Read More9
Read More9

Malların geri qaytarılması zamanı elektron qaimə-faktura təqdim edilməlidir?

posted in: Xəbər | 0

Elektron qaimə-faktura, E-qaimə elektron qaimə-faktura E-qaiməSual: ƏDV ödəyicisi olan fiziki şəxs, ƏDV ödəyicisi olan şirkətdən E-VHF ilə satış üçün aldığı malın müəyyən hissəsini qaimə ilə geri qaytarır. Geri qaytarılan malın dəyəri vergi bəyannaməsində əks olunurmu? Bunu necə etmək olar? (elektron qaimə-faktura)

Cavab: Əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatları dəqiqləşdirilir.

Bununla yanaşı, əməliyyat tam və ya qismən ləğv edildikdə qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə qaytarılan malların alışını rəsmiləşdirən elektron qaimə-faktura dəqiqləşdirilir və alıcı tərəfindən təsdiqlənir.

Qeyd etdiyiniz halda malların geri qaytarılması zamanı elektron qaimə-fakturanın təqdim edilməsi nəzərdə tutulmamışdır.

Malların geri qaytarılmasının rəsmiləşdirilməsi ilə əlaqədar daha geniş məlumatın alınması üçün Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 163-cü, 174-cü və 175-ci maddələri.

Mənbə: taxes.gov.az



Vaxtı keçmiş malın silinməsi ƏDV bəyanaməsinin hansı sütununda qeyd olunmalıdır?

posted in: Vergi, Xəbər | 0

Vaxtı keçmiş mal silinərkən hansı vergi öhdəliyi yaranır?

Vaxtı keçmiş malSual: Vaxtı keçmiş mal müvafiq qayda da utilizasiya olunub, yəni silinib. Mal idxal olunarkən ƏDV ödənilib və Yük Gömrük Bəyannaməsi əsasında əvəzləşdirilib.

Vaxtı keçmiş mal silinərkən hansı vergi öhdəliyi yaranır və ƏDV bəyanaməsinin hansı sütununda qeyd olunmalıdır?

Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Qeyd olunan əməliyyatlar “Əlavə dəyər vergisi bəyannaməsi”nin 301.1-ci sətirində və “Əlavə dəyər vergisinin bəyannaməsinə 3 nömrəli əlavə”nin 301.3-cü sətirində göstərilir.

Mənbə: taxes.gov.az



vaxtı keçmiş mal, vergi öhdəliyi

Azərbaycanda muzdlu işçilərin sayı 5,5% artıb

posted in: Xəbər | 0

Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 1 639,1 min nəfər olub ki, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. (muzdlu işçi)

İqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 604,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,6%-i tikintidə, 7,5%-i emal sənayesində, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olublar.

Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7% artaraq 603,5 manat təşkil edib.

Əmək haqqı neft-qaz sektorunda 3 068,9 manat, qeyri neft-qaz sektorunda 547,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 494,8 manat, özəl müəssisələrdə isə 742,3 manat olub.

Mənbə: apa.az



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir

posted in: Xəbər | 0

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər: (tecrube)

– İqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, dizayner

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

–  Məntiqi və analitik düşünmə qabiliyyəti;

–  Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5,);

– Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən 26 noyabr 2019-cu il tarixinə kimi  ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya  buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Mənbə: iqtisadiislahat.org



error: Content is protected !!