Read More9
Read More9

Qeyri-rezidentlərə göstərilən xidmətlərə ƏDV-nin hesablanması

posted in: Vergi, Xəbər | 0

Əvəzləşdirilməyən ƏDV EDVQeyri-rezidentlərə göstərilən xidmətlərə ƏDV hesablanması


Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracına görə ƏDV sıfır faiz (0) dərəcəsi ilə tutulur. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyiciləri tərəfindən malların, xidmətlərin ixracına görə həm də ƏDV-nin hansı qaydada hesablandığını və işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi yeri müəyyənləşdirməkdir. Vergi Məcəlləsinin 165.1-ci maddəsinə əsasən, malların ixracı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur. Azərbaycan Respublikasının rezidenti olan ƏDV ödəycisinin respublikamızın hüdudlarından kənarda göstərdiyi xidmətlər, işlər ƏDV-nin vergitutma obyekti deyil.

Vergi Məcəlləsinin müddəalarına əsasən, Azərbaycan Respublikasında göstərilən bəzi xidmətlər də ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur. Burada əsas məsələ həmin xidmətlərin qeyri-rezident şəxslərə göstərilməsidir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində olan xidmətləri rezident ƏDV ödəyicisi Azərbaycan Respublikasında qeyri-rezidentə göstərən zaman həmin əməliyyatlar ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur. Ona görə ki, 168.1.5-ci maddədə olan xidmətlərin göstərildiyi yer kimi xidmətləri göstərən şəxsin yox, xidmətləri alan şəxsin qeydiyyatda olduğu yer qəbul olunur. Ona görə də vergi ödəyiciləri bu məsələlərdə çox diqqətli olmalıdırlar. Bəzi hallar var ki, qeyri-rezident 168.1.5-ci maddədə nəzərdə tutulan xidmətləri rezident üçün xaricdə təqdim edir. Amma işlərin təqdim olunma yeri Azərbaycan Respublikası sayılır. Həmin maddədə qeyd edilən xidmətlərin təqdim olunması yeri alıcının yeri sayılır. Ona görə də bu xidmətlər faktiki olaraq xaricdə göstərilsə də, ƏDV-yə cəlb olunacaq.

Misal 1. ƏDV ödəyicisi olan rezident “A” şirkəti, İtaliyada qeydiyyata alınmış və Azərbaycanda daimi nümayəndəliyi olmayan “B” qeyri-rezident şirkətinə Bakı şəhərində hüquq xidmət göstərmişdir. Müqavilə üzrə göstərilmiş xidmətin dəyəri 30.000 manatdır (ƏDV-siz). Bu firmanın hesablamalı olduğu ƏDV-ni müəyyən edək.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində sadalanan işlərin və ya xidmətlərin (o cümlədən hüquq xidmətinin) ƏDV məqsədləri üçün göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer sayıldığına görə bizim misalda da xidmətin alıcısı “B” qeyri-rezident şirkəti İtaliyada qeydiyyatda olduğu üçün xidmətin Bakı şəhərində göstərilməsinə baxmayaraq, ƏDV məqsədləri üçün xidmət “ixrac” olunmuş hesab olunur, yəni İtaliyada göstərilmiş sayılır. Bunun üçün də bu xidmət ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunacaqdır.

Bu halda ƏDV ödəyicisi olan rezident “A” şirkəti tərəfindən “B” qeyri-rezident şirkətinə vergi hesab-fakturası təqdim olunarkən hesablanmış ƏDV məbləği 0 manat ( 30.000 x 0% = 0 manat ) olacaqdır.

Misal 2. Müəssisə ƏDV ödəyicisidir və Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda 2.000 manatlıq məsləhət xidməti, İngiltərə şirkətinə (qeyri-rezidentə) isə 3.000 avroluq hüquq xidməti göstərilib. Bu əməliyyatlar ƏDV-yə necə cəlb olunacaq?

Bu misalda xidmətlərin Bakıda göstərilməsinə baxmayaraq, xidmətlərin alıcısının yerləşdiyi yer Fransa və İngiltərədir. Ona görə də əməliyyatlar xidmətin ixracı kimi nəzərə alınacaqdır. Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda göstərilən 2.000 manatlıq məsləhət xidməti və İngiltərə şirkətinə (qeyri-rezidentə) göstərilən 3.000 avroluq hüquq xidməti sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar hesab olunacaqdır.

Misal 3. Naxçıvan şəhərində qeydiyyatda olan rezident şirkət Türkiyədə çap olunan jurnalda öz reklamını yerləşdirmişdir. Bu halda xidmətin alıcısı Naxçıvan şəhərində qeydiyyatda olduğu üçün Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən, vergitutma məqsədləri üçün xidmətin Azərbaycan Respublikasının ərazisində göstərildiyi qəbul olunur və Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən, qeyri-rezidentə ödənilməli olan məbləğə (ƏDV nəzərə alınmadan) rezident şirkət tərəfindən ƏDV hesablanmalıdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV hesablanması, ƏDV hesablanması, 

Sərbəst mühasiblər dövriyyədən yoxsa xalis gəlirdən sosial sığorta ödəməlidir?

posted in: Xəbər | 0

təcrübəçi, Kredit inzibatçılığı, maliyyə hesabatlığı üzrə mütəxəssis, büdcə, vakansiya, maliyyə, təlim, Əmtəə-material vakansiya material mühasibiSual: Fərdi sahibkar olaraq mühasibat xidmətləri göstərmək istəyirəm. Sosial Sığorta haqqında qanunun 14.5.5. maddəsində qeyd olunmuşdur ki, vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqı ödəməlidirlər. Mənin aylıq ümumi dövriyyəm 1 000 manat təşkil edir. Gəlirlə bağlı xərclərim 800 manat təşkil edir ( xərclərə həmçinin muzdla işləyən işçilər daxildir və 25% DSMF-na ayırmalar ediləcək). Belə olan halda mən DSMF-na nə qədər sosial sığorta haqqı ödəməliyəm? (1000*20%=200 manat , yoxsa 1000-800=200*20%=40 manat). Xahiş olunur sualı izahlı şəkildə cavablandırasınız. (sərbəst mühasib)

Cavab: Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsinə əsasən, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqına cəlb olunurlar. Bu zaman hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan gəlir Vəkillər Kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri hesab olunur və 20 faiz dərəcə həmin fərqə tətbiq edilir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sərbəst mühasib, sosial sığorta

Azərbaycanda gələn ildən bu şəxslər üçün vergilər yeni qaydada hesablanacaq

posted in: Vergi, Xəbər | 0

vakansiya mühasib,Əmək haqqı hesablanması üzrə mütəxəssisGələn ilin yanvarın 1-dən Azərbaycanda qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılır. (vergilər)

Bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, fiziki şəxslər tərəfindən vergidən azad edilməklə, təqdim edilən yaşayış sahəsində ən azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endiriləcək. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad olunacaq.

Başqa sözlə, artıq 3 il ərzində sahibi olduqları mənzildə qeydiyyatda olanlar mənzili satan zaman hər hansı vergi ödəməyəcək. 3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.

Məsələn, Bakıda birinci zonada yaşayanlar 3 ildən az qeydiyyatda olduqları evlərini satarkən evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək. Evlərinin qalan sahəsinin hər kvadratmetri üçün isə sadələşdirilmiş vergi 4 əmsalla hesablanacaq. Yəni hər kvadratmetr üçün 60 manat vergi ödəyəcəklər. Bu halda Bakıda 12-ci zonada yaşayanlar isə hər kvadratmetr üçün 1,2 əmsalla 18 manat ödəyəcəklər. Ev satışına görə sadələşdirilmiş verginin ödənilməsinə nəzarət notariuslarda təmin edilir.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər

Gələn ildən bu məhsulların satışı 4 il müddətində ƏDV-dən azad edilir

posted in: Vergi, Xəbər | 0

ƏDV Vergitutma obyekti EDVGələn il yanvarın 1-dən Azərbaycanda heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Resrublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində əlavə dəyər vergisindən azaddır.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
error: Content is protected !!