Read More9
Read More9

Exceldə siyahıları tərsdən sıralamaq

posted in: Excel, Xəbər | 0

Hər hansı bir siyahıdakı dəyərləri böyükdən-kiçiyə və ya əlifba sırasının əksi istiqamətində sıralamaq, Excel platformunda çox rahatdır. Lakin, siyahıları tərsdən sıralamaq üçün nələr edə bilərik? Yəni ən altdakı dəyər ən üstə, ən üstdəki dəyər ən alta gələcək şəkildə. Məsələn, sağdakı saat markalarını sıralarkən, Versace-nin ən üstdə olacaq şəkildə tərsdən sıralanmasına necə nail ola bilərik? Bütün çətin zamanlarda olduğu kimi, bu dəfə də köməyimizə Power Query (Get & Transform Data) gələcəkdir.

Öncəliklə, siyahımız olan diapazonu Ctrl+T qısayolu ilə Table formatına çeviririk. Daha sonra, cədvəlimizin üzərinə gələrək, Data menyusundan Get & Transform Data bloku vasitəsilə From Table / Range seçirik.

Power Query Editor platformuna keçid aldıqdan sonra, menyudan Transform >> Reverse Rows klikləyirik.

Və siyahımızın anında tərsdən sıralanmış olduğunu görəcəyik.

Power Query hər şeyin dərmanı olmasa da, ənənəvi Excel-də uzun və lazımsız dərəcədə qəliz olan formullara ciddi alternativ və rahatlıqdır.

Müəllif: Elçin Xəlilov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Excel, siyahıları tərsdən sıralamaq

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0

Sabit vergi,gəlir vergisi, müxtəlif ölkələrdə vergilərMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Nəticə etibarı ilə, Roma hərbi əməliyyatları genişləndirdikdə, çoxlu maliyyələşmə tələb olunurdu və romalılar yeni vergi – hərbi vergi tətbiq edirdilər.

Hər beş ildən bir hər bir vətəndaş – varlı və ya kasıb olmasından asılı olmayaraq əmlakı barədə bəyannamə təqdim etməli idi (bəyannamədə səhih olmayan məlumat yer alardısa və ya ümumiyyətlə, bəyannamənin özü təqdim olunmayanda, həmin şəxsin əmlakı əlindən alınır, bəzi hallarda isə həmin şəxs özü də qul kimi satılırdı).

Vergi vahid stavka üzrə (1%) tutulurdu, lakin, varlı romalılar əslində daha çox vergi ödəyirdilər, belə ki, zərgərliyə aid zinət əşyalarına görə vergi məqsədləri üçün ödənişlər 10% yüksəlirdi.

Siseron qeyd edirdi: “nəhayətsiz müharibələr Roma xəzinəsinin boşalmasına gətirib çıxaranda, əmlaka görə yeni verginin tətbiqinə əl atılırdı. Bu ədalətsiz yanaşma idi və hər şey elə təşkil olunmalı idi ki, bu bir daha təkrar olunmasın. Əgər hakimiyyət öz vətəndaşlarına bunun dövlətin mövcudluğu üçün vacib olduğunu izah belə etmirdisə, deməli, vətəndaşların da inciməyə haqqı çatırdı”.

Qeyd etmək lazımdır ki, e.ə. II əsrin ortalarında həmin vergi ədalətsiz olduğuna görə ləğv edilmədi. Ona görə ləğv olundu ki, işğal edilən torpaqlar artıq Roma əyalətləri hesab olunurdu və onlar legionları özləri saxlaya bilirdilər.

Kral payı

Orta əsrlər və yeni dövr vergi yeniliklərinin nümunəsi oldu. 1449-cu ildə Böyük Britaniyada gəlir vergisi tətbiqinə cəhd olundu – amma, bu vergi üsyanlarına gətirib çıxardı və kral həmin vergini ləğv etdi.

1472-ci ildə Fransada müharibənin maliyyələşdirilməsi üçün ikinci dəfə gəlir vergisinin təbiqinə cəhd olundu. Bu da uğursuzluqla nəticələndi. 1641-ci ildə yeni sistem tətbiq olundu, buna görə zadəganlar yastıq vergisi, qeyri-zadəganlar isə – gəlir vergisi ödəyirdilər.

1698-ci ildə gəlir vergisi aradan qaldırıldı (qeyd edək ki, artıq bizim dövrdə Margaret Tetçer Böyük Britaniyada yastıq vergisini tətbiq etməyə cəhd etdi və bu, onun istefası ilə nəticələndi).

1799-cu ildə Böyük Britaniyada yenidən 10% dərəcə ilə gəlir vergisi tətbiq olunmuşdu – bu dəfə Napoleonla bu, müharibənin maliyyələşdirilməsi məqsədi daşıyırdı. Həmin vergi müvəqqəti tətbiq olunduğundan 1816-cı ildə ləğv edildi.

Lakin, 1842-ci ildə dövlət maliyyəsini balanslaşdırmaq məqsədilə həmin vergi yenidən bərpa olundu və o, daimi xarakter daşımağa başladı ki, bu da Böyük Britaniya və eləcə də bütün dünya üçün vergi islahatları sahəsində bir inqilab hesab olundu (1894-cü ildə gəlir vergisi ABŞ-da tətbiq olundu və onu ödəmək üçün böyük növbələr düzülürdü).

1890-cı illər vergi nöqteyi-nəzərincə yeniliklərlə zəngin oldu. 1894-cü ildə Böyük Britaniyada mirasa görə mütərəqqi vergi tətbiq olunmağa başladı. Çox tezliklə bütün dünyada mütərəqqi gəlir vergisi tətbiq olundu.

1916-cı ildə ABŞ-da gəlir vergisinin yuxarı həddi 7%-dən 15%-ə qaldırıldı. 1917-ci ildə isə bu hədd 67%-ə yüksəldi. Bu sistem üzrə vergi ödəyicilərinin ruh yüksəkliyi əhəmiyyətli şəkildə azaldı.

1915-ci ilin yekunlarına görə maksimal vergi 7% təşkil edəndə, gəlirləri 1 milyon dolları ötən 206 nəfər amerikalı vergi bəyannaməsi təqdim etmişdi. 1921-ci ilin yekunlarına görə vergi 77% təşkil edəndə, belə bəyannamələrin sayı cəmi 21 ədəd olmuşdu.


3-cü hissəni oxumaq üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müxtəlif ölkələrdə vergilər, Müxtəlif ölkələrdə vergilər

İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərə maliyyə sanksiyası

posted in: Maliyyə, Xəbər | 0

İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərə maliyyə sanksiyası

xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Şadlıq evlərinin fəaliyyətini təmin etmək məqsədilə cəlb olunan ofisiantlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmazsa, onların işə cəlb edilməsinə görə maliyyə sanksiyası tətbiq edilə bilərmi?

Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixdən edilmiş dəyişikliyə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərlə (ofisiantlarla) əmək müqaviləsi bağlandığı hallar istisna olmaqla, həmin şəxslərin fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə işəgötürənə (vergi orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 2.000 manat, ikinci dəfə yol verildikdə 4.000 manat, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Beləliklə, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiantlar) ilə əmək müqaviləsi bağlanmadıqda həmin şəxslər yalnız “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olduğu halda işlərin yerinə yetirilməsinə cəlb edilməlidir.

Belə şəxslərin müvafiq qəbz olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi vergi orqanında uçotda olan sifarişçiyə münasibətdə maliyyə sanksiyasının tətbiqinə əsas yaradır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İaşə, xidmət

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması yeni qaydada həyata keçiriləcək

posted in: Xəbər | 0

Bu il yanvarın 1-dən Azərbaycanda “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası qüvvəyə minib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş yeni qaydaya əsasən, aqrar subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə veriləcək.

Kənd təsərrüfatı sahəsinə dəstək tədbirləri ilə bağlı yeni mexanizm bu sahədə hesabatlılığın, şəffaflığın artmasına, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsinə, fermerlər üçün müraciətlərin sadələşdirilməsinə, elektronlaşdırılaraq asanlaşdırılması və əlçatan olmasına xidmət edir.

Qeyd edək ki, yeni mexanizmin tətbiqi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi bütün hazırlıq tədbirlərini başa çatdırıb. Elektron hökumət portalı www.mygov.az içərisində www.eagro.az portalı formalaşdırılıb və portalda 449 259 fermer qeydiyyatdan keçib. Əkinçiliklə məşğul olan fermerlərin torpaq sənədləri və payızlıq əkinləri barədə məlumat Kənd Təsərrüfatı Nazirliyinin intensiv təlimlər keçmiş əməkdaşlarının dəstəyi ilə sistemə daxil edilib. Hazırda bu məlumatların monitorinqi aparılır. Monitorinqlər yekunlaşdıqdan sonra mərhələli olaraq subsidiyalar fermerlərin kartlarına köçürüləcək.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
error: Content is protected !!