Read More9
Read More9

Mülki məcəllədə dəyişiklik edilib

posted in: Xəbər | 0

Mülki Məcəllə dəyişikliklər Mülki MəcəllədəAzərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (mülki məcəllə)

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3,

maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3,

maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 8, maddə 1369; Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1640-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 35-ci maddə üzrə:

1.1.1. 35.4-cü maddədə “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə” sözləri “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;

1.1.2. 35.7-ci maddədə “olanların” sözləri “olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların” sözləri ilə əvəz edilsin.”;

1.2. 38.2-ci maddədə “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisəsinə” sözləri “sosial xidmət müəssisələrinə” sözləri ilə əvəz edilsin;

1.3. 1103-cü maddə üzrə:

1.3.1. 1103.2-ci maddədə “tərbiyə, müalicə müəssisəsində” sözləri “sosial xidmət müəssisəsində” sözləri ilə əvəz edilsin;

1.3.2. 1103.3-cü maddədə “təhsil, tərbiyə, müalicə müəssisəsinin” sözləri “sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

1.3.3. 1103.4-cü maddədə “təhsil, tərbiyə, müalicə müəssisələrinin” sözləri “sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

1.4. 1104.3-cü maddədə “tərbiyə, müalicə müəssisəsində” sözləri “ sosial xidmət müəssisəsində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mülki məcəllə, mülki məcəllə

İdxalçılara tətbiq olunan cərimələr hansı formada xərclərə daxil edilir?

posted in: Xəbər | 0

ezamiyye xercleri, ezamiyyə xərcləri,, vakansiya mühasib Əsas vəsaitlər amortizasiya esas vesaitlerMaliyyə Bazarlarına Nəzarət Palatası xaricə ödənilən vəsaitlərin müqabilində alınan malların gecikməsini aşkarladıqda, qanunvericiliyə əsasən, onlara qarşı cərimələr tətbiq edir. Bu səbəbdən, iş adamlarında həmin cərimə məbləğlərinin hesablanması ilə bağlı belə bir sual yaranır: müəssisə istehsal ehtiyacları üçün ölkə xaricindən aldığı malların yüklənməsi, daşınması və rəsmiləşdirməsi zamanı (gecikməyə, yanıcıya və gözləməyə görə) yaranan cərimələri anbara mədaxil olunacaq həmin malların maya dəyərinə aid edə bilərmi, yoxsa həmin xərclər ayrıca inzibati xərc kimi tanınmalıdır? (idxalçı)

Mövzu ilə bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq, idxal edilən malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, 10-cu fəsilə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmayıb.

Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən ödənilən cərimələr malın maya dəyərinə daxil olunmadan birbaşa gəlirdən çıxılan xərclərə aid edilir. Vergi Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir.

Bəzi malların Azərbaycana idxalı gömrük rüsumlarından azad edilib

posted in: Xəbər | 0

idxal gömrük rüsumuAzərbaycana idxal edilən jüt liflərindən və ya başlıqdakı digər toxuculuq liflərindən ip (tək iplik) 2 il müddətinə gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərar gələn il yanvarın 19-da qüvvəyə minir. gömrük rüsumu

Qeyd edək ki, jüt lifləri dünyada təbii liflər içərisində ən ucuz başa gələn lifdir, qızılı və ipəkvarı parlaqlığa sahibdir, əsasən çuval, örtük qumaşları, ip və sicim hazırlanmasında, inşaat, avtomobil və dərman sektorunda istifadə edilir. Ancaq səviyyədə yüksək nəmlənməsi və bu zaman çürüməyə başlaması səbəbindən hələ geyimlərin hazırlanmasında istifadə olunmur. Dünyada bu liflərdən geyim hazırlanmasında istifadə edilməsi üçün araşdırmalar aparılmaqdadır. Buna görə də dünyada pambıqdan sonra toxuculuq sahəsində ən çox istifadə edilən ikinci bitkidir. Jüt bitkisi əsasən, Hindistan və Pakistanda becərilir.

Jüt lifləri çürüyərək torpağa qarışdığı və bu zaman ətraf mühitə ziyan vermədiyi üçün ekoloji mühitin qorunmasında səmərəli vasitələrdən biri sayılır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
idxal gömrük rüsumu

Vergi azadolmaları və güzəştləri hansı torpaqlara aiddir?

posted in: Vergi, Xəbər | 0

Kənd təsərrüfatıVergi Məcəlləsinin 207-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Mərkəzi Bankın və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən torpaqlar istisna olmaqla), habelə Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar vergidən azad edilmiş torpaqların siyahısına daxildir. (Vergi azadolmaları, vergi güzəştləri)

Bundan əlavə, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar, dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar da vergidən azad edilib. Xüsusi imtiyazı olan bir çox vətəndaşlara isə torpaq vergisi ilə bağlı güzəştlər nəzərdə tutulub. Vergi Məcəlləsinin 102.2-ci maddəsində belə şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

Torpaq vergisi üzrə güzəştlərdən sahibkarlar da yararlana bilir. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun sənaye, yaxud texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlar da bu vergidən azad edilib.

Bunlarla yanaşı, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır. Siyahıda KOB klaster şirkətləri də var: həmin şirkətlər KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad ediliblər.



Onu da deyək ki, bəzi maliyyə qurumları da bu ildən torpaq vergisinə cəlb edilmir. Vergi Məcəlləsinin 207.7-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi və onun mülkiyyətində (balansında) olan torpağa görə 2019-cu il yanvarın 1-dən torpaq vergisini ödəməkdən azaddır.

error: Content is protected !!