Read More9
Read More9

ARPA – rəsmi olaraq Peşəkar Mühasib Təşkilatı statusuna layiq görüldü

posted in: Mühasib, Xəbər | 0

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Azərbaycanda peşəkar mühasib təşkilatı statusuna rəsmi olaraq layiq görülən ən nüfuzlu təşkilatdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyin 21 oktyabr 2019-cu il tarixli, q-02 saylı qərarı ilə peşəkar mühasib təşkilatı kimi akkreditə edilmiş ARPA 10 illik peşəkar fəaliyyətinin, ölkədə maliyyə, mühasibat uçotu və idarəetmə sahəsinə verdiyi töhfələrin və üzvlərinin etimadı nəticəsində bu uğura nail olmuşdur.

ARPA ölkədə peşəkar mühasib səviyyəsinin əldə edilməsi prosesində mühüm maarifləndirmə tədbirlərini həyata keçirməklə yanaşı, yalnız ARPA-ya məxsus olan və ən son mühasibat uçotu və maliyyə hesabatlarının beynəlxalq standartlarını özündə ehtiva edən tədris materialları əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək peşəkar mühasib sertifikasiya imtahanlarına hazırlığı təşkil edir. Qeyd etmək lazımdır ki, ARPA-nın bu sahədə mövcud olan təcrübəsi Dünya Bankı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən “Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi” (CAPSAP) çərçivəsində əldə etdiyi peşəkar təşkilat statusuna və “Mühasiblərin Peşəkar Sertifikasiyası” təcrübəsinə əsaslanır.

ARPA və BMK birgə çoxsaylı korporativ idarəetmə üzrə qiymətləndirmə layihələri həyata keçirmişlər. Hal-hazırda ARPA BMK tərəfindən həyata keçirilən Regional Korporativ İdarəetmə Layihəsinin üzvüdür. ARPA BMK-nın dəstəyi ilə “Qadınlar idarəetmədə”, “Risklərin İdarəolunması təlimi” kimi tədbir və seminarlar keçirmişdir

Məlumdur ki, milli qanunvericilikdə edilən dəyişikliklər “Peşəkar mühasib” olmaq üçün iki əsas tələbin  ödənilməsini zəruri edir. Bunlardan birincisi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək peşəkar mühasib sertifikasiya imtahanlarında iştirak edərək sertifikat almaq, digəri isə peşəkar mühasib təşkilatında üzvlükdür. Bu iki tələbdən birini ödəməyən baş mühasiblərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət reyestrinin aparılması mümkün olmayacaq və nəticə etibarilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2018-ci il tarixli 464 saylı qərarında göstərilən müddətədək “peşəkar mühasib” olmayan baş mühasiblər öz fəaliyyətlərini davam etdirə bilməyəcəklər.

Bu prizmadan yanaşdıqda ARPA-nın peşəkar mühasib təşkilatı statusu və birbaşa bununla bağlı olan fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan fəaliyyət çərçivəsində ARPA mühasiblərin imtahana hazırlıq prosesini təşkil edir, dəstəkləyir və onları bütün zəruri vasitələrlə təmin edir, peşəkar təşkilata üzvlüklə bağlı bütün məlumatları dolğun şəkildə ictimaiyyətə çatdırır və üzvlük prosedurlarını sadələşdirməklə bu xidmətin daha əlçatan olmasını təmin edir. Vahid təşkilatda birləşən mühasiblər mühasibat uçotu və maliyyə hesabatlarının beynəlxalq standartlarında və həmçinin milli qanunvericilikdə müvafiq sahədə baş verən dəyişikliklərdən vaxtında xəbərdar olur, ARPA tərəfindən təşkil olunan təlim, seminar, forum və digər tədbirlərdə iştirak etməklə, bilik və bacarıqlarını təkmilləşdirir və ən əsası, üzvlüyün verdiyi üstünlüklərdən yararlanmaqla peşəkar şəbəkənin ayrılmaz tərkib hissəsinə çevrilir.

Ətraflı məlumat üçün ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərsiniz

Bakı, İstiqlaliyyət küç., 31C
AZ1001, Bakı, Azərbaycan

E: 
T: (+99412) 505 00 56.



İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?

posted in: Xəbər | 0

əmək­haqqıdan gəlir vergisi“Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən kompensasiya xarakterli ödənişlər (o cümlədən də işçinin xərclərini kompensasiya edən ezamiyyə xərcləri) nağdsız qaydada ödənilməlidir. (ezamiyyə haqqı)

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, qaydalara əsəsən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər ezamiyyə xərclərini nağd şəkildə ödəyə bilərlər. Qeyd edilən dövriyyəni keçən vergi ödəyiciləri isə ezamiyyə xərclərini nağd şəkildə ödəsələr, Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasına məruz qala bilərlər.

Misal: Tutaq ki, dövriyyəsi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan yuxarı olan vergi ödəyicisi müxtəlif dövrlərdə işçilərə cəmi 4.000 manat ezamiyyə haqqını nağd şəkildə ödəyib. Bu hal vergi nəzarəti tədbirləri nəticəsində müəyyən olunarsa, vergi ödəyicisinə 400 manat (4.000 x 10%), təqvim ili ərzində 2 və 3 və daha çox hallarda müvafiq olaraq 800 manat (4.000 x 20%) və 1.600 manat (4.000 x 40%) həcmində maliyyə sanksiyası tətbiq olunacaq.

Mənbə: vergiler.az



Vakansiya: Mühasib – Azertexnolayn MMC

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

təcrübəçi, vakansiya baş mühasib, mühasib köməkçisiVakansiya: Mühasib.

İşəgötürən: Azertexnolayn MMC.

İş barədə məlumat

Gündəlik kassa və bank əməliyyatlarının uçotunun aparılması, mühasibatlıq proqramına işlənməsi,

  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasının tərtib edilməsi,
  • Təhtəl şəxslərlə hesablaşmaların aparılması,
  • Debitor və kreditorlarla üzləşmələrin aparılması,
  • Sənədləşmələrin düzgün tərtib edilməsi və arxivlənməsinin həyata keçirilməsi,
  • İnventarizasiyanın aparılmasında iştirak,

Namizədə tələblər

Təhsili/ixtisası: Ali iqtisadi təhsil

  • Dil bilikləri: İngilis və ya rus dillərindən birini irəli səviyyədə bilməlidir.
  • Kompüter bilikləri: Ofis proqramları (excel irəli səviyyədə), Logo proqramı.
  • Aidiyyatı sahədə minimum 1 il təcrübə

CV-nizi / ünvanına göndərin.

Mənbə: finstaff.az


Daşınmaz əmlakın icbari sığortası ilə bağlı yeni elektron sistem hazırlanır

posted in: Xəbər | 0

                                              Daşınmaz əmlakın icbari sığortası ilə bağlı yeni elektron sistem hazırlanır daşınmaz əmlak,icbari sığorta

Əmlak vergisiAzərbaycanda daşınmaz əmlakın sığortası icbari olsa da, heç də bütün mənzillərin sığortalandığını demək olmaz. Yığılan sığorta haqlarının həcmi də bu sahədə ciddi problemlərin olduğunu göstərir. İcbari Sığorta Bürosunun məlumatına əsasən, ölkədə əmlakın sığortalanmasından illik cəmi 30 milyon manat sığorta haqqı toplanır. Bununla belə, gələn ildən bu sahədə ciddi dəyişikliklərin olacağı gözlənilir. 

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovun sözlərinə görə, bu sahədə elektronlaşmanın həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası ilə inteqrasiya yaradılmalıdır. Bundan sonra hansı mənzilin sığortalı, hansının isə sığortasız olduğunu elektron qaydada müəyyən etmək mümkün olacaq: “Yaşayış yerləri ilə əlaqədar nəzarəti həyata keçirən qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyətləri orqanlarıdır.

Artıq icra hakimiyyətlərinin sığortalı yaşayış yerini sığortasızdan ayıra bilmələri üçün fiziki olaraq yerində araşdırma aparmalarına ehtiyac qalmayacaq. İnformasiya sistemi vasitəsilə onlar öz ərazilərində olan hansı evin sığortalı olduğunu, hansı evin sığortasız olduğunu görə biləcəklər. Sığortasız əmlakın elektron qaydada cərimə edilməsi mümkün olacaq. Avtomobillər radarların altından keçəndə Daxili İşlər Nazirliyi öz elektron sistemi ilə hansı avtomobilin sığortasının olub-olmamasını müəyyən edə bildiyi kimi, əmlakın da sığortasının olub-olmadığını müəyyən etmək mümkün olacaq”.

Sığortalanmayan mənzillər 30 manat cərimə olunacaq. Bir neçə həftədən sonra həmin mənzil yenə də sığortalanmazsa, onun sahibi yenə cərimələnəcək. Hazırda daşınmaz əmlakın icbari sığortası Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər bölgələrdə isə 30 manatdır. Bunun müqabilində hər hansı hadisə baş verdikdə vətəndaşa dəyən ziyanın Bakıda 25 min manatı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 20 min manatı, digər bölgələrdə isə 15 min manatı sığorta şirkətləri tərəfindən ödənilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, bu məbləğlər çox kiçikdir: “Gələn ildən daşınmaz əmlakın icbari sığortası ilə bağlı qaydaların dəyişməsi planlaşdırılır ki, bu da sığorta hadisəsi zamanı vətəndaşlara daha çox vəsaitin ödənilməsini nəzərdə tutur. Təbii ki, bu bir tərəfdən sığortaya marağın artmasına, digər tərəfdən isə sığorta hadisəsi zamanı vətəndaşların sığorta şirkətindən daha çox pul almasına imkan verir. Təklif edilən dəyişikliklər pozitivdir.

Güman olunur ki, parlament dəyişiklikləri təsdiq etdikdən, dəyişikliklər qüvvəyə mindikdən sonra icbari sığortanın əhatə dairəsi genişlənəcək və daha çox vətəndaşımız bu sığorta növündən istifadə edəcək”.

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı digər problem isə sənədsiz evlərlə bağlıdır. Hazırda Bakı şəhəri və Abşeron yarımadasında 500 minə qədər sənədsiz evin olduğu ehtimal olunur. Rəşad Əhmədovun sözlərinə görə, bu evlərin sahibləri istəsələr belə, əmlaklarını sığorta etdirə bilməzlər: “Hazırda bu cür evlərlə bağlı ölkədə sənədləşmə prosesi sürətlə davam etdirilir. Hesab edirəm ki, bunun özü də əmlak sığortasının əhatə dairəsini genişləndirəcək”.

Mənbə: vergiler.az



error: Content is protected !!