Read More9
Read More9

Kadrlar uçotunun auditi

posted in: Audit, Kadr | 0

Kadr uçotunun auditi

Kadr uçotunun auditi şirkətin sənədlərinin qanunvericiliyin və digər hüquqi aktların normalarına uyğun olub-olmamasının yoxlanmasından, yol verilmiş yanlışlıqların müəyyən edilərək aradan qaldırılmasından, yanlışlıqların doğura biləcəyi mənfi nəticələrin qarşısının alınmasından ibarətdir.
Kadr auditinə şirkətin normativ aktlarının, kadr uçotu üzrə sənədlərin və kadr əmrlərinin mövcudluğunun və düzgünlüyünün yoxlanması, əməkdaşların şəxsi vərəqələrinin doldurulması, əməkdaşların şəxsi işlərinin doldurulması, şirkətin lokal aktları ilə tanış olması qaydalarının yoxlanması daxildir.

Accounting.Az sərfəli qiymətlə, keyfiyyətli və etibarlı kadr auditinin aparılmasını təklif edir. Təcrübəli mütəxəssislər tərəfindən aparılan xidmətlərin keyfiyyətinə zəmanət verilir.


Gəlir və xərclərin uçotunun düzgün aparılması qaydaları

posted in: Vergi, Xəbər | 0

güzəşt hüququVergi tutulan gəlirin dəqiq hesablanması məqsədilə gəlir və xərclərin uçotunun düzgün aparılması üçün hansı qaydalara əməl olunmalıdır? Mövzunu “BSC konsalting” şirkətinin maliyyə direktoru Arzu Xəlilova şərh edir. (xərc, xərclərin uçotu)

Vergi Məcəlləsinin 131 və 134- cü maddələrinə uyğun olaraq vergi ödəyicisi gəlir və xərclərinin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.

Vergi ödəyicisi bir vergi ili ərzində eyni metodu tətbiq etməlidir və tətbiq etdiyi uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməlidir.

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə bu gəliri nəzərə almalıdır. Gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hər bir vergi ödəyicisi gəlir və xərclərinin uçotunu sənədləşdirilmiş məlumatlar əsasında aparmalıdır.

İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq normativ aktlarla tənzimlənir. Hazırda qüvvədə olan ictimai iaşə və istehsal sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarında vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməsi nəzərdə tutulub.

Bu qaydalara görə maddi dəyərlilərin mədaxili, məxarici, təsərrüfatdaxili yerdəyişməsi, silinməsi müvafiq sənədlərlə, xüsusilə də ciddi hesabat blankları ilə qeydə alınmalıdır.

Mənbə: vergiler.az



Dünyada ilk pul islahatı harada keçirilib?

posted in: Məqalə, Xəbər | 0

Xan Kəpək (1318-1326-cı illər) öz paytaxtını Nesef yaxınlığında Mavərənnəhrə köçürən ilk cağatay xanı oldu. O, həmin ərazidə saray (monqolca karşi) tikdirdi, hansı ki, ətrafında Karşi şəhəri yüksəldi. (hazırda Özbəkistanın Kaşkadərya vilayəti adlanır). Kəpək xan 1320-ci ildə pul islahatını həyata keçirdi, versiyalardan birinə görə bundan sonra sikkələr “qəpik” adlandırılmağa başlanıldı. Tarixdə bunu ilk pul islahatı da adlandırırlar.

1534-cü ildə İvan Qroznının anası Yelena Qlinskyanın həyata keçirdiyi pul islahatı ilə bağlı bütün Rusiya dövləti ərazisində fəliyyətdə olan ilk gümüş sikkə “kopeyka” zərb olundu.

Həmin dövrdə 3 qəpiyə bir kəndli daxması almaq olurdu.

1654-cü ildə çar Aleksey Mixayloviç pul islahatı keçirməyə cəhd edərkən, mis qəpiklər və digər sikkələr zərb etdirdi. Amma tələskənlik səbəbindən və hakimiyyətin düşünülməmiş addımları ucbatından əhali yeni pulları qəbul etməkdən imtina etdi və bütün bunlar Mis Qiyamı ilə nəticələndi.

Pul dövriyyəsinin tənzimlənməsini həyata keçirəcək daha bir islahat isə 1698-ci ildə I Pyotrun əmri ilə baş tutdu və bu Pyotr tərəfindən nəzərdə tutulan ilk geniş miqyaslı dəyişikliklərdən biri oldu.

1839-1843-cü illərdə Rusiyada onun təşkilinin yeni prinsiplərinin tətbiq edilməsi və dəyərsizləşmiş dövlət vəsaitinin dövriyyədən çıxarılması məqsədi daşıyan pul islahatı həyata keçirilmişdir. Həmin islahat 1839-cu il iyulun 1-də I Nikolayın “Pul sisteminin quruluşu haqqında” Manifestin qəbulu ilə başladıldı.

II Aleksandr hökuməti təhkimçilik hüququnu ləğv etdikdən sonra gümüş monometalizmi bərpa etmək məqsədi ilə maliyyə islahatı həyata keçirməyə çalışırdı. Bundan ötrü hökumət pul sisteminin köhnə prinsiplərini bərpa etmək ümidi ilə kredit biletlərinin qızıl və gümüş pula sərbəst mübadiləsini açdı. Lakin, işgüzar aktivliyin aşağı düşməsi, dövlət büdcəsinin defisiti, passiv xarici ticarət balansı, qızılın xaricə axınına yol açdı. Metal pul ehtiyatlarının böyük hissəsini sərf etsə də, hökumət rublun kursunu yüksəldə bilmədi.  1862-ci ilin avqust ayında kredit biletlərinin qızıl və gümüş sikkələrə mübadiləsi dayandırıldı. Beləliklə, pul islahatı iflasa uğradı.

1895-1897-ci illərdə Rusiyada yeni pul islahatı keçirildi və onun müəllifi maliyyə naziri S. Vitte idi. Kağız assiqnasiyaları möhkəm valyuta əvəz etdi. Qızıl dövriyyəsi və 1914-cü ilə qədər qızıl kredit rublunun sərbəst mübadiləsi Rusiya valyutasını (onun bazar kursu qızıl ilə üçdə bir hissəsi qədər – 66,6 qəpiyə kimi) dünyanın ən sabit valyutalarından birinə çevirmişdir.

Sovet hökumətinin ilk pul islahatı 1922-1924 – cü illərdə həyata keçirilmişdi , eyni zamanda büdcə kəsrini ödəmək üçün maliyyə xalq komissarlığı tərəfindən buraxılan kağız pul nişanının nominalını iriləşdirən iki denominasiya aparılmışdır. İslahat uzanmış xarakter daşıyırdı. Bu zaman Rusiya dövlət bankının qızıl və aktivləri ilə təmin edilmiş məşhur rus çervonu – bank bileti ortaya çıxdı.  O, on rublluq çar sikkəsinin dəyərinə bərabər idi. Xarici ticarətdə istifadə edilən qızıl çervonların zərb olunmasına başlanıldı.1922-ci ildə çevon yeganə dönərli rus valyutası idi. 1924-cü ilin mart ayında pul islahatı başa çatdırıldı, yeni nümunəli rubl 1/10 çervona bərabər idi və 1923-ci il nümunəli pul nişanının 50 min rubluna və ya daha erkən bütün pul nüunələrinin 50 milyonuna dəyişdirilirdi.

1947-ci ildəki denominsiya İkinci dünya müharibəsi zamanındakı emissiya nəticəsində yaranan artıq pul kütləsi səbəbindən həyata keçirilmişdi. 1947-ci ildə hökumət kartoçka sistemini ləğv etdi, on rubl bir rubla dəyişdirildi. Rublun qızılla dəyəri 0,222161 qrama müvafiq gəlirdi.

1961-da Xruşşov pul islahatı baş verdi. 1 yanvar 1961-dan yeni nümunənin əskinasları təqdim edildi, hansı ki, eyni 10 köhnə rubl, 1 yeni rubla dəyişdirilidi.



Vakansiya: Maliyyəçi (Təcrübə Proqramı) – AGA Group

posted in: İş elanı, Maliyyə, Vakansiya, Xəbər | 0

baş mühasib, vakansiya maliyyəçi Mühasib-xəzinədar vakansiyaVakansiya: Maliyyəçi (Təcrübə Proqramı).

İşəgötürən: AGA Group.

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülərdən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.

Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin etmək və yüksək vəzifələrdə dəyərləndirməkdir.

Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və maliyyə sahəsində təcrübə qazanmaq istəyən namizədlər axtarırıq.

Əgər Siz:

▪ İqtisadi (maliyyə) sahə üzrə ali təhsil (magistr təhsili olanlara üstünlük verilir)
▪ Təhsilini yenicə başa vuran və ya magistr təhsili davam edən şəxslər;
▪ Öyrənmə həvəsi yüksək və maliyyə sahəsində təcrübə qazanmaq istəyi;
▪ Güclü riyazi və məntiqi bilgilər;
▪ Maliyyə sahəsində ən azı nəzəri biliklərə malik olmaq;
▪ Azərbaycan dilində sərbəst danışıq (ingilis dilini bilmək üstünlükdür);
▪ Güclü ünsiyyət qabiliyyətinə malik;
▪ Açıq fikirli və nitq qabiliyyətli;
▪ Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
▪ MS Office proqramları, xüsusilə Excel biliyi (1C üstünlükdür);

Keyfiyyətlərinə sahibsinizsə…
Biz sizin müraciətinizi gözləyirik !

▪ AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
▪ İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:00-13:00;
▪ Əmək haqqı: 350 AZN
▪ Təcrübə müddətini (3 ay) uğurla başa vuran şəxslər “AGA Group”-da müstəqil olaraq maliyyəçi kimi fəaliyyətə başlamaq fürsəti əldə edəcəklər.

https://agagroup.az/vakansiya.html – ünvanına daxil olaraq müvafiq vakansiya üzrə (Maliyyəçi-Təcrübə Proqramı bölməsindən) öz CV`nizi bizə göndərə bilərsiniz.

Mənbə: finstaff.az


error: Content is protected !!