“Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

əmək pensiyası, qanun,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (emek pensiyalari)

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7,

maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382; Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1685-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.”;

1.2. Aşağıdakı məzmunda 14.4-cü maddə əlavə edilsin:

“14.4. Bu Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir.”.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək pensiyaları, emek pensiyalari

2020-ci il üçün ehtiyac meyarı təsdiqlənib

posted in: Xəbər | 0

Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarı-nın həddi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
2020-ci il üçün ehtiyac meyarı,

Azərbaycanda başqasının adına mal idxal etmək mümkün olmayacaq

posted in: Xəbər | 0

dövlət büdcəsi, büdcə daxilolmaları, konsepsiya layihəsi, gömrük daxilolmaları, Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükDövlət Gömrük Komitəsinin (DGK) Kollegiyası “Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları”nı təsdiq edib. (mal)

Bu Qaydalar dekabrın 14-dən qüvvəyə minib.

Qaydalara əsasən, faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər risk meyarlarına əsasən müəyyən edilən, malların faktiki idxalatçısı və ya ixracatçısı digər şəxslər olduğu halda, idxal və ya ixrac əməliyyatlarını öz adından həyata keçirən şəxslər, risk meyarları faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin müəyyən edilməsi üçün bu Qaydalarda nəzərdə tutulan riskli hesab olunan halların məcmusudur.

Risk meyarları müəyyən olunarkən qanunvericiliklə müəyyən edilən tələblər nəzərə alınır. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi aşağıdakı mərhələlərlə həyata keçirilir:

 – məlumatların toplanması;

 – məlumatların emalı (təhlili);

 – məlumatların ötürülməsi.

Məlumatların toplanması mərhələsi İqtisadiyyat Nazirliyi və DGK tərəfindən idxal və ixrac əməliyyatları aparan xarici ticarət iştirakçılarının fəaliyyəti barədə məlumatların İqtisadiyyat Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və DGK-nin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə əldə olunmasından ibarətdir. Bu mərhələdə İqtisadiyyat Nazirliyi və DGK-də tətbiq edilən avtomatlaşdırılmış proqram təminatı vasitəsilə mövcud məlumat mənbələrindən alınmış məlumatlar, o cümlədən vergi, gömrük bəyannamələrində təqdim olunmuş məlumatlar təhlil edilir. Məlumatların emalı mərhələsində toplanmış məlumatlar bu Qaydalarda göstərilən risk meyarları əsasında təhlil edilir. Məlumatların ötürülməsi mərhələsində toplanmış məlumatların təhlili nəticəsində bu Qaydalarda göstərilən risk meyarlarına aid olan şəxslər faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər kimi müəyyən edilərək, həmin şəxslər barədə məlumatlar Nazirlik və Komitənin elektron informasiya sistemləri arasında mübadilə edilir. Məlumat mübadiləsi zamanı kənar idxalçının müəyyən edilməsi üçün tətbiq edilən risk meyarı mütləq qeyd olunmalı və müvafiq əsaslandırma əlavə edilməlidir.

Faktiki olaraq üçüncü tərəflər üçün malları idxal və ya ixrac edən şəxslər aşağıda qeyd olunan risk meyarlarından biri və ya bir neçəsi əsasında müəyyən edilir:

– istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda istehsal etdiyi, ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi mallar üzrə elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

– idxal və ya ixrac əməliyyatları aparan vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi və mövcud şəraiti idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etmədikdə və ya hər hansı üçüncü şəxslə saxlanma müqaviləsi bağlamadıqda;

– idxal və ya ixrac əməliyyatları aparan fərdi sahibkar və ya idxalatçı hüquqi şəxsin rəhbəri və ya təsisçisi bu Qaydalarda müəyyən edilən risk meyarlarına əsasən riskli hesab edilən digər hüquqi şəxsin idarəetmə orqanının rəhbəri və ya təsisçisi olduqda;

– topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər son 2 ayda iki və ya daha artıq gömrük bəyannaməsi ilə rəsmiləşdirdiyi malları elektron qaimə-faktura təqdim etməklə satışında əks etdirmədikdə;

– şəxsin yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

– vergi ödəyicisinin son 6 ay üzrə idxal etdiyi malların həcmi onun həmin dövr üzrə dövriyyəsindən azı 2 dəfə artıq olduqda;

– idxal və ya ixrac əməliyyatlarının həcmi işçi sayının olmasını tələb etməsinə baxmayaraq, vergi ödəyicisinin bəyannaməsində işçi sayı göstərilmədikdə, əmək müqavilələrinin elektron informasiya sistemində əmək müqaviləsi bildirişləri müəyyən edilmədikdə və ya işçi sayı idxal əməliyyatlarının həcminə uyğun göstərilmədikdə.

Bu Qaydalara əsasən müəyyən olunmuş faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə məxsus malların rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili, keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 734 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mal, idxal,

Vergi ödəyicilərinin elektron kabineti

posted in: Vergi, Xəbər | 0

Vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas elementlərindən birini vergi orqanı ilə vergi ödəyiciləri arasında birbaşa təmasın minimuma endirilməsi təşkil edir. Vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərdə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər vergi ödəyicilərinin işini asanlaşdırmaqla bərabər, vaxt itkisinin də aradan qaldırılmasına şərait yaradıb. Elektron xidmətlərin tətbiqi vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmasına imkan verib. Bu baxımdan, vergi ödəyiciləri üçün yaradılmış elektron kabinetdən istifadə mühüm yer tutur. (Elektron kabinet)

Elektron kabinet nədir?

Elektron kabinet vergi ödəyicisinin Vergilər Nazirliyinin informasiya sistemində yaradılmış fərdi elektron səhifəsidir. Vergi ödəyicisi vergi orqanı tərəfindən verilən kod-parol və ya gücləndirilmiş elektron imza ilə bu səhifəyə daxil olaraq ona ünvanlanmış akt, protokol, qərar, müraciət (ərizə, sorğu, təklif və şikayət), tələbnamə, bildiriş, xəbərdarlıq, bəyannamə (hesabat), arayış, çıxarış və digər sənədləri oxuyur. Elektron kabinet vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edir. Bu sistem vasitəsilə vergi ödəyicisinə ünvanlanmış sənədlər və məlumatlar kağız daşıyıcıda olan sənədə bərabər tutulur və hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir. Vergi Məcəlləsinə əsasən, sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə, göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Sənədlər vergi ödəyicisi tərəfindən təqdim edildikdə isə sənədin elektron üsulla göndərildiyi gün sənədlər tərəflərə çatdırılmış sayılır.

Elektron kabinetin üstünlükləri nədir?

Vergi ödəyiciləri elektron kabinet vasitəsilə vergi orqanına sənəd və məlumatları elektron üsulla göndərmək imkanı əldə edir. Bu, vaxt itkisini aradan qaldırır və ödəyiciyə istənilən məkandan operativ formada sənədlərini təqdim etmək imkanı yaradır. Bundan başqa, vergi ödəyicisi istənilən yerdə səhifəsinə daxil olaraq elektron kabinetdə uçot məlumatlarına, özünə məxsus olan sənəd və məlumatlara, habelə büdcə qarşısındakı öhdəliklərinə baxmaq və s. üstünlüklər əldə edir. Bu, həm də vətəndaşın rahatlığını təmin edir.

Elektron kabinet istifadə etmədikdə hansı risklər yaranır?

Vergi ödəyicisi elektron kabinetinə göndərilən sənədlərlə vaxtında tanış olmadığı halda vergi qanunvericiliyində və inzibatçılığında baş verən dəyişikliklər, vergi orqanı tərəfindən ondan tələb olunan sənədlər, habelə bəyannamələr və ya bəyannamələrin kameral vergi yoxlamasının aparılması üçün təqdim olunmalı sənədlər və s. barədə məlumatlardan xəbərdar olmur. Vergi ödəyicisi tərəfindən məktublara operativ reaksiya verilməməsi isə gələcəkdə əlavə vergilərin hesablanması, bank hesablarına sərəncamların göndərilməsi, maliyyə sanksiyalarının və digər məsuliyyət tədbirlərinin tətbiq edilməsi ilə nəticələnə bilər. Buna görə də mütəmadi olaraq vergi ödəyicilərinin elektron kabinetlərinə daxil olmuş sənədləri oxumaları tövsiyə edilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi, Elektron kabinet,