Mühasibat uçotunun prinsipləri (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

İqtisadçı - Baş Mühasib vakansiyaMühasibat uçotu bu elmin ortaya çıxmasından çox-çox əvvəl açıq olan ciddi elmi prinsiplərə əsaslanır. Prinsiplərsiz heç bir mühasibat uçotu yarana bilməzdi: yalnız onların zamanında təşəkkül tapması, investorlara mühasibat hesabatını obyektiv materialist mövqelərdən təhlil etməyə imkan verdi.

Müxtəlif ölkələrin alimləri müxtəlif prinsiplər sayırlar, lakin, əslində mühasibat uçotu prinsiplərinə bunlar aiddirlər:

1) qeyri-unutqanlıq;

2) ehtiyatlılıq;

3) anlaşıqlıq;

4) düzgünlük;

5) ilkin sənədlərin mühafizə olunduğu yerə vergi müfəttişliyinin buraxılması.

İlk 3 prinsip barədə yazının əvvəlki hissəsində məlumat vermişdik. 

Praktikada anlaşıqlıq prinsipini mühasibə bütün həyatındakı gözlənilməz dəyişikliklər zamanı fövqalədə dərəcədə  ehtikarlı olması anlamına da gəlir. Bu prinsipdən xüsusilə də mühasibat hesabatlarını təhvil verərkən, vergi müfəttişləri ilə söhbətlər zamanı daha tez-tez istifadə olunur.

4.Düzgünlük

Bu olduqca özünəməxsus bir prinsipdir, hansı ki, bu şəkildə səslənir: birbaşa oxumaq zəruridir. Həqiqətən də, əgər birbaşa oxumadıqda, nəinki müqavilənin mətnini və hətta mühasibat provodkasının özünü belə başa düşmək olmur. Yalnız düzgün istiqamətdə oxunuş mühasibə əsas sənədlərin və rəhbərlik tərəfindən verilən yazılı şəkildə əmrlərin mənasını dərk etməyə və mühasibat uçotunu həyata keçirməyə  imkan verir.

Prinsipin iki nəticəsi olur:

  • düzgün oxumadıqda, düzgün oxunuş mövcud olmur;
  • düzgün oxunuş mövcud olmadıqda, bu o deməkdir ki, ən azından mühasibat uçounun bir prinsipinə əməl olunmur.

Maraqlıdır ki, bu prinsipi hər bir milli mühasibatlıq özünəməxsus anlayır. Əslində də belədir, ruslar soldan sağa, hasidlər sağdan sola, yaponlar isə yuxarıdan aşağıya doğru yazırlar. Bəs onlardan hansı haqlıdır? Mühasibat uçotunun nəzəriyyəsi əminliklə bu suala cavab verir: hamı haqlıdır. Rus mühasiblər üçün düzgün oxunuş gözlərin soldan sağa hərəkəti ilə, hasidlər üçün sağdan sola, yaponlar üçün isə yuxarıdan aşağıya hərəkəti ilə baş verir. Əgər rus yapon metodu ilə oxusa, onda heç nə alınan deyil, Eləcə də hasidlər üçün də eyni şey alınacaq. Beləliklə, sözügedən prinsip beynəlmiləldir, eyni dərəcədə özünə xasdır.

Düzgün oxunuş yalnız gözlərin hərəkətinə aiddir, amma, dilə bir aidiyyatı yoxdur – onun məhdudluğu məhz, bu hərəkətindədir. Həqiqətən də, oxunuş zamanı göz bəbəkləri simvolların üzəri ilə ardıcıllıqla sürüşməlidir, amma, bildiyiniz kimi dil istədiyi kimi hərəkət edə bilər. Çox vaxt göz bəbəkləri soldan sağa doğru hərəkət edir, dil isə – aşağıdan yuxarıya doğru. Uçotun hələ də anlaşılmaz qalan paradokslarından biri də elə budur.

5. İlkin sənədlərin mühafizə olunduğu yerə vergi müfəttişliyinin buraxılması

Bir tərəfdən vergi müfəttişliyinin, digər tərəfdən isə ilkin sənədlərin mövcudluğu, birincinin ikinciyə buraxılması prinsipini formalaşdırmağı zəruri edir.

Vergi müfəttişliyinin nümayəndələrini ilkin sənədlərin saxlandığı yerlərə buraxmaq son dərəcə vacibdir, çünki yalnız vergi müfəttişliyi harada və hansı məbləğdə səhv etdiyinizi müəyyənləşdirə bilər. Mühasibat uçotu üzrə bu intellektualların istehsal etdikləri mülahizələr həmişə o qədər qeyri-adi və gözlənilməzdir ki, siz özünüz heç nə başa düşməzsiniz.

Sətiraltı vergi müfəttişliyinin ilkin sənədlərin saxlandığı yerlərə buraxılma prinsipi “özəl biznesin işinə dövlət müdaxiləsinin mümkünsüzlüyü” kimi tərcümə olunur.

Mühasibat uçotu sahəsində digər nüfuzlu şəxslərin istinad etdiyi prinsiplər kimi, uzaqgörənlik (mühasib nəticədə nə baş verəcəyini qabaqcadan bilməlidir) və qeyri-şəffaflığı (hesabat açıq yalana yol vermir) qeyd etmək olar.

Mühasibat uçotunun əsas prinsipləri bunlardır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
mühasibat uçotu

Auditorlar palatasında seminar-təlim keçirilib

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorAzərbaycan Respublikasının Auditorlar Palatasının, Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank Sertifikat Xidmətləri Mərkəzi”nin və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 20 dekabr tarixində Seminar-Təlim keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 5.5-ci “PL/TM-ə qarşı mübarizə üzrə tələblərə riayət olunması mexanizminin təkmilləşdirilməsi – Monitorinq subyektlərinin PL/TM-ə qarşı mübarizə üzrə məsul şəxsinin eyniləşdirilmə, hesab və əməliyyatlar üzrə məlumatlara çıxışının təmin edilməsinə metodiki dəstəyin təmin edilməsi” və 8.4-cü “Monitorinq rejimi üzrə əməliyyatların əhatə dairəsinin genişləndirilməsi və mərkəzləşdirilməsi üçün tədbirlər görülməsi –

Monitorinq subyektlərinin Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasına qoşulmasının təşviq edilməsi” bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatasının, Azərbaycan Respublikası  Mərkəzi Bankının “Bank Sertifikat Xidmətləri Mərkəzi”nin və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 20 dekabr tarixində monitorinqin digər iştirakçıları olan sərbəst auditorlar və auditor təşkilatları tərəfindən şübhəli əməliyyatlar barədə məlumatların Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları barədə Seminar-Təlim keçirilmişdir. 

Seminar-Təlimi giriş sözü ilə Auditorlar Palatası Şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Maarif Abbasov açmış və müzakirə olunan məsələyə dair seminar iştirakçılarına qısa məlumat vermişdir.

Azərbaycan Respublikası  Mərkəzi Bankının “Bank Sertifikat Xidmətləri Mərkəzi”nin Elektron imza üzrə sertifikasiya şöbəsinin rəisi Məmmədyar Novruzov, Şöbənin aparıcı mütəxəssisi Ziyadə Muradlı, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Məlumatların emalı şöbəsinin rəisi Samir Məmmədov və Hüquq departamentinin direktoru Azər Abbasov geniş təqdimatla çıxış edərək Palata üzvlərini məlumatlandırmış və iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.

Mənbə: audit.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
seminar-təlim,

Daha 4 sosial təminat növü üzrə e-təyinat sistemi və 4 növ e-arayış xidməti təqdim edildi

posted in: Xəbər | 0

İşəgötürən , iş vaxtının növləri, Peşə standartları, işəgötürənlər, cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqNazirlik daha 4 sosial təminat növü üzrə e-təyinat sistemini və 4 növ e-arayış xidmətini təqdim etdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-təyinat sistemlərinin sayı 14-ə, e-arayış xidmətlərinin sayı 12-yə çatdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 sosial təminat növünün – bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) buna görə aylıq müavinətin, habelə  müharibə  və  20 Yanvar əlillərinin, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinətin təyinatını da elektronlaşdırdı. Həmçinin nazirlik 4 növ e-arayış xidmətini – mənzillə təminat, ünvanlı dövlət sosial yardımının təyinatı, ödənişi,  habelə fərdi şəxsi hesablar barədə arayışların alınması üzrə e-xidmətləri istifadəyə verdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində yeni e-təyinat sistemləri və e-arayış xidmətləri ilə bağlı təqdimat tədbirində nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov  əmək, məşğulluq, sosial təminat sahələri  üzrə idarəçiliyin və xidmətlərin elektron texnologiyalar üzərində qurulmasının aparılan islahatların əsas istiqamətlərindən olduğunu vurğulayıb. O bildirib ki, 2019-cu ilin  əvvəlindən ölkəmizdə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizmi işə salınıb. Həmçinin bu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin e-təyinatı infrastukturunun da qurulması işlərinə başlanıb.

B.Hüseynov qeyd edib ki, hazırda daha 4 sosial təminat növünün  də e-təyinatı sistemləri təqdim edilir və bununla  2019-cu ildə sosial təminat növləri üzrə istifadəyə verilən e-təyinat sistemlərinin sayı 14-ə çatır. Onların sırasına yaşa və əlilliyə görə pensiyanın, uşağın doğulmasına görə birdəfəlik müavinətin, əlilliyə görə, sağlamlıq imkanları məhdud uşağa, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə, müharibə və 20 Yanvar əlillərinin, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinətin, müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyi olan şəxslərə Prezidentin təqaüdünün və s. təminat növlərinin e-təyinat sistemləri daxildir.

Qeyd edilib ki, müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri illik təqribən 180 minədək təyinatın  vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan elektron şəkildə həyata keçirilməsi deməkdir. Eyni zamanda, daha 4 e-arayış xidməti bu gün təqdim edilir ki, bununla da nazirliyin e-arayış xidmətlərinin sayı artıq 12-yə çatır.

Tədbirdə nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni e-təyinat sistemləri barədə məlumat verib. Bildirilib ki,  qeyd edilən müavinətlərin təyinatı vətəndaşların həmin sosial ödənişlərin təyin edilməsi üçün hansısa quruma müraciət etməsinə ehtiyac qalmadan elektron qaydada aparılacaq.  Misal üçün, aztəminatlı ailəyə ünvanlı sosial yardımı elektron  qaydada təyin edildikdə, sistemə daxil edilmiş müvafiq məlumat əsasında həmin ailədəki 1 yaşa qədər olan uşağa da aylıq müavinət avtomatik təyin ediləcək.

K.Əkpərov həmçinin mənzillə təminat, ünvanlı dövlət sosial yardımının təyinatı, ödənişi,  fərdi şəxsi hesablar barədə arayışın alınması üzrə e-xidmətlərdən istifadə prosedurlarını diqqətə çatdırıb. Qeyd edib ki, vətəndaş portala daxil olur və orada formalaşan şəxsi kabinetində “E-arayış” altbölməsini və bu bölmədə arayışın növünü seçir. Bu zaman arayış avtomatik olaraq formalaşır. Bundan sonra vətəndaş arayışı çap edərək müvafiq quruma təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Vətəndaşa arayışın etibarlılıq müddətini də özü müəyyən etmək imkanı verilir.

Beləliklə də, qeyd edildiyi kimi, artıq nazirliyin 12 e-arayış xidməti fəaliyyət göstərir. Onların sırasına iş yerinə və əlilliyə dair, müavinət və təqaüdlə, pensiya, maddi yardım və birdəfəlik ödəmə ilə, dövlət tərəfindən mənzillə və avtomobillə təmin edilmə barədə, həmçinin ünvanlı dövlət sosial yardımının təyinatı və bu yardımın ödənişi, fərdi şəxsi hesab barədə e-arayış xidmətləri daxildir.

Mənbə: sosial.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sosial təminat növü, sosial təminat növü, e-təyinat,

Böyük ticarət mərkəzlərində icarəyə yer götürmüş şəxslərin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin açıqlamasına əsasən, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməsinin təsbit olunduğunu nəzərə alaraq, sorğuda qeyd edilən fəaliyyət növü üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir. (vergi öhdəlikləri)

Bununla yanaşı, icarəyə götürülən obyekt üzrə icarədar hüquqi şəxs olduqda ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur. İcarədar fiziki şəxs olduqda isə ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulmalı, tutulmuş vergi hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim edilməlidir.

Bundan başqa, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlak olduqda icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq edilməli hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) barədə daha ətraflı məlumat almaq üçün nazirliyin saytının “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola bilərsiniz.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi öhdəlikləri,