləri, 5.000 manatlıq xidmət və 40.000 manatlıq ƏDV-yə cəlb olunan malların idxalı 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunan əməliyyatlardır. Bu əməliyyatlara görə müəssisə 15.300 manat ((30.000 + 10.000 + 5.000 + 40.000) x 18% = 15.300 manat) ƏDV hesablamalıdır.

Türkiyə Respublikasının ərazisində yerinə yetirilmiş 30.000 ABŞ dolları məbləğində təmir işləri ƏDV-nin obyekti deyil.

Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda göstərilən 2.000 manatlıq məsləhət xidməti və Rusiya şirkətinə (qeyri-rezidentə) göstərilən 3.000 avroluq hüquq xidməti sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlardır.

Misal 2. Tutaq ki, Türkiyə Respublikasının hüquqi şəxsi olan “A” şirkəti 100.000 manatlıq malı Rusiyaya aparmaq üçün Rusiya şirkəti ilə müqavilə bağlayıb. Azərbaycan və Rusiya dövlətlərinin ərazisindən aparılmalı olan mal Azərbaycan Respublikasının ərazisinə daxil olarkən tranzit gömrük bəyannaməsi doldurulur. Həmin bəyannamədə respublikamız bu əməliyyat üçün tranzit ölkə olduğu üçün mallar ƏDV- yə cəlb olunmur.

Misal 3. Hüquqi şəxs İran şirkəti ilə razılaşmaya əsasən, 10.000 manatlıq avadanlığı 1 il müddətində gömrük qanunlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisinə gətirib və 1 ildən sonra geri qaytaracaq. Bu misalda ölkə ərazisinə gətirilərək 1 ildən sonra geri qaytaracaq malların idxalı müvəqqəti idxal sayıldığı üçün həmin mallar ƏDV-nin obyekti deyil.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Malların idxalı, ƏDV, EDV, EDV,
error: Content is protected !!