Read More9
Read More9

Böyük ticarət mərkəzlərində icarəyə yer götürmüş şəxslərin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin açıqlamasına əsasən, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməsinin təsbit olunduğunu nəzərə alaraq, sorğuda qeyd edilən fəaliyyət növü üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir. (vergi öhdəlikləri)

Bununla yanaşı, icarəyə götürülən obyekt üzrə icarədar hüquqi şəxs olduqda ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur. İcarədar fiziki şəxs olduqda isə ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulmalı, tutulmuş vergi hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim edilməlidir.

Bundan başqa, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlak olduqda icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq edilməli hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) barədə daha ətraflı məlumat almaq üçün nazirliyin saytının “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola bilərsiniz.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi öhdəlikləri,

Hüquqi şəxslərdən problemli borcların götürülməsi sadələşdirilə bilər

posted in: Xəbər | 0

Əmək münasibətləri, emekAzərbaycanda hüquqi şəxslərdən problemli borcların müsadirə olunması proseduru sadələşdirilməli və sürətlənməlidir. (problemli borc, hüquqi şəxs)

Bu barədə “VTB Bank Azərbaycan”ın İdarə heyətinin sədri Yevgeni Kirin bildirib.

“Biz məhkəmə sistemində aparılan islahatlara bel bağlayırıq. Hüquqi şəxslərin problemli kreditləri məsələsinin həllinə dair Prezident İlham Əliyevin fərmanı müsbət nəticələr verir, bunların xeyli azaldığını görürük. Lakin hüquqi şəxslər tərəfindən kreditlərin yubadılması hələ də yüksəkdir. Bu da məsələlərin çoxunun məhkəmələrdə olması ilə bağlıdır. Bəzi hallarda hüquqi şəxslərdən problemli borcların müsadirəsi 3-5 il vaxt aparır. Bu, çox uzun vaxtdır, nəticədə həm bankların, həm də bütövlükdə iqtisadiyyatın fəaliyyəti ləngiyir. Əslində qarşımızda dəyərini, qiymətini getdikcə itirən pullar var”, – deyən bank rəhbəri “Müflisləşmə haqqında” qanundakı hüquqi şəxslərə dair bölməni ayrıca qanun olaraq ayırmaq təklifini də irəli sürüb.

“Bəzi səhmdarların, rəhbərlərin saxta müflisləşmə əməllərinin qarşısını almaq üçün Azərbaycanda vasitələr əksikdir, halbuki bu kimi əməllərə hüquqi qiymət verilməlidir. Hazırkı vəziyyət belədir ki, borclu tərəf şirkətin aktivlərinin qalmadığını, yalnız borclarının olduğunu bəyan edir və bu qərarı kimin verdiyinə dair sual verən yoxdur. Biz kreditorlar üçün də məsələ müəmmalı qalır, bir sıra suallar meydana gəlir, lakin mövcud qanunlar çərçivəsində həmin suallara aydınlıq gətirmək olmur”, – Y.Kirin vurğulayıb.

Bu məsələnin aradan qaldırılması ilə ölkədə sahibkarlıq mühitinin də xeyli yaxşılaşa biləcəyini dilə gətirən bank rəhbəri dünya reytinqlərində öncül mövqelərdə olan ölkələrin hamısında sözügedən mexanizmin çoxdandır oturuşduğunu qeyd edib: “Belə bir mexanizm zəruridir, Azərbaycanda da məhkəmə islahatı və sonrakı işlər çərçivəsində bu məsələnin həllini tapacağına inanırıq”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
problemli borc, hüquqi şəxs

Vergi təqvimi – 20 dekabr 2019-cu il

posted in: Xəbər | 0

Vergi təqvimi – 20 dekabr 2019-cu il

Gəlir vergisi (Xüsusi notariuslar üzrə): Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə): İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar.

Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.

Yol vergisi: Yol vergisi üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Daşınmaz əmlakın təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanına təqdim edilir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi: Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi: Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

 

Azərbaycanda maliyyəçilərin orta aylıq maaşı artıb

posted in: Xəbər | 0

orta aylıq əmək haqqı, orta aylıq nominal əmək haqqıBu il noyabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin 27,8 min nəfəri maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub. (orta aylıq maaş)

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə işçilərin sayı 2,8 min və ya 11,2% artıb. İşçilərin 5,3 min nəfəri və ya 19,1%-i dövlət, 22,5 min nəfəri və ya 80,9%-i isə özəl sektorda işləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4% və 11,4% artım qeydə alınıb.

Qeyd edək ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,4 min nəfər, qeyri-dövlət sektorunda isə 729,6 min nəfər təşkil edib.

Rəsmi statistikaya əsasən, yanvar-oktyabr aylarında maliyyə sahəsində orta aylıq nominal əmək haqqı 1 632,8 manat, o cümlədən dövlət sektorunda 1 657,5, özəl sektorda 1 626,9 manat olub. Beləliklə, maliyyə sahəsində orta aylıq əmək haqqında illik 12,2% artım qeydə alınıb.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
orta aylıq maaş
error: Content is protected !!