Read More9
Read More9

2019-cu ildə kommersiya qurumlarının sayı 14 faizdən çox artıb

posted in: Xəbər | 0

MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,2020-ci il 1 yanvar tarixinə Azərbaycanda uçotda olan vergi ödəyicilərinin ümumi sayı 1 milyon 056 min 934 olub. Onlardan 916 min 091-i və ya 86,7 faizini fiziki şəxslər, 140 min 843-ü və ya 13,3 faizi isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib. (kommersiya qurumları)

2019-cu il ərzində vergi ödəyicilərinin ümumi sayı 86 min 594 vahid (108,9 faiz) artıb. Bunun 70 min 895 vahidi fiziki şəxslərin, 15 min 699 vahidi isə hüquqi şəxslərin sayının artması hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (98,8 faiz) kommersiya qurumları hesabına mümkün olub. İl ərzində kommersiya qurumlarının sayı 15 min 514 vahid və ya 14,1 faiz artaraq 2020-ci ilin əvvəlinə 125 min 407 vahid təşkil edib. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 436 vahid olub. Burada da 2019-cu il yanvarın 1-i ilə müqayisədə 185 vahid (1,2 faiz) artım müşahidə edilib.

2019-cu ildə 15 min 888 kommersiya qurumu dövlət qeydiyyatından keçib. 10 min 758-i isə fəaliyyətini bərpa edib. Fəaliyyəti dayandıran kommersiya qurumlarının sayı isə 16 min 162 vahid olub. 470 qurumun isə qeydiyyatı ləğv edilib. Müqayisədə ötən il ərzində qeydiyyata alınan və fəaliyyətini bərpa edən kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 10 014 vahid çox olub.

2020-ci ilin əvvəlinə qeydiyyatda olan kommersiya qurumlarının 31,2 faizi xidmət, 28,1 faizi ticarət, 10,9 faizi tikinti, 7,4 faizi sənaye, 6,5 faizi kənd təsərrüfatı, 3,2 faizi rabitə, 2,2 faizi nəqliyyat, 0,9 faizi maliyyə sektorunda fəaliyyət göstərirlər.

İl ərzində fəaliyyəti aktiv olan hüquqi şəxslərin 84,8 faizi kommersiya qurumları olub. Ümumiyyətlə, 125 min 407 kommersiya qurumundan 69 min 188-nin və ya ümumi kommersiya qurumlarının 55,2 faizinin vəziyyəti aktiv olub. Aktiv kommersiya qurumlarının sayı 12 min 959 vahid və ya 23 faiz, xüsusi çəkisi isə 4 faiz artıb.
Qeyd edək ki, kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2019-cu il ərzində 32,2 faiz artaraq 20 min 120 vahid təşkil edib. Onların xüsusi çəkisi isə 2 faiz çox olub. Ümumiyyətlə, 2018-ci illə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 23,4 faiz artaraq 33 min 922 vahid təşkil edib.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kommersiya qurumları

Əmək məcəlləsinə dəyişiklik edildi

posted in: Xəbər | 0

Əmək məcəlləsi, Vergi Məcəlləsi, təqvim haqları, İcbari tibbi sığorta, Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi Maliyye, agentlik,Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (əmək məcəlləsi)

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380) 9-cu maddəsinin “o” bəndində “məlumatlarını” sözündən sonra “, habelə iş yerindən elektron qaydada arayışı” sözləri əlavə edilsin.

Maddə 2. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381) 31.1-ci maddəsində “əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə” sözləri “elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək məcəlləsi, əmək məcəlləsi

Vergi bəyannamələrinin yeni formaları təsdiqləndi

posted in: Vergi, Xəbər | 1

təyinat, Əlavə vergi nəzarəti, EDV, vergi ödəyicisi, Vergilər, işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıVergilər Nazirliyi mənfəət vergisi, gəlir vergisi, sadələşdirilmiş vergi, aksiz vergisi, əlavə dəyər vergisinin bəyannnamə formaları və onların hazırlanması qaydalarını təsdiq edib. Sənədə əsasən, qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi, dövlət rüsumunun tutulması haqqında hesabatın, ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin forması və onların doldurulması, eləcə də daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin tərtib edilməsi, yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamənin tərtib edilməsi qaydaları təsdiqlənib. Həmin sənədlərə əlavələr qəbul olunub. Bununla 2005-2019-cu illərdə təsdiq edilən eyniadlı sənədlər ləğv edilib. (Vergi bəyannamələri)

Qaydalar 1 yanvar 2020-ci ildən qüvvəyə minib.

Yeni qaydalar və bəyannamə formaları ilə tanış olmaq üçün keçidə daxil olun.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi bəyannamələri

Vergi məcəlləsində olan dəyişikliklərdən sonra ƏDV üzrə öhdəliklərin mühasibat uçotunda əks etdirilməsi

posted in: Vergi, Xəbər | 0

sosial ödəniş,vergi,qeyri-rezident, qeyri-rezidentlərin vergi öhdəlikləri, minik avtomobilləri, yol vergisi, Mənfəət vergisi, vergi yoxlamaları, Mənfəət vergisinin hesablanması,ƏDV-nin hesablanması vaxtı dəqiqləşəcək. (EDV)

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra əlavə dəyər vergisi (ƏDV) üzrə öhdəliklərin mühasibat uçotunda əks etdirilməsində yeniliklər gözlənilir. İndiyədək sahibkarlar müştərilərin ödəmə etmədiyi hallarda və ya nə zaman ödəmə etməyindən asılı olmayaraq həmin vergiləri öz büdcələrindən ödəməli olurdular. Mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov Vergi Məcəlləsində edilən dəyişikliklərlə bu uyğunsuzluğun aradan qaldırıldığını vurğulayıb. 1 yanvar 2020-ci ildən mal və xidmətlərin təqdim edilməsi zamanı ƏDV üzrə öhdəlik müştəri hesabından sahibkara ödəmə daxil olduqda yaranacaq.

Son dəyişikliklərə qədər tətbiq olunan ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi eyni zamanda mühasiblər üçün də mürəkkəb idi və aşağıdakı problemləri yaradırdı ki, bunlar da hamısı əlavə vaxt itkisi idi:

1. ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi mexanizminin çətinliyi.
2. ƏDV-nin mühasibat uçotunda Əks etdirilməsinin mürəkkəb mexanizmi (30 gün məsələsi)
3. Ödəmənin fərqli vaxtlarda olduğu şirkətlərdə hər ay kameral uyğunsuzluq məktubunun gəlməsi
4. Əgər Əvvəlki ayın sonuncu günlərində verilmiş VHF üzrə ödəmələr ayin 20-si və 30-u aralığında daxil olardısa dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin verilməsi”.

Məcəlləyə edilən dəyişikliklərdən sonra ƏDV öhdəliyi yalnız qarşı tərəfdən hesaba pul daxil olduqdan sonra yaranacaq. Bu o deməkdir ki, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:

– nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;
– maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və s. kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt

Bunun muhasibat uçotunda necə nəzərə alınmasına gəldikdə ötən il qüvvədə olan Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə və 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda sayılırdı. Lakin bu müddət az olduğundan buna çox fikir verilmirdi və mal və xidmətlərin satışı zamanı əksər hallarda birbaşa ƏDV öhdəliyi yaradılırdı. Vergi Məcəlləsinə edilən son dəyişiklərə əsasən, vergi tutulan əməliyytın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Ödəmədən sonra yaranacaq ƏDV öhdəlikləri barədə məlumatın əldə edilməsini istəyən şəxslərin, xususilə köhnə hesablar planından istifadə edənlərin yeni bir hesabdan istifadə etməsini tövsiyə edirik. Bu hesabı asan başa düşülməsi üçün gələcək dövrün ƏDV öhdəliyi də adlandıra bilərik.

Misal. 10.01.2020-ci il tarixində ƏDV ödəyicisi 10.000 manat dəyərində xidmət təqdim edib. Alıcı isə ödənişi 01.03.2020-ci il tarixində edəcək. O zaman əməliyyatları, o cümlədən ƏDV öhdəliyini uçotda aşağıdakı kimi göstərməliyik:

Tarix Əməliyyatın adı Debet Kredit
10.01.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 10 000
10.01.2020 Satış 10 000
10.01.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 1800
10.01.2020 Gələcək dövrün ƏDV öhdəliyi 1800
10.03.2020 Bank hesabı 10 000
10.03.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 10 000
10.03.2020 ƏDV depozit hesabı 1800
10.03.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 1800
10.03.2020 Gələcək dövrün ƏDV öhdəliyi 1800
10.03.2020 Vergi öhdəlikləri (ƏDV borcu) 1800
Müəllif: Ramin Ramazanov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV-nin hesablanması vaxtı, ƏDV-nin hesablanması vaxtı, EDV, EDV
error: Content is protected !!