Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Xəbər | 0

Mərkəzi Bank, vergidən azad, uçot dərəcəsi, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank, nağdsız əməliyyatlar uçot dərəcəsi azərbaycan pul nişanlarıAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi-nin 7,75%-dən 7,5%-ə endirilməsi haqqında qərar qəbul edib.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 9,25% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə yanvarın 31-də baxacaq.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
uçot dərəcəsi,

Həmkarlar ittifaqına üzvlük haqqının müəyyən edilməsi

posted in: Xəbər | 0

vergi borcBir qayda olaraq, həmkarlar ittifaqına üzvlük əməkhaqqı fondunun 2 faizi həcmində həyata keçirilir və üzvlük haqqının neçə faiz olması həmkarlar ittifaqı-nın nizamnaməsinə uyğun müəyyənləşdirilir. Mövzunu İqtisadçı ekspert Anar Bayramov şərh edir.

“Həmkarlar ittifaqları haqqında” Qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibat vasitəsilə tutulmasını təmin edir. 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür.

Qeyd edək ki, əvvəllər müddət müəyyən edilməsə də, son dəyişikliklərdən sonra qanunvericiliyə konkret 4 iş günü ərzində ödənilməsi tələbi salınıb.

İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibat vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Həmkarlar ittifaqı, üzvlük

Mühasibatlıq və İnsan Resursları üzrə ödənişli Təcrübə Proqramı elan olunur

Mühasibatlıq və İnsan Resursları üzrə ödənişli Təcrübə Proqramı elan olunur

“Özgün Yapı İnşaat Sanayi ve Ticaret Anonim Şirketi” başda inşaat olmaqla, enerji, kənd təsərrüfatı, heyvandarlıq, sığorta və digər xidmət sektorlarında 11 şirkət və 10 minə yaxın işçisi ilə fəaliyyət göstərməktədir. Şirkətin Azərbaycan Respublikasındakı Filialı 2013-cü ildə qeydiyyata alınaraq öz fəaliyyətinə başlamışdır. Fəaliyyətə başladığımız ilk dövrdən şirkətimizin əsas hədəfi yol tikintisinin inkişafında böyük uğurlara nail olmaq olmuşdur. Əsasən yol və körpü tikintisi layihələrini həyata keçirən şirkətimiz əcnəbi və yerli mütəxəssislərin peşəkarlığı nəticəsində bu sahədə öz üslubu ilə fərqlənir.

Şirkətimiz 2020-ci il üçün ödənişli Təcrübə Proqramı elan edir.
Aşağıdakı şöbələr üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər:

● İnşaat Mühəndisi
● İnsan Resursları
● Hüquq
● Satınalma
● İT
● Mühasibatlıq

Proqramın müddəti 3 – 12 ay.
İş qrafiki: 9:00 – 18:00 (Baz. ert. – Cümə). Təhsil alan tələbələr üçün yarım gün iş imkanı yaradılacaq.
Əmək Məcəlləsinə əsasən rəsmiləşmə.
Ünvan: Bakı şəhəri.

Təcrübəçilərə tələblər:
– Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər;
– Ünsiyyət qurma bacarığı;
– Komandada işləmə bacarığı;
– Daim öyrənmək həvəsi;
– İş təcrübəsi tələb olunmur.

Proqramın sonunda Təcrübə Proqramından qazancınız:
– İş imkanı;
– Xaricdə təcrübə imkanı (Türkiyə),
– Tövsiyyə məktubu.

Namizədlər test və müsahibə yolu ilə seçiləcək.

Müraciət üçün mövzu bölümündə “TP [şöbənin adı]” yazaraq CV-lərinizi / e-mailinə göndərin.
Son müraciət tarixi 30.12.2019.

Mənbə: https://www.facebook.com/OzgunYapiAsAzerbaycanBaku/



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlıq, İnsan Resursları, Təcrübə Proqramı

Vakansiya: Baş Mühasib – Synergy Group MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib-operator vakansiyaVakansiya: Baş Mühasib tələb olunur.

İşəgötürən: Synergy Group MMC.

İş haqqında məlumat:

Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının hazırlanması və göndərilməsi, E-Qaimə Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, vergi hesabatlarının hazırlanması və təqdim edilməsi, DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək, rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Əmək haqqı: 800 – 1100 AZN İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək. Regiona səfərlər mümkündür.

Tələblər:

Ali təhsil: mühasibatlıq, maliyyə, iqtisadiyyat;

Ən azı 3 il mühasibatlıq sahəsində iş təcrübəsi;

Programlar: 1C (8.3) yüksək səviyyədə, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst;

Yaş həddi: 25-45;

Dil bilikləri: Azərbaycan dili (Rus və İngilis dili arzuolunandır)

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, baş mühasib