Mühasibatlıq və İnsan Resursları üzrə ödənişli Təcrübə Proqramı elan olunur

Mühasibatlıq və İnsan Resursları üzrə ödənişli Təcrübə Proqramı elan olunur

“Özgün Yapı İnşaat Sanayi ve Ticaret Anonim Şirketi” başda inşaat olmaqla, enerji, kənd təsərrüfatı, heyvandarlıq, sığorta və digər xidmət sektorlarında 11 şirkət və 10 minə yaxın işçisi ilə fəaliyyət göstərməktədir. Şirkətin Azərbaycan Respublikasındakı Filialı 2013-cü ildə qeydiyyata alınaraq öz fəaliyyətinə başlamışdır. Fəaliyyətə başladığımız ilk dövrdən şirkətimizin əsas hədəfi yol tikintisinin inkişafında böyük uğurlara nail olmaq olmuşdur. Əsasən yol və körpü tikintisi layihələrini həyata keçirən şirkətimiz əcnəbi və yerli mütəxəssislərin peşəkarlığı nəticəsində bu sahədə öz üslubu ilə fərqlənir.

Şirkətimiz 2020-ci il üçün ödənişli Təcrübə Proqramı elan edir.
Aşağıdakı şöbələr üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər:

● İnşaat Mühəndisi
● İnsan Resursları
● Hüquq
● Satınalma
● İT
● Mühasibatlıq

Proqramın müddəti 3 – 12 ay.
İş qrafiki: 9:00 – 18:00 (Baz. ert. – Cümə). Təhsil alan tələbələr üçün yarım gün iş imkanı yaradılacaq.
Əmək Məcəlləsinə əsasən rəsmiləşmə.
Ünvan: Bakı şəhəri.

Təcrübəçilərə tələblər:
– Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər;
– Ünsiyyət qurma bacarığı;
– Komandada işləmə bacarığı;
– Daim öyrənmək həvəsi;
– İş təcrübəsi tələb olunmur.

Proqramın sonunda Təcrübə Proqramından qazancınız:
– İş imkanı;
– Xaricdə təcrübə imkanı (Türkiyə),
– Tövsiyyə məktubu.

Namizədlər test və müsahibə yolu ilə seçiləcək.

Müraciət üçün mövzu bölümündə “TP [şöbənin adı]” yazaraq CV-lərinizi hr@ozguninsaat.com / info@finstaff.az e-mailinə göndərin.
Son müraciət tarixi 30.12.2019.

Mənbə: https://www.facebook.com/OzgunYapiAsAzerbaycanBaku/



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlıq, İnsan Resursları, Təcrübə Proqramı
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *