Read More9
Read More9

Dördgünlük iş həftəsində rusların maaşı aşağı düşəcək

posted in: Vergi, Xəbər | 0

Xəbər verdiyimiz kimi Rusiyada artıq xeyli vaxtdır ki, dördgünlük iş həftəsinə keçidlə əlaqəli müzakirələr davam edir. Bu məsələdə yekdil rəy formalaşmasa da, dördgünlük iş həftəsinin tətbiqindən sonra ortalığa çıxa biləcək müəyyən problemlərin cizgiləri artıq özünü göstərməkdədir.  (rusiyada maaş)


Bax: Rusiyada qısaldılmış iş həftəsi haqqında qanun imzalandı

Məsələn, Rusiyada məcburi dörd günlük iş həftəsinə keçid ilə bağlı 32 saatlıq iş müddətinin tətbiqinə keçilməsi halında işçiləri əmək haqlarının azalması gözləyir. Bu haqda Demyan Kurryavtsev ailəsinə məxsus “Vedomosti” nəşri blə bir məlumat verib ki, “Rabota.ru” servis xidməti tərəfindən keçirilən sorğuda iştirak edən işəgötürənlərin 61 faizi bu qənaətdədir.

Sorğunun nəticələrinə görə, işəgötürənlərin 36 faizi hesab edir ki, həftə ərzində iş saatlarının azaldılması halında rusiyalıların əmək haqqısı dəyişməyəcəkdir. Yalnız üç faiz hesab edir ki, bu halda rusları maaşların artırılması səviyyəsi gözləyir.

Belə ki, Perm vilayətindəki Krasnokamsk mexaniki-təmir zavodundan bildiriblər ki,  yerli işçilər sexlərdə həftədə dörd növbədə çalışırlar. Hər bir növbə isə səkkiz saatdan çox çəkir, o səbəbdən həftə ərzində əməkdaşların iş saatı lazım olan 40 saata bərabər olur. Lakin, məcburi dördgünlük tətbiq edildikdə, müəssisənin iş növbələrinin artırılması və işçi heyətinə əlavə əməkdaşların işə götürülməsi zərurəti yarana bilər. Bu zaman əmək haqqı fondunu böyütmək mümkün olmadığı üçün zavod işçilərin maaşlarını azaltmalıdır.

Sorğulanan işəgötürənlərin yarıdan çoxu (54 faiz) güman edir ki, məcburi dördgünlüyün tətbiqi halında rusiyalılar istirahət günlərində də əlavə çalışmalı olacaqlar. Çünki zəruri iş həcmini yerinə yetirmək lazım gələcək. Həm də həmin iş həcmi heç də az olmayacaq. Bununla yanaşı, bu cür əlavə işlərə görə ödənişlər ediləcəyinə sahibkarların yalnız beşdə biri (21%), şirkətləin isə müvafiq olaraq onda biri (12%) hazırdır. Şirkətlərin yarıya yaxını isə (44%) əməkdaşlarına əlavə işlərə görə ödəniş etmək fikrində deyillər.

2019-cu ilin yayında Rusiyanın baş naziri Dmitri Medvedev gələcəkdə dördgünlük iş həftəsinə keçidlə bağlı məsələyə baxıla biləcəyini bildirmişdi. Müstəqil həmkarlar ittifaqları federasiyasında bu ideyanı dəstəklədilər və qeyd etdilər ki, iş saatlarının azalması tendensiyası bütün dünyada müşahidə olunur. Lakin, iqtisadçıların qiymətləndirməsinə görə, dördgünlüyün tətbiqi əmək məhsuldarlığına mənfi təsir göstərə bilər ki. Bu da eyni adlı milli layihənin məqsədlərinə ziddir. Bundan əlavə, ÜDM-in artımının indiki aşağı templəri, əhalinin mənfi artımı, eləcə də işsizliyin rekord dərəcədə aşağı səviyyədə olması şəraitində ruslar yalnız iş həftəsinin davamlılığının artırılmasına ümid edə bilərlər.



İnsan resursları üzrə təcrübə proqramı – Sabah Group LLC

Vakansiya: İnsan resursları üzrə təcrübə proqramı.

İşəgötürən: Sabah Group LLC.

İş barədə məlumat

• HR Menecerin tapşırıqlarının yerinə yetirilməsi
• İşə qəbul və azad olunma proseslərinin aparılması
• İş elanlarının yerləşdirilməsi,namizədlərin qəbulu
• Gündəlik olaraq işçilərin məzuniyyət, icazə və digər məsələlərin həll edilməsi
• Şirkətin tərkibində olan mağaza heyəti ilə sıx əlaqədə işlənilməsi
• Mağazalardakı işçi heyətinin həftəlik iş cədvəllərinin yoxlanılması

Vədimiz:

• Karyera yüksəlişi
• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
• Mehriban kollektivdə işləmə şansı

• Saat 10:00-19:00
• 5/7 gün
• Təcrübə müddəti ödənişli olmaqla 2 aydır

Əsas vəsaitlər barədə ekspert rəyi

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə görə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114- cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlər hesab olunur. Mövzu ilə bağlı maraq doğuran sualları Türkmənistanın Azərbaycandakı səfirliyinin baş mühasibi, iqtisadçı ekspert Şəms Hüseynova şərh edir.

Vergi Məcəlləsinə görə aşağıdakılar əsas vəsaitlər hesab olunur:

  • tikintilər və qurğular – istehsalat və təsərrüfat, sosial-mədəni obyektlər, xəstəxanalar, poliklinikalar, internat evləri, qocalar və əlillər evləri, kitabxanalar, muzeylər, elmi-tədqiqat institutları, laboratoriyalar və başqa bütün növ istehsalat həmçinin təsərrüfat təyinatlı binalar, stadionlar, hovuzlar, yollar, körpülər, binaların hasarları, heykəllər, ictimai bağlar və müəyyən texniki funksiyaları yerinə yetirən texniki obyektlər, istehlakçıya çatdırılacaq maye, qaz və enerji halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ qurğular;
  • maşınlar, avadanlıqlar və hesablama texnikası – iş maşınları və avadanlıqları, güc maşınları və avadanlıqları, hesablama texnikası; tibbi avadanlıqlar, tənzimləyici cihazlar və ayrı-ayrı qruplar üzrə digər maşın və avadanlıqlar;
  • nəqliyyat vasitələri – hava, dəmiryol, su, avtomobil nəqliyyat vasitələri, araba nəqliyyatı (araba, xizək və s.) istehsalat (velosipedlər, motorellalar və s.) və digər bütün növ idman nəqliyyatları (iş heyvanları və yarış atlarından başqa);
  • digər əsas vəsaitlər – çoxillik əkmələr, muzey sərvətləri, heyvanxana eksponatları, tədris kinofilmləri və s.

Bəs əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilirmi?

Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Misal. Tutaq ki, hüquqi şəxs cari ildə kuryer şirkəti üçün 10.000 manata avtomobil almış, bu nəqliyyat vasitəsinin gətirilməsinə 2.000 manat xərc çəkmişdir. Bu halda əsas vəsaitin dəyərini 12.000 (10.000 + 2000) manat təşkil edir. Bu xərclər birbaşa gəlirdən çıxıla bilməz, ancaq amortizasiya ayırmaları şəklində çıxıla bilər.

Mahiyyətindən asılı olaraq əsas vəsaitin alınmasına çəkilən inzibati xərclər tam çıxılan, qismən çıxılan və çıxılmayan xərclər ola bilər. İnzibati xərclər – müəssisənin əməliyyat və istehsal fəaliyyətinə aid olmayan məsrəflərdir. İnzibati xərclərə aşağıdakıları aid etmək olar:

  • inzibati binaların və avadanlığın icarəsi;
  • onların amortizasiyası;
  • inzibati işçi heyyəti üzrə xərclər və s.

Əsas vəsaitlər əvəzsiz olaraq verildikdə, onun dəyərinin müəyyənləşdirilmə prosesi belə gedir. Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış əsas vəsaitlərin dəyəri ekspert yolu ilə, yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar əsasında müəyyən edilir. Əvəzsiz maliyyə yardımı şəklində alınan əsas vəsaitlərin ilkin dəyərini ekspertlər onların uçota götürüldüyü tarixə bazar qiyməti ilə təyin edilir. Qeyd edək ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

Mənbə: vergiler.az



Vakansiya: Baş mühasib – ARKA MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasibat uçotunun optimizasiyası, muhasibat, mühasib köməkçisi, vakansiya,Vakansiya: Baş mühasib.

İşəgötürən: ARKA MMC.

İş barədə məlumat

– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək

– Dövlət orqanları və idarəetmə üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək

– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək

– İş şəraiti:

– İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.

– İstirahət: Bazar günü;

Namizədə tələblər

– 1C Proqram təminatında işləmə bacarığı

– İstehsalat sahəsində iş təcrübəsi olması arzuolunandır

CV-lərinizi ünvanına göndərin.

Mənbə: kadr.az


error: Content is protected !!