Rusiyada kiçik biznes üçün vergi bəyannaməsi ləğv edilir
Rusiyada kiçik biznes üçün vergi bəyannaməsi ləğv edilir
Rusiya Federasiyasının hökuməti sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarlar üçün vergi bəyannaməsinin ləğv edilməsi ilə bağlı qanun layihəsinə baxır. Baş nazir Dmitri Medvedyev hökumətin iclasında Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat verib. “Sadələşdirilmiş vergi sistemi ilə çalışan və vergini gəlir obyektindən ödəyən sahibkarların vergi bəyannaməsi təqdim etməsi ləğv olunur”, – D.Medvedyev bildirib.
Hökumət başçısının sözlərinə görə, “vergi əməkdaşlarının xüsusi kassalarda qeydə alınmış məlumatlar əsasında ödənilməsini lazım bildrikləri məbləği göstərdikləri halda, vergi ödəyicisinin öz şəxsi kabinetindən elektron formada məlumat verməsi kifayət edəcək”.
Qeyd edilib ki, bu qərar milli layihələr çərçivəsində hazırlanıb və kiçik biznesə yardım məqsədi daşıyır.
Mənbə: vergiler.az

2019-cu ildə həyata keçirilən islahatların nəticəsində ölkədə əmək müqavilələrinin sayı da 161 min müqavilə artıb. Onların böyük hissəsi – 96 mini özəl, 65 mini isə dövlət sektorunda qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Mühasibat uçotu – bu biznesin vicdanıdır.
“Differensial Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır”.