Bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edilib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. (gömrük rüsumları)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
AR Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 0207.11.100.0, 0207.11.300.0, 0207.11.900.0, 0207.12.100.0, 0207.12.900.0, 0207.13.100.0, 0207.13.200.0, 0207.13.300.0, 0207.13.400.0, 0207.13.500.0, 0207.13.600.0, 0207.13.700.0, 0207.13.910.0, 0207.13.990.0, 0207.14.100.0, 0207.14.200.0, 0207.14.300.0, 0207.14.400.0, 0207.14.500.0, 2 0207.14.600.0, 0207.14.700.0, 0207.14.910.0, 0207.14.990.0, 0407.11.000.0, 0407.21.000.0, 0407.90.100.0, 0407.90.900.0, 0702.00.000.0, 0703.10.190.0, 0703.10.900.0, 0707.00.050.0, 0707.00.900.0, 0802.21.000.0, 0802.22.000.0, 0806.10.100.0, 0806.10.900.0, 0808.10.100.0, 0808.10.800.0, 0808.30.100.0, 0808.30.900.0, 0810.70.000.0, 2009.12.000.0, 2009.21.000.0, 2009.31.110.0, 2009.31.190.0, 2009.31.510.0, 2009.31.590.0, 2009.31.910.0, 2009.31.990.0, 2009.41.920.0, 2009.41.990.0, 2009.50.100.0, 2009.50.900.0, 2009.61.100.0, 2009.61.900.0, 2009.71.200.0, 2009.71.990.0, 2202.99.190.1, 2202.99.190.2, 2508.10.000.0, 2520.10.000.0, 2523.10.000.0, 2523.29.000.0, 2523.30.000.0, 2523.90.000.0, 6809.11.000.0, 6809.19.000.0, 6810.11.100.0, 6810.11.900.0, 6810.19.000.0, 6901.00.000.0, 6902.10.000.0, 6902.20.100.0, 6902.20.910.0, 6902.20.990.0, 6902.90.000.0, 6904.10.000.0, 6907.21.100.0, 6907.21.900.0, 6907.22.100.0, 6907.22.900.0, 6907.23.100.0, 6907.23.900.0, 6907.30.100.0, 6907.30.900.0, 6907.40.100.0 və 6907.40.900.0
alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15.12.2019-cu il” sözləri “31.12.2021-ci il” sözləri ilə əvəz edilsin.
2. 0405.10.110.0, 0405.10.190.0, 0405.10.300.0, 0405.10.500.0, 0405.10.900.0, 0405.20.100.0, 0405.20.300.0, 0405.20.900.0, 0405.90.100.0 və 0405.90.900.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “31.12.2019-cu il” sözləri “31.12.2021-ci il” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının
Baş Naziri Əli Əsədov
Qərar həm yerli istehsalçını, həm də istehlakçını qoruyur. Qərarın birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir.
Belə ki, qərarın birinci hissəsinə əsasən, quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma) meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır.
Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə təbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır.
Çörəyin hansı növləri ƏDV-dən azaddır?
Sual: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə əsasən çörəyin istehsalı və satışı ƏDV-dən azaddır. Bəs burada çörək dedikdə, müxtəlif növ undan (buğda, arpa, çovdar və s) bişirilmiş, müxtəlif formalarda olan (zavod, baton, kərpici, təndir, kürə, dönər və s. formalı çörəklər) çörək növləri, müxtəlif növ undan hazırlanmış və müxtəlif ölçülərdə olan lavaş növləri, qurudulmuş çörək qırıntıları (suxari) nəzərdə tutulubmu?
Cavab: Bildiririk ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il 1 yanvar tarixindən 4 il müddətinə əlavə dəyər vergisindən azad edilmişdir.
Qeyd olunan maddədə azadolma çörəyin bütün növlərinə aid edilmişdir. Lavaş, suxarı və s. unlu məmulatlar isə ümumi qaydada ƏDV-yə cəlb olunur.
Mənbə: taxes.gov.az
Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması ilə bağlı hazırlıq işləri tamamlanıb
“Azərbaycanla Türkiyə arasında elektron imzalar-ın tanınması ilə bağlı lazım olan hazırlıq işləri tamamlanıb”.
Bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində iştirak edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib.
Türkiyəli nazirin sözlərinə görə, bundan sonra hər iki ölkə arasında əməliyyatlar daha sürətli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, “Bakutel 2019” sərgisi dekabrın 6-dək davam edəcək.
Xatırladaq ki, 2011-ci ilin sentyabrından etibarən Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb. Rəsmi olaraq fəaliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. Hazırda dövlət qurumları, hüquqi şəxslər, sahibkarlar və vətəndaşlar olmaqla 4 kateqoriya insanlara 3 illik elektron imza sertifikatları verilir. Bu ilin əvvəlinə olan məlumata görə, ümumilikdə, 40 mindən artıq şəxsə elektron imza sertifikatı verilib.
Türkiyə və Belarus Azərbaycanla qarşılıqlı şəkildə elektron imzaların tanınması üçün anlaşma memorandumu imzalayıb. Hökumət gələcəkdə bütün MDB və digər ölkələrdə də Azərbaycanın elektron imzasının tanınması üçün işləri davam etdirir.
Mənbə: report.az
Vakansiya: Mühasib köməkçisi.