Read More9
Read More9

2019-cu ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,2019-cu ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin noyabr ayı üzrə hesablanmış sığorta haqları 2019-cu ilin dekabr ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin noyabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2019-cu ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin noyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 4- cü rübü üzrə bəyannaməni 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin noyabr ayı üzrə hesabladığı gəlir vergisi 2019- cu ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2019-cu ilin 4-cü rübü üzrə bəyannamə 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).

Qeyd:

15.12.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə sığorta haqlarının ödənilməsinin son müddəti 16.12.2019-cu il tarixə keçirilmişdir.

20.01.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2020-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ödənilməli vergilər

Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib

posted in: Xəbər | 0

icbari tibbi sığorta paketi, İcbari tibbi sığorta üzrə sığorta haqları,Azərbaycan İcbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib.

Bu, “Tibbi sığorta haqqında” qanuna dəyişiklik barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1%-i, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2%-i; Neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 8 000 manatadək (8 min manat da daxil daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1%-i, 2021-ci ildən etibarən isə 2%-i; Neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2%; Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığorta olunan tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 8 000 manatadək (8 000 manat da daxil olmaqla) olan hissəsinin 2%-i qədər icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən olunub.

Sənəd  Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Mənbə: report.az



Vakansiya: Mühasib – Zəhmət Ruzi MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib VakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Zəhmət Ruzi MMC.

Əmək haqqı: 800 – 1000 AZN.

İş barədə məlumat

– Debitor və Kreditorlarla hesablaşmalar

– Qaimə-fakturaların proqrama işlənməsinə nəzarət

– Qiymətlərə nəzarət

– Debitor şəxslərlə üzləşmələrin aparılması

– İş şəraiti

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

– İş qrafiki: 09:00-dan 17:00-dək

– 5 günlük iş rejimi

-Şirkət hesabına nahar

– Əmək haqqı 800-1000 AZN, namizədlərlə müsahibə zamanı təcrübəyə əsasən müəyyənləşdiriləcəkdir

Namizədə tələblər

– Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq)

– Proqram bilikləri: MS Word, MS Excel, 1C 8.3, AGENT PLUS

– Vergi qanunvericiliyi üzrə biliklər,

-İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir

-CV-lərinizi mövzu yerinə Muhasib yazmaqla / ünvanına göndərməyiniz xahiş olunur.

İş yeri Xırdalanda yerləşir.

Mənbə: finstaff.az


Təmir xərcləri icarə ödənişləri ilə əvəzləşdirildikdə ÖMV öhdəliyi yaranır?

posted in: Vergi, Xəbər | 0

                           Təmir xərcləri icarə ödənişləri ilə əvəzləşdirildikdə ÖMV öhdəliyi yaranır? (icarə ödənişləri)

vergi bəyannaməsiSual: A şirkəti B şirkətinə icarəyə obyekt verib. Tərəflər razılaşıb ki, icarənin ilk 5 ayı B şirkəti tərəfindən obyektə çəkilmiş təmir xərci səbəbindən (əsaslı və və ya cari) icarəçiyə ödəniş edilməyəcək və əvəzləşdirilmə aparılacaqdır. Sual olunur ki, icarəçi üçün əvəzləşdirilən dövr üçün ÖMV öhdəliyi (ARVM 124-cü maddə) yaranırmı? Yaranırsa hansı tarixdən yaranır? Təkrar qeyd edirəm, ödəniş edilməyəcək, ilk 5 ay əvəzləşdiriləcəkdir.

Cavab: Bildiririk ki, rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş icarə haqlarından ödəmə mənbəyində vergi tutulmur.

Hüqüqi şəxslərin icarə haqqından gəlirləri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur və həmin gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunur.

Sorğunuzda qeyd olunan halda, icarə haqqının əvəzinə ödənilmiş təmir xərcləri icarə haqqından gəlir hesab olunur və ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci və 124.3-cü maddələri.

Mənbə: taxes.gov.az



error: Content is protected !!