Alınmış avans məbləğlərinə görə elektron qaimə-faktura verilməlidirmi?

posted in: Xəbər | 0

mühasib operator, vakansiya,gəlir vergisi,cərimə, sənədsiz,Vergi Məcəlləsində son illər edilmiş vacib dəyişikliklərdən biri elektron qaimə-fakturaların tətbiqi ilə bağlıdır. Praktikada elektron qaimə-fakturaların təqdim edilməsi ilə bağlı mütəxəssislər, vergi ödəyiciləri arasında müəyyən fikir ayrılıqları olur: Alınmış avans məbləğlərinə görə elektron qaimə-faktura verilməlidirmi?; Elektron qaimə-faktura malların, işlərin və xidmətlərin təqdim edilməsidirmi?; Elektron qaimə-faktura verildikdən sonra başqa bir sənəd tələb olunurmu? Sualları sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin elektron qaimə-fakturaları əhatə edən 71-1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Maddəyə diqqətlə nəzər yetirsək, malları, işləri və xidmətləri təqdim edən şəxsin alıcıya elektron qaimə-faktura verməli olduğunu görürük. Cümlədə “… təqdim edən şəxs…” ifadəsinin üzərində dayanmalıyıq. Belə aydın olur ki, malları, işləri və xidmətləri qarşı tərəfə təqdim etməmişdən əvvəl də həmin vergi ödəyicisi təqdim edən şəxs kimi qiymətləndirilir. Yəni tərəflər arasında bağlanmış müqaviləyə və digər razılaşmaya əsasən, vergi ödəyicisi mallara, işlərə və xidmətlərə görə əvvəlcədən vəsait alsa da, razılaşmaya görə həmin şəxs təqdim edən şəxs kimi qiymətləndirilir. Belə olanda, avans alınmış məbləğə görə elektron qaimə-fakturanın verilməsi gündəmə gəlir. Amma məsələyə bir az da dərindən yanaşmalıyıq: Məcəllənin 71-1.-ci maddəsinin tələblərinə görə, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarxili 89 saylı “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı qüvvəyə minmişdir və qaydaların 3.3-cü maddəsində yazılır ki, vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir.

Maddədən tam aydın olur ki, elektron qaimə-faktura alıcıya mallar, işlər və xidmətlər təhvil verilən zaman verilir. Yəni avans məbləğlərə görə elektron qaimə-faktura verilmir.
Həmin qaydaların daha iki maddəsinə nəzər yetirək.

Maddə 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.

Maddə 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.

2.6-cı maddənin tələblərinə görə elektron qaimə-fakturanın doldurulmasına əsas kimi müəyyən sənədlər olmalıdır. Bu sənədlərə təhvil-təslim aktları, eləcə də malların təhvil-təslim aktları daxildir. Belə çıxır ki, elektron qaimə-fakturalar birbaşa malların, işlərin və xidmətlərin təhvil-təslim sənədi sayılmır və birbaşa ilkin sənəd sayılmır. Yəni əvvəl qeyd etdiyimiz sənədlər olmalıdır ki, eyni zamanda vergi uçotu məqsədləri üçün elektron qaimə-faktura qarşı tərəfə verilsin.

Bundan əlavə,1.3.-cü maddənin tələblərinə görə isə həmçinin qaydalara uyğun tərtib edilmiş elektron qaimə-faktura malların, işlərin və xidmətlərin təqdim edilməsinin rəsmiləşdirildiyini təsdiq edir. Son olaraq aşağıdakı nəticələrə gəlmək olar:

  • Əgər elektron qaimə-fakturaya kimi qaydalara uyğun təhvil-təslim sənədləri vardırsa, həmin sənədlər malların, işlərin və xidmətlərin təhvil-təslimini təsdiq edən sənədlərdir.
  • Bu sənədlər olmadan yalnız elektron qaimə-faktura üzrə rəsmiləşdirilmə aparılmişdırsa, onda malların, işlərin və xidmətlərin təhvil-təsmini təsdiq edən sənəd elektron qaimə-faktura sayılır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
elektron qaimə-faktura

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib

posted in: Xəbər | 0

vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Bu gün keçirilən Milli Məclisin plenar iclasında Vergi Məcəlləsi-ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə 160-dan çox dəyişikliklər edilib və bu dəyişikliklər 7 istiqaməti əhatə edib.

İclasda eyni zamanda Milli Məclisin və Hesablama Palatasının 2020-ci il üçün xərclər smetaları təsdiqlənib.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi məcəlləsi

İşəgötürənlər üçün “Məşğulluq” altsisteminin (MAS) təqdimatı keçirilib

posted in: Xəbər | 0

işçi qüvvəsiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlər üçün “Məşğulluq” altsisteminin (MAS) təqdimatı keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 35 müəssisənin nümayəndələrinin iştirak etdiyi tədbirdə altsistem, ondan istifadə, MAS-dakı “Vakansiya bankı”, MAS-dan istifadə qaydası barədə məlumat verilib.

Təqdimat mərasimində bildirilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları Məşğulluq haqqında Qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə “Yadda saxla” düyməsini sıxmalıdırlar.

Tədbirdə həmçinin işəgötürənlərin “Məşğulluq” altsistemi ilə bağlı sualları cavablandırılıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Məşğulluq,

Müavinəti işsizlikdən sığorta haqqına cəlb etməliyikmi?

posted in: Müavinət, Xəbər | 0

işçilər Sığorta şirkətləri, yemək pulu, işsizlikdən sığorta,Sual: Sığortaedən tərəfindən və DSMF tərəfindən işçiyə ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (xəstəlik müavinəti) işsizlikdən sığorta haqqına cəlb edilirmi?

Cavab: “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əmək haqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Müavinət, işsizlikdən sığorta