MMC-nin adının dəyişdirilməsi

posted in: Xəbər | 0

MMC-nin adının dəyişdirilməsi

QSCVergilər Nazirliyinin şərhinə əsasən, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-in, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.

Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur.

Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir. Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” alt bölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” alt bölməsindən əldə edə bilərsiniz.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
MMC

Vergi orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqənin nəticələri açıqlanıb

posted in: Vergi, Xəbər | 0

Dövlət vergi orqanlarına işə qəbul ilə əlaqədar 19.10.2019-cu il tarixdə elan olunmuş müsabiqənin nəticələri. (imtahan nəticələri)

Sıra №
İş nömrəsi
Test balı
Müsahibə balı
Nəticə
1 595153 90 3,9 Keçdi
2 595540 86 4,7 Keçdi
3 595125 85 3,9 Keçdi
4 595149 84 3,4 Keçdi
5 595151 83 3,1 Keçdi
6 595909 82 3,1 Keçdi
7 595154 81 4,8 Keçdi
8 595155 81 4,1 Keçdi
9 595157 81 3,0 Keçdi
10 595410 81 4,1 Keçdi
11 595694 81 iştirak etmədi
12 595857 81 3,9 Keçdi
13 595021 80 3,7 Keçdi
14 595322 80 2,4 Keçmədi
15 595373 80 3,9 Keçdi
16 595386 80 3,4 Keçdi
17 595089 79 2,6 Keçmədi
18 595092 79 3,6 Keçdi
19 595103 79 3,3 Keçdi
20 595131 79 4,0 Keçdi
21 595466 79 3,1 Keçdi
22 595123 78 4,1 Keçdi
23 596209 78 2,8 Keçmədi
24 595290 77 3,8 Keçdi
25 595411 77 3,5 Keçdi
26 595586 77 3,6 Keçdi
27 595757 77 4,0 Keçdi
28 595994 77 2,0 Keçmədi
29 595073 76 2,1 Keçmədi
30 595082 76 3,6 Keçdi
31 595170 76 3,1 Keçdi
32 595208 76 3,1 Keçdi
33 595258 76 2,3 Keçmədi
34 596015 76 3,0 Keçdi
35 596120 76 4,3 Keçdi
36 595038 75 3,3 Keçdi
37 595087 75 3,1 Keçdi
38 595137 75 3,6 Keçdi
39 595194 75 3,4 Keçdi
40 595448 75 3,5 Keçdi
41 595522 75 3,6 Keçdi
42 596123 75 2,0 Keçmədi
43 596197 75 2,3 Keçmədi
44 596305 75 3,6 Keçdi
45 595135 74 3,6 Keçdi
46 595182 74 3,4 Keçdi
47 595236 74 3,0 Keçdi
48 595357 74 3,6 Keçdi
49 595678 74 4,0 Keçdi
50 595689 74 3,7 Keçdi
51 595702 74 4,0 Keçdi
52 595715 74 2,4 Keçmədi
53 595948 74 3,7 Keçdi
54 595025 73 3,9 Keçdi
55 595045 73 3,7 Keçdi
56 595058 73 3,0 Keçdi
57 595118 73 3,1 Keçdi
58 595179 73 2,1 Keçmədi
59 595191 73 2,3 Keçmədi
60 595243 73 2,5 Keçmədi
61 595319 73 3,4 Keçdi
62 595358 73 4,0 Keçdi
63 595381 73 3,4 Keçdi
64 595404 73 4,0 Keçdi
65 595336 72 3,6 Keçdi
66 595392 72 2,7 Keçmədi
67 595427 72 3,9 Keçdi
68 595505 72 3,6 Keçdi
69 595527 72 4,0 Keçdi
70 595558 72 4,8 Keçdi
71 595750 72 3,0 Keçdi
72 595820 72 2,0 Keçmədi
73 595903 72 3,0 Keçdi
74 596297 72 3,8 Keçdi
75 595095 71 3,0 Keçdi
76 595138 71 4,0 Keçdi
77 595143 71 3,7 Keçdi
78 595192 71 3,6 Keçdi
79 595225 71 4,0 Keçdi
80 595412 71 2,8 Keçmədi
81 595566 71 3,0 Keçdi
82 595567 71 3,0 Keçdi
83 595804 71 3,2 Keçdi
84 595851 71 3,2 Keçdi
85 595014 70 3,6 Keçdi
86 595068 70 3,4 Keçdi
87 595083 70 3,0 Keçdi
88 595162 70 3,0 Keçdi
89 595188 70 3,0 Keçdi
90 595204 70 3,6 Keçdi
91 595220 70 3,6 Keçdi
92 595262 70 3,7 Keçdi
93 595554 70 3,2 Keçdi
94 595578 70 3,0 Keçdi
95 595641 70 3,9 Keçdi
96 595958 70 3,0 Keçdi

 

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi, vergi orqanları, işə qəbul, işə qəbul, imtahan nəticələri, imtahan nəticələri, imtahan nəticələri

İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər hansı halda gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

Aqrotexniki xidmətlər ƏDV EDVSual: İşəgötürən icarəyə avtomobil götürür və icarə müqaviləsində icarəyə verənlə belə bir şərt də razılaşdırılır ki, avtomobilin saz vəziyyətdə qalması üçün çəkiləcək xərcləri də işəgötürən ödəyəcəkdir. (ehtiyat hissələri amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.).(əsas vəsait, xərclər)

İşəgötürən öz işçinin şəxsi avtomobilini müqavilə əsasında icarəyə götürür. Müqavilədə belə bir şərt razılaşdırılır ki, yalnız avtomobilin saz vəziyyətdə saxlanılması üçün cəkiləcək xəcləri işəgötürən qarşılayacaqdır. (ehtiyat hissələri amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.).

Yuxarıda qeyd olunan hallarda bu xərclər gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilərmi? Ümumiyyətlə, bu cür xərclər hansı halda gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilər?

Cavab: Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci114.6-cı və 115-ci maddələri

Mənbə: taxes.gov.az

Bax:

 



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əsas vəsait, xərclər

Amortizasiyanın hesablanması qaydası

posted in: Xəbər | 0

                        Amortizasiyanın hesablanması qaydası (Amortizasiya)

Sual: Müəssisəmizdə 2018-ci ilin sonuna əmlakın qalıq dəyəri (nəqliyyat vasitəsi) 18.000 manat təşkil edir. 2019-cu ilin iyun ayında 10.000 manat dəyərində əsas vəsait alınıb. 2019-cu il üzrə əsas vəsaitin amortizasiyasının hesablanmasında mənə kömək etməyinizi Sizdən xahiş edirəm. Əgər yeni açılmış müəssisədə cari il ərzində (iyun 2019-cu il tarixində) 10.000 manatlıq əsas vəsait (nəqliyyat vasitəsi) alınıbsa amortizasiya hesablanması necə olacaq.

Cavab: Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Nəqliyyat vasitələri üzrə illik amortizasiya norması 25 faiz müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə (nəqliyyat vasitələri üçün 25 faiz) 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1.5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Müraciətinizdə qeyd olunan halda:

18 000 + 10 000 = 28 000

28 000 – (28 000 *50%) və ya 28 000 – (28 000 * 37,5 %)

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Amortizasiyanın hesablanması, Amortizasiya