Read More9
Read More9

199.3 maddəsi ilə müəyyənləşdirilmiş vergi güzəşti bütün ailə üzvlərinə şamil edilir?

posted in: Vergi, Xəbər | 0

azad ticarətSual: Vergi Məcəlləsinin 199.3-cü maddəsi ilə müəyyən edilmiş vergi güzəşti müddətli hərbi xidmət hərbi qulluqçusunun eyni vaxtda bütün ailə üzvlərinə (maddə 13.2.7) şamil edilir? Yəni, 13.2.7-ci maddədə sadalanan bütün ailə üzvlərinin hər birinə onların mülkiyyətində olan binaya görə əmlak vergisi hesablanarkən həmin ailə üzvlərindən hər biri ayrı-ayrılıqda müddətli hərbi xidmətdə xidmət keçən və ailə üzvü olan hərbi qulluqçuya görə eyni vaxtda bu güzəştdən faydalana bilərlər?

Əgər eyni vaxtda müddətli hərbi xidmətdə xidmət keçən və ailə üzvü olan bir neçə hərbi qulluqçu olarsa, bu zaman da yuxarıda qeyd etdiyim ailə üzvlərinin hər biri hər qulluqçuya görə ayrılıqda vergi güzəştindən yararlana bilər?

Cavab: Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Bu güzəşt müddətli hərbi xidmət hərbi qulluqçularının müddətli hərbi xidmət dövründə bütün ailə üzvlərinin ödəməli olduqları əmlak vergisinə münasibətdə tətbiq olunur. Bu maddə ilə müəyyən olunmuş əmlak vergisi üzrə 30 manat azadolma fiziki şəxsin hərbi xidmət hərbi qulluqçuları olan ailə üzvlərinin sayından asılı olmayaraq bir il ərzində yalnız bir dəfə tətbiq edilir.

Mənbə: taxes.gov.az



Vergi güzəşti

Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət edib

posted in: Maliyyə, Xəbər | 0

Bank sirri, kredit riskləri, Nəzarət Palatası attestasiya“Ümumilikdə 2018-2019-cu illər ərzində banklar tərəfindən verilmiş 14,5 milyard kreditin təqribən 8,5 milyard manatı biznes sektoruna, 6 milyard manatı isə istehlak kreditlərinin payına düşür”. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib.

Onun sözlərinə görə, istehlak və biznes kreditləri arasındakı fərqli dinamika haqqında obyektiv fikirlər deməliyik: “2019-cu ilin 9 ayı ərzində 3,1 milyard manat istehlak bazarına, 3,9 milyard manat isə biznesə kredit verilib. Belə ki, hər ay biznes sektoruna 423 mln manat kredit verilir, 349 mln manat isə istehlak kreditləri təşkil edir”.

İ.Alışov bildirib ki, hazırda 8,5 milyard manat olan biznes kreditlərinin 3,5 milyard manatı kiçik və orta biznes sektoruna verilir. Bu il verilən kreditlərin 61 faizi təqribən 1 mln manatdan yuxarıdır: “Bu isə ona dəlalət edir ki, həmçinin təhlillər göstərir ki, kiçik və orta biznes subyektlərinin şəffaflığında problem var. Sahibkarlardan xahisimiz bundan ibarətdir ki, bizneslərini şəffaflaşdırsınlar”.

Mənbə: report.az



“Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub”

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsi, maliyyə hesablaşmaları, törəmə müəssisə,vergi ödəyiciləri, Vergi qanunvericiliyinin pozulması, ÖMV bəyannaməsi, Vergi borcu, vergi mecellesi, vergi məcəlləsi, vergi öhdəliyi, əmlak, ayrıca şəxs, Vergi məcəlləsi, nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftPrezident İlham Əliyevin apardığı iqtisadi islahatlarla əlaqədar olaraq, ölkədə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Vergi Məcəlləsində də bir sıra dəyişikliklərin edilməsini zəruri edir. (Vergi Məcəlləsi)

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, 2001-ci ildə qəbul edilmiş Vergi Məcəlləsi Azərbaycanda yeni iqtisadi sistemin formalaşmasına, ölkəyə maliyyə resurslarının cəlb edilməsinə öz müsbət təsirini göstərib: “Dünyada qlobal risklərin artdığı bir şəraitdə sahibkarlığın və iqtisadi inkişafın keyfiyyətinin yüksəldilməsi Vergi Məcəlləsində də bir sıra dəyişiklikləri zəruri edib. Vergi Məcəlləsində edilən növbəti dəyişikliklər mahiyyətinə və əhatə dairəsinə görə şübhəsiz ki, Azərbaycan tarixində mühüm dəyişiklik kimi qeyd edilə bilər”.

O bildirib ki, Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub. Onlardan 73-ü ayrı-ayrı maddələrin dəyişməsi ilə əlaqədar, 89 ədədi isə texniki dəyişiklikdir.

Mənbə: report.az



Milli Məclis Vergi Məcəlləsinə təklif edən dəyişiklikləri I oxunuşda qəbul edib

posted in: Vergi, Xəbər | 0

Sığorta fəaliyyəti, Miqrasiya məcəlləsi Mühasibat Uçotu Milli Məclis Əcnəbilərə güzəşt dövlət rüsumuMilli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.(Vergi Məcəlləsinə dəyişikliklər)

Müzakirələrdən sonra müvafiq qanun layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Hazırlanan layihədə sənəddə 154 maddə və yarımmaddə dəyişdiriləcək.

Dəyişikliklər aşağıdakı sahələrə aiddir:

Elektron vergi hesab-fakturanın ləğvi və əməliyyatın xarakterindən asılı olaraq müxtəlif növdə elektron qaimə-fakturaların tətbiqi üzrə – 33 maddədə.

ƏDV-nin hesablanması və ödənilməsində vahid yanaşmanın tətbiqi (kassa metodu) üzrə – 17 maddədə.

Bina tikintisində sadələşdirilmiş verginin ləğvi üzrə – 16 maddədə.

Yalan əqdlər və riskli vergi ödəyiciləri üzrə – 15 maddədə.

Aksiz dərəcələrinə yenidən baxılması üzrə – 12 maddədə.

Azadolmalar üzrə – 13 maddədə.

POS-terminalların quraşdırılmasına nəzarət və yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi üzrə – 4 maddədə.

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi sahəsində təkmilləşmə üzrə – 3 maddədə.

Mərkəzləşdirilmiş qaydada uçotu alınma üzrə – 3 maddədə.

Tikinti şirtkətləri tərəfindən yaşayış və qeyri yaşayış sahələrindən dövlətə ayrılan hissədən vergitutma üzrə – 3 maddədə.

Transmilli Şirkətlər Qrupu üzrə hesabatlılıq üzrə – 2 maddədə.

Beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda digər dövlətin vergi orqanları ilə birgə yoxlamaların keçirilməsi üzrə – 2 maddədə.

Redaktə və dəqiqləşdirmə xarakterli – 31 maddədə.



error: Content is protected !!