Peşə və kvalifikasiya standartının hazırlanması Qaydaları təsdiq edildi

posted in: Xəbər | 0

idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.13-cü bəndinə və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.4- cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş Naziri                  Əli Əsədov

Faylı yükləməklə Qaydalara nəzər yetirə bilərsiniz: Peşə və kvalifikasiya standartının hazırlanması Qaydaları


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnsan resursları üzrə Təcrübəçi axtarılır

İnsan resursları üzrə Təcrübəçi axtarılır

İnsan resursları,Təcrübə Proqramı,Hüquq, insan resursları və sosialogiya sahəsində təhsil almış və ya bu sahələrdə təcrübəsi olan şəxslər müraciət edə bilər. Uyğun namizədlərin peşə standartlarının hazırlanması və ixtisas göstəricilərinin müəyyənləşdirilməsi üzrə layihəyə cəlb olunması planlaşdırılır.

Namizədlərə dair tələblər:

• Ali təhsil
• Dil bilikləri: Azərbaycan, İngilis və akademik Türk dili
• İT bacarıqları: Word, Excel, PowerPoint
• Yerli və beynəlxalq mənbələrdən istifadə, sərbəst araşdırma aparmaq bacarığı və güclü analitik düşüncə
• Kommunikasiya qurmaq və komanda ilə işləmək bacarığı

Marağı olan namizədlər CV-lərini “Peşə standartlarının hazırlanması” başlığı altında  / email ünvanına göndərə bilər.

Mənbə: jobsearch.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İnsan resursları üzrə Təcrübəçi

“Əsas məqsədlərdən biri sahibkarlar tərəfindən şəffaf uçotun aparılmasına nail olmaqdır”

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin qaytarılması,Azərbaycanda iqtisadiyyatın kölgələşməsi ilə mübarizə üçün vergi siyasətinin konkret istiqamətləri müəyyən edilib. (vergi güzəştləri)

Bunu “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” mövzusunda Bakıda keçirilən dəyirmi masa zamanı çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

Onun sözlərinə görə, vergi yalnız fiskal, deyil, eyni zamanda tənzimləyici rol oynayır. “Tənzimləyici rol iqtisadiyyatın inkişafında daha önəmlidir. İqtisadiyyatın kölgələşməsi ilə mübarizə üçün vergi siyasətinin konkret istiqamətləri müəyyən edilib və bu istiqamətdə müəyyən işlər görülüb. Əsas məqsədlərdən biri sahibkarlar tərəfindən şəffaf uçotun aparılmasına nail olmaqdır. Həyata keçirilən addımlar həm də sahibkarların inzibatçılıq yükünün azaldılmasına xidmət edir. Ölkədə zərərli vergi güzəştləri olmamalıdır”, – deyə S. Musayeva qeyd edib.

Tədbir Azərbaycanda iqtisadiyyatın və biznesinin inkişafında dayanıqlı inkişafın əsasını qoyacaq yeni platformanın əsası qismində çıxış edib.

Qeyd edək ki, tədbirə Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Məclis, biznes nümayəndələri və elm adamları iştirak edib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi güzəştləri

Online rejimdə uçot məlumatlarında dəyişikliklər hansı halda mümkündür?

posted in: Xəbər | 0

e-ticarət, təlimlər,Sual: Faktiki fəaliyyət göstərdiyim fəaliyyət növünün dəyişdirilməsi üçün məlumat dəyişikliyinin aparılması məqsədilə müvafiq elektron prosedurlar etmək istəyirəm. Lakin, www.e-gov.az vasitəsilə “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətdən yararlanmaq mümkün deyil. “The remote server returned an error: (503) Server Unavailable.” qeyd olunur. Zəhmət olmazsa, bu problemin həll olunmasında mənə yardım edin. Öncədən təşəkkürlər. (uçot məlumatları)

Cavab: Bildiririk ki, vergi ödəyicisinin vergi orqanının baza məlumatlarında olan telefon nömrəsinin dəyişdirilməsi şəxsin özünün və ya səlahiyyətli nümayəndəsinin (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə” ilə uçotda olduğu vergi orqanına və ya əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciəti əsasında həyata keçirilir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən vergi uçotu məlumatlarınızda olan telefon nömrənizin dəyişdirilməsi üçün “Fiziki şəxsin uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə”ni elektron qaydada vergi orqanına təqdim etməklə həmin əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.

Bu barədə ətraflı məlumatı saytımızın “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” alt bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Bildiririk ki, hər hansı texniki problem ilə üzləşdiyiniz təqdirdə bu barədə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə edilir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
uçot məlumatları,