Cari ilin noyabrında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə daxilolmalar 361 milyon 14 min manat olub.
Komitədən bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 89 milyon 500 min manat, əlavə dəyər vergisi üzrə 252 milyon 20 min manat, aksizlər üzrə 13 milyon 531 min manat, yol vergisi üzrə isə 4 milyon 962 min manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi-nin 7,75%-dən 7,5%-ə endirilməsi haqqında qərar qəbul edib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 9,25% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə yanvarın 31-də baxacaq.
Bir qayda olaraq, həmkarlar ittifaqına üzvlük əməkhaqqı fondunun 2 faizi həcmində həyata keçirilir və üzvlük haqqının neçə faiz olması həmkarlar ittifaqı-nın nizamnaməsinə uyğun müəyyənləşdirilir. Mövzunu İqtisadçı ekspert Anar Bayramov şərh edir.
“Həmkarlar ittifaqları haqqında” Qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibat vasitəsilə tutulmasını təmin edir. 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür.
Qeyd edək ki, əvvəllər müddət müəyyən edilməsə də, son dəyişikliklərdən sonra qanunvericiliyə konkret 4 iş günü ərzində ödənilməsi tələbi salınıb.
İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibat vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Mühasibatlıq və İnsan Resursları üzrə ödənişli Təcrübə Proqramı elan olunur
“Özgün Yapı İnşaat Sanayi ve Ticaret Anonim Şirketi” başda inşaat olmaqla, enerji, kənd təsərrüfatı, heyvandarlıq, sığorta və digər xidmət sektorlarında 11 şirkət və 10 minə yaxın işçisi ilə fəaliyyət göstərməktədir. Şirkətin Azərbaycan Respublikasındakı Filialı 2013-cü ildə qeydiyyata alınaraq öz fəaliyyətinə başlamışdır. Fəaliyyətə başladığımız ilk dövrdən şirkətimizin əsas hədəfi yol tikintisinin inkişafında böyük uğurlara nail olmaq olmuşdur. Əsasən yol və körpü tikintisi layihələrini həyata keçirən şirkətimiz əcnəbi və yerli mütəxəssislərin peşəkarlığı nəticəsində bu sahədə öz üslubu ilə fərqlənir.
Şirkətimiz 2020-ci il üçün ödənişli Təcrübə Proqramı elan edir.
Aşağıdakı şöbələr üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər:
● İnşaat Mühəndisi
● İnsan Resursları
● Hüquq
● Satınalma
● İT
● Mühasibatlıq
Proqramın müddəti 3 – 12 ay.
İş qrafiki: 9:00 – 18:00 (Baz. ert. – Cümə). Təhsil alan tələbələr üçün yarım gün iş imkanı yaradılacaq.
Əmək Məcəlləsinə əsasən rəsmiləşmə.
Ünvan: Bakı şəhəri.
Təcrübəçilərə tələblər:
– Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər;
– Ünsiyyət qurma bacarığı;
– Komandada işləmə bacarığı;
– Daim öyrənmək həvəsi;
– İş təcrübəsi tələb olunmur.
Proqramın sonunda Təcrübə Proqramından qazancınız:
– İş imkanı;
– Xaricdə təcrübə imkanı (Türkiyə),
– Tövsiyyə məktubu.
Namizədlər test və müsahibə yolu ilə seçiləcək.
Müraciət üçün mövzu bölümündə “TP [şöbənin adı]” yazaraq CV-lərinizi / e-mailinə göndərin.
Son müraciət tarixi 30.12.2019.