Read More9
Read More9

Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı 31%-dən çox artıb

posted in: Vergi, Xəbər | 0

Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Bu il noyabrın 1-i tarixinə Azərbaycan üzrə uçotda olan 1 051 624 vergi ödəyicisinin 13,2%-i hüquqi şəxs və digər təşkilatların payına düşüb. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12% artıb. Bunun 99,3%-i kommersiya qurumlarının sayının artması hesabına baş verib.(hüquqi şəxslər)

Cari ilin oktyabr ayında 1 832 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin oktyabr ayına nisbətən 65,5% çoxdur. Kommersiya qurumlarının 71,3%-i elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i isə səhmdar cəmiyyəti formasında təşkil olunub.

Hesabat dövründə 67 380 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 54,7%-nin vəziyyəti aktiv olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artım deməkdir. Ötən ilin 10 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 35,5% artaraq 32 820 təşkil edib və aktiv ƏDV ödəyicilərinin sayı 19 744-ə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 36,5% artıb və onların xüsusi çəkisi 2,6% çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 10 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,3% artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,9%-dən 88,7%-dək yüksəlib. Cari ilin son beş ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90%-dən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

Mənbə: apa.az



Gələn ildən bu məhsulun satışı ƏDV-dən azad ediləcək

posted in: Vergi, Xəbər | 0

vergi öhdəliyi, ƏDV-nin əvəzləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsində yeniliklər,ƏDV EDV Mənfəət vergisiGələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad edilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı müzakirələr zaman deyib. O bildirib ki, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulub.

Komitə sədrinin sözlərinə görə, layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır. Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar. (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 000 000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Məcəllənin 218-1-ci maddəsinin (Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur. Məcəlləyə təklif edilən digər dəyişikliklə isə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ildən başlayaraq, 10 il müddətinə gəlir vergisindən azad ediləcək.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Mənbə: apa.az



Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub

posted in: Xəbər | 0

təqaüd, əmək haqqı, sosial müavinət,Pensiya, əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıAzərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub. Bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Mənbə: apa.az



Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği müəyyənləşib

posted in: Xəbər | 0

dövlət büdcəsi, ehtiyac meyarı, yaşayış minimumu,miqrasiya məcəlləsi, miqrasiya mecellesi, İşsizlikdən sığorta, mühasibat uçotu əmək məcəlləsi cərimələr rüsumlar Pos-terminallar İşsizlikdən Sığorta vergiAzərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub. Bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn il üçün yaşayış minimumunun məbləği ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul olunub.

Mənbə: apa.az



error: Content is protected !!